Şənbə, 08 Aprel 2017 20:00

Azərbaycan R-da müxalifət siyasi və etiraz mitinqi keçirib+Foto

Azərbaycan R-da müxalifət siyasi və etiraz mitinqi keçirib+Foto

Bu gün axşam Bakıda iqtidarla müxalif olan qüvvələrin etiraz aksiyası və siyasi mitinqi keçirilib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Bakı icra hakimiyyətinin icazəsi və Azərbaycan Respublikası xalqından bir qrupunun iştirakı ilə və milli şura adlı müxalifət bloku tərəfindən Bakıdakı Məhsul stadionunda təşkil olunmuş bu aksiyada bir qrup siyasi fəal, o sıradan AXCP-nin sədri Əli Kərimli, milli şura üzvü Cəmil Həsənli və sair siyasi fəallar çıxış ediblər.

Siyasi və dini məhbusların, o sıradan Azərbaycan Respublikası İslam Partiyasının sədri Hacı Möhsün Səmədovun, Müsəlmanların İslami Hərəkatı Birliyinin sədri Hacı Tale Bağırzadənin, həmçinin digər siyasi və dini məhbusların azadlığa buraxılmaları, hökumətin iqtisadi məsələlərə diqqət yetirməsi, milli sərvətlərin talan olunmasının qarşısının alınması, seçkilərin keçirilmə tərzi, mühakimə tərzinin tənqid olunması və gənclərin gələcəyi natiqlərin çıxışlarının başlıca mehvərlərindən olubdur.

Aksiyaçıların əllərində Azərbaycan Respublikası və Avropa İttifaqının bayraqları, etiraz məzmunlu plakatlar, həmçinin dini və siyasi məhbusların şəkilləri olub. Onlar "Azadlıq, azadlıq!" və "İstefa, istefa!" şüarları veriblər.

Şərh yaz


Məxfi kod
Yenilə