Şənbə, 15 Yanvar 2022 10:18

Ukrayna prezidenti: Ərazi bütövlüyü məsələsində bir-birimizə dəstək verəcəyik

Ukrayna prezidenti: Ərazi bütövlüyü məsələsində bir-birimizə dəstək verəcəyik

Ukrayna prezidenti bəyan edib ki, ərazi bütövlüyü məsələsində Azərbaycan və Ukrayna bir-birinə dəstək verəcək.

Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib: "Biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi apardıq. Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq".

Ukraynanın dövlət başçısı qeyd edib ki, iki ölkə təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacaq, terrorçuluğa qarşı birgə mübarizə aparacaq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacaq.

Xatırladaq ki, ötən ilin avqust ayı Azərbaycan Respublikasının “Krım Platforması”nda iştirak etməməsi ciddi müzakirələrə yol açdı.

Krımı işğaldan çıxarmağın yollarının müzakirəsini nəzərdə tutan platformada Türkiyə də daxil olmaqla 40-dan çox ölkə və beynəlxalq təşkilat iştirak etdi. Azərbaycanın isə bu platformada iştirak etməməsi belə şübhələr ortaya çıxardı ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanımqda çətinlik çəkir və Rusiyanı qıcıqlandırmaq istəmir. Lakin hökumət nümayəndələri Bakının məlum qərarını belə izah etməyə çalışdılar ki, platformada iştirak etməməklə diplomatik təmkin nümayiş etdirmək Azərbaycanın dövlətçilik maraqlarına tamamilə uyğundur. Xüsusilə də Qoşulmama Hərəkatına rəhbərlik edən bir ölkənin bu platformadakı iştirakı beynəlxalq hüquqi normalara da cavab verməzdi. 

Bununla belə rəsmi Bakı beynəlxalqv qanunlara tabe olduğunu nümayiş etdirmək və ittihamlardan xilas olmaq üçün ən azı dövlətlərarası bəyanatlarda Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirir, hətta beynəlxalq təşkilatlarda Ukraynanın lehinə səs verir. Yanvarın 14-də Kiyevdə imzalanan sənəd də bu siyasətdən qaynaqlanır. 

Şərh yaz


Məxfi kod
Yenilə