Cümə axşamı, 25 Noyabr 2021 12:47

İƏT xarici işlər nazirləri Qarabağla bağlı hesabatı müzakirə edəcək

İƏT xarici işlər nazirləri Qarabağla bağlı hesabatı müzakirə edəcək

İƏT xarici işlər nazirləri Qarabağla bağlı hesabatı müzakirə edəcək

Gələn ilin mart ayında Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

"Report"un xəbərinə görə, toplatında təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) faktaraşdırıcı missiyasının Azərbaycanın işğaldan azad olunan ərazilərində apardığı araşdırmalarla bağlı hesabatı müzakirə olunacaq.

Qeyd edək ki, İƏT MDİHK-nın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 18-ci sessiyasında İƏT-in faktaraşdırıcı missiyasının azad olunan ərazilərlə bağlı hesabatı qəbul edilib.

Şərh yaz


Məxfi kod
Yenilə