Çərşənbə axşamı, 09 Noyabr 2021 21:40

Təbrizdə “Zəfər Günü” qeyd olunub FOTO / VİDEO

Təbrizdə “Zəfər Günü” qeyd olunub FOTO / VİDEO

Noyabrın 8-də İran İslam Cümhuriyyətinin Təbriz şəhərində də "8 Noyabr - Zəfər Günü"  qeyd edilib.

Giperssilka.ru xəbər verir ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin 1-ci ildönümünə həsr edilmiş qələbə tədbiri azərbaycanlı tələbələr tərəfindən Beynəlxalq Əl-Mustafa Universitetinin Təbriz nümayəndəliyində keçirilib.

Mərasimdə Təbriz mədrəsəsinin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.

 Quran tilavətilə açılan mərasimdə II Qarabağ müharibəsində şəhid olan ilahiyyatçı Şəhid Maarif Səfərovun tələbə yoldaşı Rəhman şəhidə ithaf edilən ilahini təqdim edib. Sonra tədbirin aparıcısı ilahiyyatçı Tural Salmanov Azərbaycanın əziz guşələrindən biri, incəsənət beşiyi Şuşanın azadlığından söz açaraq bu qələbənin əldə edilməsində şəhid və qazilərimizin rolunu misilsiz addım kimi qiymətləndirib.

Bundan başqa, ilahiyyatçı tələbərdən ibarət surud qrupu Azərbaycan və Ümmət şəhidlərinə həsr edilmiş “Şəhidlərə salam ola” ilahisini səsləndirib.

 Zəfər Günü tədbirində Qarabağ şəhidləri və qazilərinin Vətən müharibəsindəki qəhrəmanlıq dastanlarına həsr olunmuş video çarx nümayiş olunub.

Tədbirin davamında ilahiyyatçı Seyyid Ruslan Seyyidov “Tarixin ibrətləri” mövzusunda çıxış edib, tarixdə ruhanilərin represiyalarına rəğmən, Azərbaycan xalqının öz əsil etiqadına sadiq qaldığını, əziz xalqımızın bu sədaqətini istər 20 Yanvar faciəsində, istərsə də I və II Qarabağ Vətən müharibələrində bir daha ortaya qoyduğunu vurğulayıb.

 

Media

Şərh yaz


Məxfi kod
Yenilə