Cümə, 05 Noyabr 2021 14:23

“Biz birlikdə xalqlarımızın, dövlətimizin rifahı üçün layihələr icra edə bilərik”. +VİDEO

“Biz birlikdə xalqlarımızın, dövlətimizin rifahı üçün layihələr icra edə bilərik”. +VİDEO

Azərbaycan Respublikası xarici işlər naziri İran-Azərbaycan münasibətlərinin hər zaman olduğu kimi müsbət məcrada inkişaf edəcəyindən əmin olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən jurnalistlərə açıqlamasında son aylarda İran-Azərbaycan əlaqələrində bəzi ziddiyyətli məqamlara toxunaraq deyib: İstənilən iki ölkə arasında, hətta digər qonşu ölkələrlə də fikir ayrılığı ola bilər: “Bu, istisna deyil. Fikir ayrılıqları olduğu təqdirdə bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll yollarının tapılmasına tərəfdarıq. Azərbaycanın mövqeyi budur”.

Azərbaycan Respublikası XİN rəhbəri vurğulayıb ki, son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarı ilə telefon danışıqları olub: “Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr oldu. Hesab edirəm ki, müsbət addımlar atılıb və bundan sonra da atılacaq.

Ceyhun Bayramov İran-Azərbaycan münasibətlərinin hər zaman olduğu kimi müsbət məcrada inkişaf edəcəyindən əmin olduğunu vurğulayaraq deyib: “Bizi iki yaxın qonşu ölkə olaraq birləşdirən bağlar var. Biz birlikdə xalqlarımızın, dövlətimizin rifahı üçün layihələr icra edə bilərik”.

Media

Şərh yaz


Məxfi kod
Yenilə