Bazar ertəsi, 25 Oktyabr 2021 00:33

Qubadlının işğaldan azad olunmasından 1 il ötür

Qubadlının işğaldan azad olunmasından 1 il ötür

Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

Axar.az xatırladır ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci ilin oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad etdiyini xəbər verib.

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub.

Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirıliyi özünün tviterdəki səhifəsində Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərində üçrəngli bayrağımızı ucaltdı”.

 

Şərh yaz


Məxfi kod
Yenilə