Şənbə, 23 Oktyabr 2021 12:46

Moskvada üçtərəfli görüş keçiriləcək

 Moskvada üçtərəfli görüş keçiriləcək

RİA Novosti vəziyyətlə yaxından tanış olan mənbəyə istinadən xəbər verir ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş Moskvada noyabrın ilk ongünlüyündə baş tuta bilər.

Məlumatda naməlum mənbəyə istinadən deyilir: Sənəd Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər.

"Təqribən noyabrın 8-9-da Moskvada belə bir görüşün keçirilməsi gözlənilir", - deyə mənbə bilririb.

Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanması gözlənilir.

Bundan əlavə bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair bəyanatın da qəbul olunacağı gözlənilir. Bu məsələ hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapıb", - deyə mənbə bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə