Çərşənbə, 20 Oktyabr 2021 14:36

Azərbaycanda beş din xadimi saxlanılıb+Video

Azərbaycanda beş din xadimi saxlanılıb+Video

Azərbaycan Respublikasında beş ruhani Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Azərbaycanın din xadimləri" ictimai birliyinin beş üzvü – Sərdar Babayev, Qədir Məmmədov, Cəlal Şəfiyev, Əli Musayev və Təmkin Cəfərov saxlanılıblar.

Turan Xəbər Agentliyinin yaydığı məlumatda bildirilir ki, onların hamısı maide.az saytı ilə əməkdaşlıq ediblər. Yaxınları bildiriblər, hamını oktyabrın 19-da axşam saat 16.00-dan 17.00-dək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıblar. Evlərdə axtarış aparılıb, kompüterlər və telefonlar götürülüb.

Bu gün səhər tezdən Şəfiyevlə Məmmədov sərbəst buraxılsalar da, bir neçə saatdan sonra onları yenidən saxlayıblar.

2017-ci ildə Masallıda  Cümə məscidinin imamı olan Babayev dini mərasimlərin aparılması tələblərini pozmaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Cəlal Şəfiyevin video müraciətini izləyəbilərsiniz:

Media

Şərh yaz


Məxfi kod
Yenilə