Çərşənbə axşamı, 19 Oktyabr 2021 12:18

Senat Qarabağdakı rejimə 2 milyon dollar ayırdı

Senat Qarabağdakı rejimə 2 milyon dollar ayırdı

ABŞ Senatının maliyyə komitəsi  Qarabağın ermənilər yaşayan ərazisində minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün 2 milyon dollar ayrıldığını açıqlayıb.

İRİB-nin məlumatına əsasən, senatorlar öz açıqlamalarında bildiriblər ki, Birləşmiş Ştatlar hökuməti Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək və onların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edəcəkdir. 

2020-ci il noyabrın 17-də ABŞ “ Qarabağ münaqişəsində zərər çəkən əhaliyə yardım” məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə 5 milyon dollar ayırmışdı.

Xatırladaq ki, hələ 2021-ci il iyunun sonunda ABŞ Senatının 30-dan çox üzvü  Qarabağda bir sıra mina təmizlənməsi layihələri üçün qeyd eidlən məbləğdə maliyyə ayrılmasını istəmişdi.

Hazırda rəsmi Bakının etirazlarına baxmayaraq, ABŞ hökuməti Qarabağ münaqişəsinin bitmədiyini bildirməklə bu bölgəyə yeni statusun verilməsində israrlıdır. 

ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar bu ölkənin baş naziri Nikol Paşinyana yazdığı məktubda xüsuai olaraq Qarabağ məsələsinə toxunub. “Ermənistan xalqı təhdidlər, o cümlədən  Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik”,- deyə Bayden təbrik məktubunda qeyd etmişdi.

Bayden həmçinin erməni əsirlərin azad edilməsinə dəstək vəd edib və qeyd edib ki, ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcək.

Bundan əlavə uzunmüddətli siyasi həll yolunun tapılması Bayden administrasiyasının Qarabağla bağlı qarşıya qoyduğu məqsədlər sırasındadır. 

Şərh yaz


Məxfi kod
Yenilə