Bazar, 17 Oktyabr 2021 11:34

Tarif Şurasının yeni qərarı Azərbaycanda qəzəb doğurdu

Tarif Şurasının yeni qərarı Azərbaycanda qəzəb doğurdu

Tarif Şurasının yeni qərarı Azərbaycan ictimaiyyəti və iqtisadçıların kəskin tənqidi ilə üzləşib.

politoloq Nəzakət Məmmədova bu haqda öz Facebook səhifəsində yazıb: Beynəlxalq imperialistlər Azərbaycan xalqını sürünməyə məhkum edilmiş 3-cü sinif xalqlar kimi yaşamağa məhkum ediblər. Biz bu mafiyaların əlində əzab çəkmək, onların məkrli planlarının məzlum qurbanları kimi yaşamaq məcburiyyətindəyik. Qiymət artımı və s. hamısı bu böyük planların kiçik təzahürləridir.

Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev isə bunları deyib: Məni, eləcə də şübhə etmirəm ki, yüz minlərlə ölkə vətəndaşını cin atına mindirən, qazın və işığın qiymətinin qalxmasından daha çox Tarif Şurası və xalqa qənim kəsilmiş bəzi məmur tayfasının bu sərsəm bahalaşmaya güllü "don geydirmək" təşəbbüsüdür!

Xatırladaq ki, Oktyabrın 16-da Tarif Şurasının qərarı ilə elektrik enerjisinin və qazın qiymətlərində dəyişiklik edildi.

Qurumdan bildirilib ki, yeni qərarda əsas kimi Azərbaycanda iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas strateji hədəf kimi müəyyən edilməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınıb.

Tarif Şurasının digər qərarına əsasən isə elektrik enerjisinin qiymətləri da artırılıb.
Qeyd olunub ki, qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan və elektrik enerjisindən istifadə edən sahələr üçün tariflər dəyişmiş, istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır.

Müstəqil ekspertlər şuranın arqumentlərini absurd sayırlar.

Şərh yaz


Məxfi kod
Yenilə