Cümə axşamı, 14 Oktyabr 2021 13:18

Mariya Zaxarova Azərbaycanın Ağdərə bölgəsini “Mardakert rayonu” olaraq təqdim edib

Mariya Zaxarova Azərbaycanın Ağdərə bölgəsini  “Mardakert rayonu” olaraq təqdim edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenidən Azərbaycanı ittiham edən ifadələr səsləndirib.

Axar.az-in verdiyi məlumata görə, Zaxarova Azərbaycanı Qarabağda erməni dinc sakinin ölümündə günahkar bilib. O, insidentlərin baş verməməsi üçün Rusiya sülhməramlılarının Azərbaycan və Ermənistan baş qərargahları ilə fasiləsiz qarşılıqlı əlaqədə olduğunu söyləyib.

Azərbaycanı ittiham etməklə bərabər Zaxarova Ağdərə bölgəsini “Mardakert rayonu” olaraq təqdim edib.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Respublikası ordusunun atəşi nəticəsində Ağdərə istiqamətində traktor sürücüsünün ölməsi barədə məlumatı rəsmən təkzib etmişdir.

Şərh yaz


Məxfi kod
Yenilə