Cümə axşamı, 22 iyul 2021 10:07

Erməni şərhçi: Ocaqnejadın açıqlaması Ermənistan üçün həyəcan siqnalıdır

Erməni şərhçi: Ocaqnejadın açıqlaması Ermənistan üçün həyəcan siqnalıdır

İslam inqilabının aliməqamlı rəhbərinin nümayəndəsinin Təzəpir məscidində Qurban bayramı namazından sonrakı müsahibəsi Ermənistanda məyusluq doğurub.

Erməni siyasi şərhçi Razmik Akopcanyan islam inqilabının aliməqamlı rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-islam Əli Əkbər Ocaqnejadın dünən təzəpir məscidindəki müsahibəsinə toxunaraq deyib: Onların(İranın) lideri deyir ki, Azərbaycanın Şuşa şəhərində olan məsçiddə namaz qılmaqdan xoşbəxtdir. İranın itirilməsi Ermənistan üçün məhvedici ola bilər.”

Erməni şərhçi İranın ikinci Qarabağ müharibəsində və ondan sonra birmənalı şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi və işğala son qoyulmasından məmnun qalmasını nəzərə alaraq deyib: “ Nikol Paşinyan və onun komandası burnunun ucunda baş verən çox təhlükəli hadisələri nəzərə almadan, Qərb istiqamətində olan işlərə həddindən artıq vaxt sərf edir. İran istiqamətində əvvəlki dostluğun sürətlə itirilməsi prosesi gedir ki, bu da bütün Ermənistan üçün çox həyəcan siqnalıdır.

Xatırladaq ki, Şuşa məscidində Şeyx Allahşükür Paşazadənin imaməti ilə namaz qılmaq duasının qəbul olduğuna görə dünən təzəpir məscidində bayram namazında iştirak edərək Allah taalaya şükr etdiyini söyləyən  höccətül-islam Əli Əkbər Ocaqnejad deyib:  “Mən həmişə bayram namazlarında Allahdan istəmişdim ki, mənə üç camaat namazı nəsib eləsin, biri Şuşada qardaşım Hacı Allahşükür Paşazadə həzrətlərinin imaməti ilə, ki şükür Allaha o mənə nəsib oldu. Biri də inşaallah Qüds məscidində camaat namazı qılam Ayətullah Xameneinin imaməti ilə, biri də inşaallah Məscidül-həramda  İmam zamanımız zühür eləsin onun imaməti ilə.”

Minsk Qrupu həmsədr ölkələrinin Bakıdakı səfirlərinin Şuşaya səfərdən imtina etdikləri bir şəraitdə iyulun 11-də İranın Aliməqamlı rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsi QMİ sədri Şeyx Allahşükür Paşazadə ilə birlikdə Şuşaya getdi və Şuşa məscidində şükran namazı qıldı.

Azərbaycan Respublikasında məlum mərkəzlərdən idarə olunan bəzi media orqanları və şəxslər,Həzrət Ayətullahül-üzma Xameneinin nümayəndəsinin Şuşaya səfəri və Şuşa məscidində namaz qılmasına kölgə salmağa cəhd göstərdilər.

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu isə Höccətül-islam Əli Əkbər Ocaqnejadın Şuşa səfərini Musavat-ın teledebatında dəyərləndirərkən bildirdi ki, bu İranın Azərbaycan Respublikasına qazandırdığı növbəti strateji və diplomatik uğur oldu. İlahiyyatçı bu uğura kölgə salmağa cəhd göstərənləri savadsız adlandırdı, eyni zamanda bildirdi ki, Azərbaycan Respublikasında bu səfərin böyük əhəməiyyətinin yalnız  Ermənistandakı reaksiyalardan sonra dərk edilməsi də ciddi təəsüf doğurur.

 

Şərh yaz


Məxfi kod
Yenilə