Çərşənbə axşamı, 13 Avqust 2013 18:04

PAKİSTANDA TERRORİZMLƏ QARŞILAŞMAQ

PAKİSTANDA TERRORİZMLƏ QARŞILAŞMAQ

Təbriz radiosu-BMT baş katibi Pan gi munun İslamabda səfəri ərəfəsində Pakistanın daxili işlər naziri Nisar Əlixan bu ölkənin həyatını davam etdirmək üçün, terrorizmlə  müharibəni zəruri sandı. O sözlərində bildirdi: baxmayaraq ki, 2001 –ci il sentyabr hadisələrindən sonra Terrorizm əleyhinə müharibə ölkəsinə qəbul etdirilib. Lakin bu müharibə hazırda Pakistanın ölüm- dirim müharibəsinə çevrilib. "Davn " qəzetinin yazdığına görə, Pakistanın daxili işilər naziri dünən Bəluçistan Əyalətinin mərkəzi "Küveytə şəhəri"nə səfərində dedi: bütün xalq Terrorizmlə müharibədə həmrəy olmalıdır. Çünki bu müharibə Pakistanın ölüm-dirim müharibəsinə çevrilib.  

Siyasi müşahidəçilərin baxımından, Pakistan daxili işlər nazirinin Küveytə də çıxışı çox əhəmmiyyətlidir.  çünki bu şəhər son günlərdə terrorçuların geniş əməliyyatına məruz qalmışdı. Bu hücumlarda bir çox Pakistan vətəndaşı həlak olub. Amerikada bəzi dairələr Bəluçistan Əyalətinin ayrılmasından söz açıblar. Ona görə Pakistan, xüsusilə Bəluçistan Əyalətində  terror hücumlarının nəticəsi haqda nigaranlıqlar çoxalıb. Beləliklə daxili işlər naziri Nisar Əlixanın "Terrorizmlə qarşılaşmaq, bu ölkənin həyati məsələsidir" sözü bu ölkə düşmənlərinin Pakistanı parçalamaq haqda planlarına bir xəbərdarlıqdır. Onlar zorakılıq və firqələr arası müharibəni qızışdıraraq bu yaramaz niyyətlərinə nail olmaq istəyirlər.

Ona görə Pakistanın daxili işlər nazri dedi: bu ölkə ordusu 5000 ədəd kiçik pulemyotu Bəluçistan Əyalətinin ordu və polis qüvvələrinə verəcək və onları terrorçu qruplarla qarşılaşmağa hazırlamaq üçün təlim proqramları həyata keçirəcək.

Siyasi müşahidəçilərin baxımından, Pakistan daxili işlər nazirinin bu çıxışı pakistan dövləti və ordusunun terrorçularla qarşılşmaqda problemi olmasını göstərir.

Pakistan ordusu Terrorçu və  yarı hərbçilər əleyhinə əməliyyatların keçirilməsini vurğuladığı halda, Bu ölkə dövləti siyasi çıxış yolu ilə bütün qruplar, o cümlədən Təhrike- taliban qruplaşması ilə müzakirəni vurğulayır. Elə nəzərə gəlir ki, Pakistan dövləti hərbçilər və bəzi qruplar, o cümlədən İnsaf ümran xanın Təhrik qrupu ilə ahəngdar olaraq Terrorçular əleyhinə ciddi hərəkətlərə keçmək istəyir.

Pakistan daxili işlər nazirinin dediyinə görə ötən 13 ildə heç bir dövlət yeni milli təhlükəsizlik siyasət üsulu hazırlmayıb. Lakin Nəvazın Müslimlik partiyası ətraflı bir proqramla Pakistanı terorçuların əlindən bir dəfəlik qurtarmaq istəyir. Bu qərarın doğrulması bütün siyasi və hərbi qrupların əməkdaşlığını tələb edir.

Eyni halda Pakistan dövləti BMT baş katibi  Pan gi munun İslamabada səfərini Pakistan dövlətinin bu təşkilat və beynəlxalq ictimaiyyətdən Terrorizmlə qarşılaşmaq üçün yardım tələb etməsi üçün bir fürsət hesab edirlər. Pakistanın Pan gi mundan böyük təmənnası onun Amerikadan bu ölkənin qəbilə sakinli məntəqələrinə Pilotsuz təyyarələrlə hücumlarını dayandırmasını tələb etməsidir. 

Şərh yaz


Məxfi kod
Yenilə