Bazar ertəsi, 12 Avqust 2013 19:29

Misir ordusu etirazçılara qarşı hədələrini reallaşdırır

Misir ordusu etirazçılara qarşı hədələrini reallaşdırır

Belə nəzərə gəlir Misir ordusunun bu ölkə etirazçılarına qarşı xəbərdarlığı bazar ertəsi avqustun 12-də əməliyyat fazasına daxil olub. 

Misir ordusu devrilmiş prezident Məhəmməd Mursi himayəçilərinin toplaşdığı Rabiətül-Ədviyə və Əl-Nihzə meydanlarını mühasirəyə alıb və aksiyalara son qoyacağına təkid etmişdir.

Aksiyaçılara  hücum  , onlara su və yemək çatdırmağa mane olmaq , bu meydanların giriş və çıxış yollarını bağlamaq , ordunun Mursi himayəçilərinin aksiyalarına son qoymaq üçün həyata keçirdiyi işlərdən olmuşdur.

Bununla yanaşı Misirin müxalif partiyaların rəhbərləri xüsusi ilə də Təmərrüd hərəkatı aksiyalarını Əl-Təhrir meydanına köçürəcəklərini elan ediblər.

Onlar aşkarcasına Mursinin hakimiyyətə qayıdan zamana kimi hakimiyyəti devirənlərə qarşı çıxacaqlarını bildirirlər.

Bütün faktlar Misiri təhlükəli və həssas vəziyyətə çatdığını göstərir. Ordunun müxaliflərlə qarşılaşması eyni halda Mursi tərəfdarlarının hərbçilərlə saziş etməmələri şübhəsiz Misiri çox ağır vəziyyətə sala bilər.

Misirin bəzi rəsmiləri bu ölkədə qanlı toqquşmaların baş verəcəyi ehtimalından söz açırlar.

Bu elə bir haldadır ki, müxtəlif qrupların hesablaşacağı da ehtimal olunur.

Bununla belə İxvan Əl-Müslimin hərbçilər və onlarla yanaşı liberalları kimi təsirli tərəflər hazırkı həssas vəziyyətdə iqtidarı əldə etmək üçün imkanlar və vasitələrdən istifadə etməyə cəhd edirlər , ancaq bunun bəzi nəticələri də var. BMT-nin baş katibi Ban ki Munu nigaran edən nəticələr . Çünki Misirin  ətraflı daxili müharibə vəziyyətinə düşəcəyi qəti nəticələrdən ola bilər.

Hal-hazırda Misirdə ümumi əmlaka xəsarət vurmaq və siyasi rəqiblərin evlərini  odlamaq rayic olmuşdur. Hər çənd hələdə hansı qrupların təxribatçı işlər həyata keçirib ümumi və xüsusi əmlakı təxrib edənlərin kim olduğu məlum deyil. Amma şübhəsiz doğurmayan mövzu Misirdə olan hərc-mərclik və qalmaqallı vəziyyət muzdur qruplaşmalar , xuliqanlar və hətta ifratçı sələfilərin təxribatçı hərəkətlərinə zəmin yaratmışdır.

Beləliklə də Mursiyə qarşı hərbi çevrilişdən sonrakı hadisələr nəinki Misirin siyasi durumu həmdə bu ölkə ictimaiyyətini təsiri altına almışdır.

Hazırkı şərait siyasi və sosial zorakılıqlarla yanaşı Misir iqtisadiyyatı da iflic vəziyyətə düşüb və Misirin regional və beynəlxalq mövqeyi də ciddi şəkildə ləkələnmişdir. Buna görə də , belə nəzərə gəlir ki, Misiri böhrandan çıxartmaq üçün nə isə bir yolun tapılması zərurət daşıyır. Ancaq yaddan çıxarmamalılıq ki , hərbi fazaya daxil olmaq Misiri çox gərgin vəziyyətə sala bilər. Belə bir vəziyyətdən çıxmaq da çox çətin ağır xərcli olacaq.

 

Şərh yaz


Məxfi kod
Yenilə