Bazar ertəsi, 11 May 2020 10:21

ABŞ Suriyada yeni hərbi baza tikir - şərh

 ABŞ Suriyada yeni hərbi baza tikir - şərh

ABŞ Suriyadan çıxmaq əvəzinə bu ölkədə qeyri-qanuni şəkildə yeni hərbi baza qurur.

SaharAzeri Teleqraf Xəbər Portalına istinadən bildirir ki, Pentaqon Suriyanın Deyrəz-Zur vilayətinin Əl-Ömər neft sahəsi bölgəsində baza qurmaq üçün hazırlıqlara start verib.

Baza Deyrəz-Zurun qərbindəki Əl-Cezrat bölgəsində inşa edilir.

Məlumat üçün bildirək ki, bu region Suriyanın neftlə ən zəngin torpağı hesab olunur.

2019-cu ilin noyabr ayının əvvəlində Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması haqqında verdiyi vədinə baxmayaraq, hazırda ABŞ qüvvələri Suriyanın neft ehtiyatlarının 90%-nin yerləşdiyi Fərat çayının şərqindəki ərazidə qalmaqda davam edir.

Yeni bazaların inşasına gəlincə, bu barədə ötən ilin noyabr ayı Tramp hökuməti Suriyanın neft yataqlarının müdafiə olunması bəhanəsi ilə Pentaqona müvafiq göstəriş verdi və bu ölkənin Suriyadakı icazəsiz hərbi missiyasının genişləndirilməsini təsdiqlədi.

Maraqlıdır ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri tənqidlərə cavab olaraq Amerikanın Suriyanın neft yataqlarında hərbi iştirakının qanuni olduğunu iddia edir. "Suriyanın neft yataqlarında olmağımız qanunidir. İnanıram ki, bizim bu tədbirlərimiz beynəlxalq qanunlara zidd deyil. Biz qanunsuz bir şey etmirik", - deyə Cefri bildirmişdir.

Deyilənlərə görə, Birləşmiş Ştatlar neft yataqlarından istismar olunan neftin satışa çıxarılması ilə Pentaqonun birbaşa nəzarətində olan ayrı-ayrı terror təşkilatlarını, həm də Türkiyə tərəfindən terror qruplaşması hesab olunan və Suriyanın mərkəzi hökumətinə tabe olmaqdan çəkinən YPG yaraqlılarını maliyyələşdirir.

Qeyd edək ki, 2014-cü ildə ABŞ İŞİD-ə qarşı mübarizə adı altında Suriyaya qanunsuz olaraq qoşun yeridib. Suriya ordusu və müqavimət qüvvələrinin İŞİD-i məğlub etməsindən sonra bu hərbi mövcudiyyət birbaşa Suriya neftinin oğurlanmasına , eləcə də istənilən terror təşkilatına nəfəslik verilməsinə hesablanıbdır.

 Suriya dövləti isə bildirir ki, Amerikanın bu ölkədə hərbi mövcudiyyəti Dəməşqdən icazə almadan həyata keçib və məqsəd Suriyanın təbii ehtiyatlarını qarət etməkdir. Bununla əlaqədar Suriya dövləti bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasından istəyib ki, bu ölkənin neft quyularının işğalına son qoymaq üçün Birləşmiş Ştatlara təzyiq göstərsin.

ABŞ SURİYADA YENİ HƏRBİ BAZA TİKİR

Şərh yaz


Məxfi kod
Yenilə