Cümə axşamı, 07 May 2020 22:46

Əl-Kazıminin İraq baş naziri seçilməsi ABŞ-ı ümidli, yoxsa məyus etdi?

Əl-Kazıminin İraq baş naziri seçilməsi ABŞ-ı ümidli, yoxsa məyus etdi?

“Nyu-York Tayms” qəzeti Kazımi hökumətinin parlamentin etimad səsini alması xəbərini, “İraq parlamenti baş nazir kimi ABŞ-ın dəstəklədiyi bir namizəd olan Mustafa Kazımini seçdi” başlığı ilə verib.

SəhərAzəri xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus, Pompeo ilə Əl-Kazimi arasında reallaşan telefon danışığı ilə bağlı bunları deyib: “ABŞ yeni hökuməti dəstəkləmək və uğurları üçün doğru şərtləri təmin etmək istəyimizin göstəricisi olaraq İraqa elektrik enerjisindən 120 günlük güzəşt tətbiq edəcək. Dövlət katibi Pompeo və baş nazir Kazımi, həmçinin yaxınlaşmaqda olan ABŞ-İraq strateji dialoqunu və İraq xalqına layiq olduqları firavanlıq və təhlükəsizliyi təmin etmək üçün birlikdə əməkdaşlıq etməyi gözlədiklərini vurğulayıb”.

ABŞ-ın İŞİD-lə mübarizə üzrə sabiq nümayəndəsi Brett Mak Qurq, Mustafa Kazımini baş nazir olmasına görə təbrik etsə də, Hadson İnstitutunda qocaman mütəxəssis olan sabiq kəşfiyyatçı Maykl Pregent, Kazımidən çox ümidli deyil.

Pregent Kazıminin kəşfiyyat direktoru olaraq “Radikal sünnilər” deyə xarakterizə etdiyi İŞİD terrorçularının öldürülməsi üçün kəşfiyyat təmin etməsindən və amerikalılara hücum edən İraqın müqavimət qruplarına səssiz qalmasından şikayətlənir.

Kazıminin hökumət proqramının 12-ci bəndində, İraq parlamentinin 2020/1820 saylı “xarici qüvvələrin İraqdan çıxarılması” (Xüsusilə də ABŞ-ın işğalçı qüvvələri nəzərdə tutulur) qərarının tətbiq olunması da var.

Mustafa Kazımi hökuməti İraq parlamentinin etimad səsini alıb. Kazımının kabinetindən 15 nazir təsdiqlənib, 4 nazir qəbul olunmayıb, xarici işlər və neft nazirlikləri isə qədər boş qalıb.

Şərh yaz


Məxfi kod
Yenilə