Çərşənbə, 16 Yanvar 2019 19:20

Mərziyə Haşimi; Tramp hökumətinin yeni girovu

Mərziyə Haşimi; Tramp hökumətinin yeni girovu

PressTV-nin əslən amerikalı aparıcısı Mərziyə Haşimi ölkəsinə olan səfəri zamanı ABŞ polisi tərəfindən heç bir ittiham irəli sürülmədən həbs edilib. Bu məsələ geniş reaksiyalara səbəb olub.

 

PressTV informasiya kanalının əslən amerikalı olan aparıcısı Mərziyə Haşimi  son zamanlar ailəsinə baş çəkmək üçün Amerikaya olan səfəri zamanı Vaşinqton hava limanında ABŞ polisi tərəfindən həbs edilib.

İranın teleradio təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini Peyman Cebelli bu barədə deyir: “Onun həbs edildiyi və onunla çox pis, vəhşicəsinə rəftar olunduğunu bu gün səhər öyrənmişik. Heç bir ittiham irəli sürmədən onun əlləri və ayaqlarına qandal vuraraq, zindana salıblar. Ondan zorla hicabını çıxartmasını və hicabsız olmasını istəyiblər. Övladlarının dediklərinə görə, ona verilən köynək ilə başını örtməyə çalışırmış.”

 

Mərziyə Haşimi bundan öncə də ölkəsindəki irqçilikdən və hər dəfə Amerikaya səfər edərkən üzləşdiyi xoşagəlməz rəftarlardan söz açmışdı: “Ölkənin faşizmə doğru  hərəkət etdiyini gördüm. Və hətta Amerikaya gedərkən hava limanında özümə qarşı çox pis rəftarın şahidi olmuşam.”

 

Mərziyə Haşiminin əməkdaşlarından biri deyir: “Xanım Haşimi ilə son dəfə danışdığım zaman Luiziana hava limanında idi və zarafatla “bunlar yenə də məni yoxlamağa gəliblər” dedi. Hamı təəccüb etsə də O, bunun adi hal olduğunu və bir neçə saat saxlayıb, suallar soruşduqlarını dedi. Bu telefon danışığından 4 saat sonra qızı mənə “anamı həbs etdilər, nə edim?” deyə mesaj göndərdi. İki gündür heç nə yemir. Ona donuz ətindən hazırlanmış sandiviç veriblər. Yavan çörək istəsə də ona çörək verməyiblər.”

 

Mərziyə Haşimi İslam İnqilabının qələbə çalmasından sonra İrana gəlir. İslam dinini qəbul edərək, bir jurnalist kimi fəaliyyətə başlayır.

 

Tanınmış araşdırmaçı, "Yeni Üfüq" beynəlxalq konfransının təsisçisi Nadir Talibzadə isə deyir: “Sadəcə xəbər proqramı icra etmirdi. Analitik proqramları da var idi və bu sionistlərin xoşuna gəlmirdi. Bunun üçün də onu incitmək üçün fürsət axtarırdılar.”

 

İranın teleradio təşkilatının sədri Əli Əsgəri də bu barədə deyib: “Xanım Mərziyə Haşimi PressTV-nin peşəkar, bacarıqlı və inqilabçı aparıcısıdır. Düşünürəm ki, islamçı və inqilabçı düşüncələrinə, haqq , ədalət və müqavimət cəbhəsinin tərəfdarı olmasına görə həbs edilib. İstənilən halda biz ABŞ hökumətinin bu hərkətini qınayırıq. Və onun tez bir zamanda azad olunacağına və öz işinə geri dönəcəyinə ümidvarıq.”

 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi də məsələyə münasibət bildirib: “Ağ dərili olmayan bu jurnalistin Amerikaya daxil olduqdan sonra üzləşdiyi rəftardan aydın olur ki, Tramp hökuməti öz irqçi, aparteid və rasist siyasətlərini davam etdirir. Ümidvarıq tezliklə heç bir qeyd-şərt olmadan azad edilsin.”

 

PressTV-nin Vaşinqtondakı müxbiri Kalin Kəmpbel baş verənlər haqda deyib: Onun səbəbsiz yerə saxlanılması ciddi nigaranlıq doğurur. Bu o deməkdir ki, digər jurnalistlər və müxbirlər də səbəbsiz yerə həbs oluna bilərlər.  

 

Səbəbindən asılı olmayaraq bir ana və bir jurnalistin həbs olunması və onunla çirkin rəftarın edilməsi haqq tərəfdarı olduğunu iddia edən medialar və özünü demokratiyanın beşiyi adlandıran ölkələr üçün ciddi sınaq sayılır. Heç şübhəsiz dünyanın ayıq vicdanı bu hadisə ilə bağlı rəftarlara laqeyd yanaşmayacaq.

Şərh yaz


Məxfi kod
Yenilə