Şənbə, 12 Yanvar 2019 16:13

Yəməndən təcavüzkarlara PUA mesajı

 Yəməndən təcavüzkarlara PUA mesajı

Yəmən olayları bu ölkə müqavimətinin yeni önləyicilik və təsirli hücum mərhələsinə daxil olmasından xəbər verir.

Yəmən ordusu və xalq komitələri qüvvələri cümə axşamı Yəmənin cənubunda, Ləhic vilayətində yerləşən Əl-Ənd bazasında səudiyyə muzdlularının hərbi paradını hədəfə alıb. Nəticədə onlarla nəfər ölüb və yaralanıb.

Yəmən ordusunun sözçüsü Yəhya Səri: "Qasif K-2" PUA-sı ilə edilən hücum uğurlu kəşfiyyat əməliyyatının ardınca və Ərəbistanın Yəmənə olan hücumlarına cavab olaraq həyata keçirilən bir əməliyyat olub."

Yəmən hadisələrindən aydın olur ki, təcavüzkar Səudiyyə rejiminin bütün hesablamaları alt-üst olub. Ərəbistan ordusu və muzdluları Yəmən xalqı qarşısında strateji məğlubiyyətin şahidi olmaqla yanaşı, onların tərəfdarlarına endirilən zərbələr də məğlubiyyətin nişanələrinin daha qabarıq formada aşkar olmasına səbəbolub.

Ötən bir neçə həftə ərzində KİV-lər tərəfindən yayılan məlumatlarda Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin Əl-Hudəydə vilayətində elan edilmiş atəşkəsi intensiv şəkildə pozduğundan xəbər verilir.

"Yəmən hökuməti Səna və Əl-Hudəydə vilayətində öz öhdəliklərinə tam şəkildə əməl edib. Amma, qarşı tərəf anlaşmaya əməl etir və öz qüvvələrini anlaşmada təyin edilmiş nöqtələrdən çıxartmır."

 

"Yəmən ordusu və xalq qüvvələri atəşkəslə bağlı isveçdə əldə olunmuş anlaşmaya tam formada əməl edib. Amma, bunun əksinə olaraq təcavüzkarlar hələ də qüvvə toplamaqla məşğuldurlar. Onlar atəşkəs anlaşmasını aşkar formada pozurlar. Amma, bu məsələnin nə üçün sükutla qarşılandığını bilmirəm. 4 ildir ki, xalqımız təcavüzlərə məruz edilir. İnsanlar öldürülür. Amma, heç bir ciddi beynəlxalq reaksiya müşahidə etmirik."

 

Bu arada, savaş meydanında diqqəti özünə cəlb edən məsələlərdən biri Yəmən ordusu və xalq qüvvələrinin artan raket və PUA qüdrətidir. Yəmənlilər öz raket qüdrətinin artırılmasına yaxşı irəliləyişlər əldə ediblər.

 

Yəmənli hərbçilərdən biri deyir: "2018-ci ili Yəmən ordusunun ballistik raket ili adlandırmaq olar. Bizim raketlərimiz düşmənin uzaq məntəqələrinə kimi gedib çatır. Digər tərəfdən pilotsuz uçan aparatlardan peşəkar formada istifadə etməyi habelə, Dubay, Əbu-Dəbi və Ər-Riyad hava limanlarını hədəfə almağı bacarmışıq."

 

Yəmən müqavimətinin Ərəbistana sarsıdıcı zərbələr endirməsi bu ölkə başçılarını heyrətləndirib. Yəmən olayları savaş meydanında qüdrət balansının müqavimətin xeyrinə dəyişməkdə olduğuna dəlalət edir. Bu məsələ təcavüzkar koalisiya və muzdluları üçün aydın mesaja malikdir. Bu mesaj, təcavüzkarların sülh yolunda addım atmaqdan imtina edəcəkləri təqdirdə, onları çətin günlərin gözləməsidir.

Şərh yaz


Məxfi kod
Yenilə