Çərşənbə axşamı, 08 Yanvar 2019 21:32

Trampın tükənməyən "divar" sevdası

Trampın tükənməyən "divar" sevdası

Öz qalmaqallı siyasətləri ilə daim gündəmdə qalmağı bacaran Tramp öz müxaliflərinin də başlıca hədəfinə çevrilib. Belə ki, Trampı ABŞ üçün bir rüsvayçılıq hesab edən demokratlar onun impiçment edilməsi üçün düyməyə basmağa hazırlaşırlar.

Tramp ABŞ ilə Meksika arasındakı 3 min kilometrlik sərhədi divar çəkərək, bağlamağa nail olsa belə, bunun üçün lazım olan büdcəni təmin etsə belə, mühacirlər divarların altından tunel qazaraq, Birləşmiş Ştatlara daxil olacaqlar. Bunu necə önləyəcək?

Minesota Universitetinin müəllimi Ceyms Fitzer deyir: “Divardan və ya hökumətin bağlanmasından daha önəmli olan müxaliflərinin Trampı necə kənarlaşdırmalarıdır. Çox məharətlə və peşəkar şəkildə. Dəlilləri isə Trampın ABŞ-ı rüsvay etməsidir.”

İmpiçment edilməsini önləmək üçün siyasət meydanında daha böyük divara ehtiyaclıdır. Demokrat senator Brad Şerman rəsmi qaydada onun kənarlaşdırılmasını istəyib.

Nümayəndələr Palatasında Trampın müxalifləri daha kəskin çıxışlar etməyə başlayıblar. Demokratların ağsaqqalı Berni Sanders Trampın prezidentliyi müddətində 3 min dəfə yalan danışdığını deyir.

Amma, hələ də prezidenti sevən tərəfdarlarını unutmaq olmaz.

2020-ci il prezident seçkiləri üçün başlıca rəqiblərindən biri Obama dövründə vitse-prezident olmuş Co Baydendir.

Digəri isə demokrat senator Elizabet Varendir.

Və kino-aktrisa Ancelina Coli.

Qətlə yetirilmiş prezident Con F Kenedi hələ də Amerikada sevilir. Onun ailə üzvlərindən birinin də namizəd olmaq istəyəcəyi ehtimal olunur.

Tramp bir sıra vədlər verib. Misal üçün xarici siyasətdə Şimali Koreyanın nüvə tərksilahı üçün müzakirə. Daxili siyasətdə isə xalqın məişət problemlərinin həll edilməsi. Amma, qarşıdan gələn günlər ərzində bu vədlərin icrasında hiss olunan irəliləyişlər əldə edilməzsə, təzyiqlər artacaq.

Şərh yaz


Məxfi kod
Yenilə