Bazar ertəsi, 07 Yanvar 2019 21:19

Virtual mühit vasitəsilə sızma

Virtual mühit vasitəsilə sızma

Qərbin dəstək verdiyi virtual mühit hələ də İraqdakı terror qrupunu böyük göstərmək niyyətindədir ki, bəlkə bu yolla İraqın xalqı və silahlı qüvvələrinin əhval-ruhiyyələrinə mənfi təsir göstərmiş olsun.

İraqdan qovulmuş terrorçular indi mədəni sızma vasitəsi ilə bu dəfə pəncərədən bu ölkəyə girməyə çalışırlar. O da virtual mühit və ya həmin sosial şəbəkələr vasitəsilə.

Media statistikaları göstərir ki, hal-hazırda İraqın 38 milyonluq əhalisinin azı 14 milyon nəfəri internetdən istifadə edir. İstifadəçilərin 90 faizindən çoxu sosial şəbəkələrdə, xüsusən Facebook və Youtube-da fəaldır. Amma bu şəbəkələrin real təhlükəsi haradadır: Düşmənin bəzi mediaları İraqın qələbələrini əhəmiyyətsiz göstərmək üzərində işləyirlər. Onlar terrorçuların məğlubiyyətlərinin əvəzini bu dəfə virtual mühitlər vasitəsilə çıxmaq niyyətindədirlər.

Maraqlı burasıdır ki, onların abonentlərinin sayı milyonlarla nəfərdir və əksəriyyəti də xüsusən Bəsrədə ümumi xidmətlərin olmaması problemlərinə etiraz edir və Həşduşşəbi qərargahlarının yandırılmasına bais olubdur. Əksərən İordaniya, Ərəbistan, Türkiyə, İngiltərə və hətta Fransa və Finlandiyadan idarə olunurlar: Terrorçuluq məzmunlarına malik olan bir çox sosial şəbəkəni bağlamışıq. Təkcə ötən bir ay ərzində virtual mühitdə bir növ İŞİD-i himayə edən 88 səhifəni aşkar edərək, bağlamışıq.

Daha mühüm olan məsələ budur ki, bu günlər İraqa mədəni sızma sahəsində sionist rejimin izləri çoxalıbdır. Aparılmış təhqiqatlara əsasən, Cəmaəti İslami əl-Əhmədiyyə səhifəsi, iraqlı lətifələr səhifəsi və hazırda İraqda ən sevimli kompüter oyunu olan Bubci kompüter oyunu səhifəsinin hamısı sionist rejim tərəfindən idarə olunur. Bu günlər həmçinin virtual mühitdə yeni təbliğat da başlanıbdır. “Hərasəddin” adlı terror qrupunun Suriya ərazisindən İraq ərazisinə girməsini təbliğ edir.

Əlbəttə, bu günlər iraqlı qüvvələr bu terror qrupunun İraq ərazisinə girməsini kəskin tərzdə təkzib ediblər. 

Şərh yaz


Məxfi kod
Yenilə