Şənbə, 05 Yanvar 2019 22:01

Amerikada güc yarışı

Amerikada güc yarışı

Tramp hökumətinin tətil vəziyyətində davam etməsini nəzərə alaraq qarşıdakı iki ildə hər gün güc yarışı olacaq.

Artıq 15-ci günə keçdi. Tramp ehtimal üzrə hökumətin tətili barədə Obamanın rekordunu keçməyi sevirdi. Hətta bəziləri onun bu yolla hökuməti girov götürmüş olduğunu desələr də. 

CNN kimi mediyalar səhərdən axşamadək hökumətin tətilindən doğan problemləri, yüz minlərlə işçinin maaş almadığını, səhiyyə və iqtisadi çətinlikləri təkrarlayırlar.

Deyirlər ki, o prezident olmazdan öncə müsahibələrində bir prezident üçün hökuməti tətil etməyin son dərəcə mənfi hal olduğunu deyibmiş. 

Qadın: Amerika üçün bu qədər ziddiyyət təhlükəlidir. 

Digər tərəfdən Trampın tərəfdarları onu öz mövqeyindən geri çəkilməməyə çağırırlar. Meksika sərhədlərində divar inşası önəmlidir ona görə ki, qeyri-qanuni miqrantlar təhlükəli olur. 

Analitik və yazıçı Faiz Malim deyir: Tramp haqlıdır. Tramp ən azı verdiyi vədləri o cümlədən bu divar vədini yerinə yetirməlidir ki, öz tərəfdarlarını itirməsin. 

Siyasət istilikölçənini oxuya bilənlər, konqres ilə Ağ ev arasındakı bu qızmar qarşıdurmanın yaxın gələcəkdə iki tərəf arasında tozanaq qopacağından xəbər verdiyini yaxşı başa düşürlər. 

 

Şərh yaz


Məxfi kod
Yenilə