Cümə axşamı, 11 Oktyabr 2018 23:41

ABŞ-ın silah ixracatı 55 milyard dolları keçdi

ABŞ-ın silah ixracatı 55 milyard dolları keçdi

ABŞ ordusu 2018-ci maliyyə ili üçün xarici ölkələrə 55,6 milyard dollar silah satışı həyata keçirib Shafaqna

2017-ci ildə bu göstərici 41,93 milyard dollar olmuşdu.

 Məsələ ilə bağlı danışan amerikalı general Çarlz Huper, belə deyib: “Müsbət artım tendensiyasının davam edəcəyi məsələsində ümidliyəm”.

 Xarici ölkələrin ABŞ-dan silah almağı davam etdirəcəklərini açıqlayan Huper, belə deyib: “Tərəfdaşlarımız yaxşı bir şey görəndə bunu hiss edirlər”.

 Son illərdə baş verən artım diqqətə səbəb olduğundan 2019-cu il üçün gələn tələblər dəqiqləşməyə başlayıb. Belə ki, təkcə Səudiyyə rejiminin istədiyi THAAD raket əleyhinə müdafiə sisteminin qiyməti 15 milyard dollardır. Bundan sonra gələn ən böyük tələb Polşa tərəfindən istənilən Patriot PAC-3 sistemidir. Bu sistemin 10,5 milyard dollara alınacağı bildirilir.

 Bu iki müqavilədən birinin dəqiqləşməsi ilə ABŞ-ın 2019-cu ildəki silah satışında böyük artım müşahidə olunacaq.

 ABŞ-ın prezidenti Donald Trampın iqtisadi inkişaf strategiyasında silah satışlarının xüsusi yeri olduğu bilinir. NATO ölkələrini hərbi xərclərini artırmağa məcbur edən Tramp, bu ölkələrə bahalı silah sistemləri satır. Tramp rəhbərliyi, Səudiyyə rejimi ilə 350 milyard dollarlıq silah müqaviləsinə imza atıb.

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif son günlərdə atdığı bir tvitdə belə qeyd etmişdi: “Amerika silah ixracı ilə dünyada stabilliyi pozur və daha yaxşı sabahları inşa etmək üçün sərf ediləcək pulları israf edir.

 Zərif Amerika silahlarının, hətta bu ölkənin vətəndaşlarının təhlükəsizliyini də təmin etmədiyini bildirərək, belə qeyd etmişdi: “Amerikanın dünya hərbi büdcəsində 35%-lik payı da 11 sentyabr 2001-ci ildə üç min nəfərin ölümünü və 6 min insanın yaralanmasına mane olmadı”.

Şərh yaz


Məxfi kod
Yenilə