Çərşənbə, 10 Oktyabr 2018 16:46

Beynəlxalq Valyuta Fondu xəbərdarlıq etdi

Beynəlxalq Valyuta Fondu xəbərdarlıq etdi

Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu başçıları çərşənbə günü himayə xarakterli siyasətlərin dünya iqtisadiyyatındakı mənfi nəticələri barədə xəbərdarlıq edərək, ölkələr arasındakı ticarət savaşının durdurulmasını istəyiblər.

Röyters-in verdiyi məlumata əsasən dünyanın ən iri iqtisadi gücləri olan ABŞ və Çin arasında ticarət savaşının yüksələn xətt üzrə inkişaf etməsi dünya ölkələrinin maliyyə nazirləri, mərkəzi bank sədrləri və iqtisadçıların cümə axşamı Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclası çərçivəsində İndoneziyanın Bali adasında start götrürəcək iclasını təsir altına alıb. 

Beynəlxalq Valyuta Fondu çərşənbə axşamı 2018 və 2019-cu illər üçün iqtisadi inkişafla bağlı proqnozlarına dəyişiklik edərək, inkişaf tempinin aşağı düşəcəyini bildirib. 

Beynəlxalq Valyuta Fondu həmçinin bildirib: ABŞ və Çin arasındakı ticarət savaşı artıq öz təsirini göstərməyə başlayıb və yeni formalaşmaqda olan bazarlar və iqtisadi güclər pul çatışmazlığı və sərmayə azlığı problemi ilə üzləşiblər. 

Beynəlxalq Valyuta Fondu ən son araşdırmalara əsasən ötən 6 ayda ümumdünya maliyyə sisteminə qarşı təhdid xeyli artıb və əgər yeni formalaşmaqda olan bazarlara təzyiqlər davam edərsə və ya dünya səviyyəsində ticarət əlaqələri korlanarsa, qeyd olunan təhlükə daha da ara bilər. 

Araşdırmalara əsasən hazırkı böhranın dərinləşməsində ABŞ-ın başlatdığı ticarət savaşının mənfi təsirləri göz yumulmayacaq dərəcədə böyükdür. 

Fransanın Kofas sığorta şirkəti ABŞ-ın başlatdığı ticarət savaşının mənfi təsirlərinin sadəcə hədəf ölkə ilə məhdudlaşmadığını bildirərək, istehsal şəbəkələrinin beynəlxalq forma almasına görə, şərik ölkələr də ticarət savaşının mənfi təsirlərindən zərbə alacaqlar. ABŞ-ın siyasətlərinin dolayısı təsirləri ilə bağlı Kofas şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilən dəyərləndirməyə əsasən ABŞ-ın hər hansı bir ölkədən idxal edilən məhsul üçün gömrük rüsumunu 1% artırması, hədəf ölkənin şəriki olan ölkənin ixracatında da azalmaya səbəb olur. 

Dolayısı formada ABŞ-ın gömrük rüsumlarını artırmasından doğan mənfi təsirlərə məruz qalan başlıca ölkə  elə Amerikanın özüdür. Bu məsələdən təsir alacaq növbəti ölkələr isə Çinə məhsusl ixrac edən əsas ölkələr kimi Almaniya, Yaponiya, Cənubi Koreya və Fransadır. Bu ölkələr Çindən idxal edilən avtomobillər və onların yedək hissələri üçün gömrük rüsumunun artırılmasından dolayısı ilə ən çox zərər çəkən ölkələr olacaqlar. 

Şərh yaz


Məxfi kod
Yenilə