Çərşənbə axşamı, 09 Oktyabr 2018 22:42

Əfqanıstan parlament seçkiləri ərəfəsində

Əfqanıstan parlament seçkiləri ərəfəsində

Əfqanıstan 20 oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Amma, ölkənin 20 vilayətində terrorçular ilə intensiv savaşın getməsinə görə, 5100 seçki məntəqəsinin bir çoxunda seçkilərin baş tutması ehtimalı çox zəifdir. Digər tərəfdən, ABŞ Əfqanıstanda keçiriləcək seçkilərin gedişinə müdaxilədə ittiham edilir.

Artıq bir ildir ki, Əfqanıstanın müxtəlif vilayətlərində Mərkəzi Seçki Komissiyasının ofisləri önündə etiraz aksiyaları səngimək bilmir. Aksiya iştirakçılaraının əsas tələblərindən biri parlament seçkilərinin biometrik olması yəni, seçicilərin barmaq izləri və foto şəkillərinin elektron qaydada qeydə alınmasıdır.

 Əfqanıstanın Mərkəzi Seçki Komissiyası isə zaman məhdudiyyətinə görə seçkilərin biometrik qaydada keçirilməsinin imkansız olduğunu deyirdi.  Amma, iki həftə öncə Mərkəzi Seçki Komissiyası seçkilərin biometrik qaydada keçiriləcəyini elan edib. Lakin, seçkilərə qalan qısa müddətdə qəbul edilən bu qərarın özü siyasi partiyaların narahatlığına səbəb olub.

“Siyasi partiyaların və ictimai qrumların peşəkar və texniki nümayəndələrinin kompüter mərkəzlərində iştirak etməsi tələbini qaldırmışıq. Yekun nəticələrin elan olunacağı zamana kimi bizim nəzarətimiz olmalıdır.”

Əfqanıstan bu günlər parlament seçkilərinə hazırlıq ərəfəsindədir.

Əfqanıstanın hazırkı parlamenti son zamanlar bu ölkə ilə ABŞ arasında imzalanmış təhlükəsizlik müqaviləsinə yenidən baxılmasını istəyib.

Bu arada Əfqanıstan xalqı Amerikanı Parlament seçkilərinə müdaxilədə ittiham edirlər.

“Amerika öz adamlarının, ABŞ maraqlarını müdafiə edəcək şəxslərin parlamentə daxil olmasını istəyir.”

“ABŞ-ın seçkilərin gedişinə müdaxiləsi tam aydın bir məsələdir. ABŞ birbaşa müdaxiləyə malikdir.”

“Amerika Əfqanıstan xalqının xeyrinə heç bir addım atmayıb.”

Parlament seçkilərinə hazırlıq çərçivəsində ötən bir neçə gündə Avropadan alınan 22 min biometrik aparatı Kabilə gətirilib.

Şərh yaz


Məxfi kod
Yenilə