Bazar, 07 Oktyabr 2018 23:41

ABŞ-ın Əfqanıstanı işğal etməsindən 17 il ötür...

ABŞ-ın Əfqanıstanı işğal etməsindən 17 il ötür...

Amerikalılar Əfqanıstana hücum etdikləri zaman xaşxaş plantasiyalarının terrorçuların əsas gəlir mənbəyi olduğunu deyərək, bu plantasiyaların məhv edilməsini vurğulayırdılar. Amma, Amerikalıların Əfqanıstanı işğal etdiyi 2001-ci ildə bu ölkədə illik narkotik istehsalı 200 ton idisə, indi bu rəqəm 9 min tona çatıb.

17 il öncə belə bir gündə Əfqanıstan ABŞ-ın başçılığı altında NATO qüvvələrinin amansız hücumlarının hədəfinə çevrildi. Bu hücumun şüarlarından biri Əfqanıstanda terrorizmin kökünü kəsmək və ölkədə sülh və sabitliyi bərqərar etmək idi. Amma, Əfqanıstanın işğalından təqribən iki dekadanın ötməsinə baxmayaraq, hazırda ölkə əhalisinin durumu bax belədir.

“Təhlükəsizliyin təmin olunmamasının səbəbi, Amerikalıların bunu istəməməsidir.”

“İraq və Suriyada da məğlubiyyət ilə üzləşən Amerika Əfqanıstanda da məğlub olduğunu qəbul etməlidir.”

Amerikalıların vədlərinin əksinə Əfqanıstanda terrorizmin kökü kəsilmədi. Əksinə, terrorçular daha da gücləndilər və hazırda 20 vilayətdə savaş davam edir.

“Biz Əfqanıstanda müxtəlif vilayətlərdə 20-dən çox terrorçu qrup ilə savaşırıq.”

11 Sentyabr bəhanədən başqa bir şey deyildi. Amma, Əfqanıstan xalqı uzun illərdir ki, bu bəhanənin qurbanına çevrilib. Quardiyan qəzetinin dünənki hesabatına əsasən Əfqanıstan müharibəsində 217 min nəfər həlak olub.

“Mülki əhali arasında ölüm hallarının artması qəbuledilməzdir”

Müharibə və terrorizm ABŞ-a Əfqanıstandakı hərbi iştirakını davam etdirmək və bu ölkənin sərvətlərini yağmalamaq imkanı verir. Elə cari həftə ərzində Bədəxşanın qızıl və Bərxabın mis mədənlərinin istismarı üzrə Amerikada müqavilələrin imzalanması Əfqanıstan xalqının geniş etirazına səbəb olub.

“Əfqanıstana ayaq basan əcnəbilər bu ölkənin sərvətlərini qarət etmək istəyirlər”

Əfqanıstanın yeraltı sərvətlərinin yağmalandığı bir şəraitdə bu ölkə əhalisinin 40%-i işsizlikdən, 55%-i isə yoxsulluqdan əziyyət çəkir.

Şərh yaz


Məxfi kod
Yenilə