Şənbə, 14 Aprel 2018 18:57

Trampın raketləri Suriya xalqını qorxuda bilmədi

Trampın raketləri Suriya xalqını qorxuda bilmədi

Suriyanın Duma şəhərində kimyəvi silahdan istifadəni bəhanə edən ABŞ prezidenti Donald Tramp Kimyəvi Silahlara Qadağa Təşkilatının faktaraşdırıcı qrupunun Dəməşqə daxil olmasının ardınca, hadisə ilə bağlı araşdırmaların aparılmasına imkan verməyərək, tələsik bir addımda Suriyaya hücumla bağlı qərarını açıqlayıb. Bunun ardınca ABŞ ordusu Suriyaya raket zərbələri endirib.

Dəməşq vaxtı ilə səhər saat 4 radələri idi. İnsanları çox yuxudadır. Bəzi evlərdə isə televizorlar hələ də açıqdır. Jurnalistlər Ağ Evə dəvət olunmuşdlar. Tramp tribunanın arxasına keçərək, bu ölkə silahlı qüvvələrinə Suriya əleyhinə hücum göstərişi verir.

Suriya xalqı isə sakitdir. Yaxşı bilirlər ki, it qapanda hürməz. Bunu daha öncə də çox təcrübə ediblər. Çox uzağa getmək lazım deyil. Elə ötən il Tramp boş ərazilərə bir iki raket ataraq, Suriyanın hava bazalarından birini vurduğunu dedi. Amma, elə bu hücumun ardınca həmin hava bazasından yüksələn qırıcılar terrorçulara ağır zərbələr endirdilər.

Bu günkü hücumm beynəlxalq qanunların aşkar formada pozulması idi. Nə ABŞ Konqresi bu hücuma icazə vermişdi, nə də BMT-nin Təhlükəsizlik Şurası. Bu xüsusda qızğın mübahisələrin getdiyi bir vaxtda Tramp ərköyünlük edərək, hücum əmrini verdi. Tramp dediyi sözün quluna çevrilib və özünü dünyanın qulduru hesab edir.  Suriyanın Duma şəhərində kimyəvi silahdan istifadə kimi yalan bəhanə ilə özünü göstərməli idi. Ərəb rejimlərinin ciblərini boşaltmaq, Ali-Səudu daha artıq “sağmaq” üçün buna ehtiyacı var idi. Hətta, Kimyəvi Silahlara Qadağa Təşkilatının faktaraşdırıcı qrupunun bu xüsusda araşdırma aparmasına belə imkan vermədilər. Şərqi Qutənin və Duma şəhərinin terrorçulardan təmizlənməsi, İrodaniya və İraq sərhədlərində terrorçuların əlaqə və tədarükat yollarının bağlanılması, bir çox terrorçu qruplaşmanın mühasirəyə alınması, İŞİD-in məğlub olması və Əsədin hakimiyyətdə qalması, İran və Rusiyanın Suriyadakı təsirli və konstruktiv iştirakı, bütün cəbhələrdə məğlubiyyət ilə üzləşən Amerikanın özünə nəzarəti itirməsinə və ağılsız hərəkət etməsinə səbəb oldu. Amma, yenə də Suriya xalqını qorxuda bilmədi.

Amerika, Britaniya və Fransa fəryad edərək, Suriya xalqının kənaraında olduqlarını və İŞİD-ə qarşı savaşdıqlarını iddia etsələr də, onların yalançı göz yaşlarına inanan olmadı. Vətəni qormaq üçün axan qanın kimə aid olduğunu hamı çox yaxşı bilir. Bu qan müqavimətin qanıdır.

Tramp Suriyanın şərqində 2000 hərbçiyə malikdir. Raket hücumları isə onun xərclərini bir qədər də artırıb. Bundan sonra nə etməsindən asılı olmayaraq, ABŞ artıq Şam diyarında öz istəyinə nail ola bilməyəcək. Buna onun gücü çatmayacq. Bunu özü də yaxşı bilər. Nə edəcəyini isə bilmir. Lap çaşbaş qalıb. Məzlumların ürəyində ona yer yoxdur. Hərbi müdaxiləsi də Suriyada strateji dəyişikliyə səbəb olmayacaq. Tramp elə bir labirintdə ilişib qalıb ki, nə edəcəyini bilmir. Hər gün, öncəki gün söylədiklərini təkzib edərək, geri addım atır. Həm çıxışlarında, həm Tvitterdə paylaşdığı yazılarda. İndi müttəfiqləri belə onu lağa qoyur, ən yaxşı halda isə nəsihət etməyə çalışırlar.

Əgər bu gün atdığı bir-iki raket olmasaydı, hirsindən ürəyi partlayacaqdı.

Yerli vaxtla səhər saat dörddə raketlər Sriyaya doğr atıldı. Dəməşqin şimal-şərqinə, Bərzəyə tərəf. Hədəfdə elmi araşdırmalar mərkəzi var idi. Dəməşqin 10 kilometrliyində yerləşən Cəmriya da hədəfdə idi. Yenə də hədəfdə elmi araşdırmalar mərkəzi var idi. Homs və Həma vilayətlərində də bəzi təsisatlar hədəfə alınmışdı. Burda da hədəf elmi araşdırmalar mərkəzləri idi.

Dəməşq hava limanını da vurduqlarını dedilər. Suriya hökuməti isə təkzib etdi. Rəsmi Dəməşq ABŞ-ın 13 raketinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldğunu bildirdi.

Suriya Amerikanın öz məqsədlərinə nail ola bilmədiyini elan etdi. Müqavimət 7 ildir ki, möhkəm dayanıb və bir neçə raket ilə yolunu dəyişməyəcək.

Xalq raket hücumlarından qorxaraq, sığınacaqlara qaçmaq, gizlənmək yerinə küçələrə axışaraq, müqavimətin qələbəsini bayram edir. Sanki, “hürən it qapmaz” məsəlinin Trampa da aid olduğunu yaxşı bilirlər və ABŞ-ın hədə qorxuları onlara “vız” gəlir.

Şərh yaz


Məxfi kod
Yenilə