Çərşənbə, 11 Aprel 2018 20:36

Suriya böhranı hərbi müstəviyə keçə bilərmi?

Suriya böhranı hərbi müstəviyə keçə bilərmi?

ABŞ-ın Hərbi Dəniz Donanması deyir ki, USS Truman təyyarədaşıyan gəmisi bu gün çərşənbə günü Qərbi Asiyada əməliyyat keçirmək üçün bölgəyə gəlir. Digər tərəfdən bəzi dairələr bildiriblər ki, Rusiya dünyanın ən böyük gəmisini Suriyaya gətirir.

ABŞ-ın bu hərəkətlərlə bağlı bütün bəhanəsi Dəməşqin ətrafında Şərqi Qutənin Duma şəhərinə kimyəvi hücumdur. Bu bəhanə hazırda media şousu ilə BMT-də təbliğat vasitəsinə çevrilib.

Amma BMT baş katibi deyir ki, son iddiaların ciddiliyi müstəqil ekspertlərin dəqiq araşdırmanı tələb edir.

5 ya 6 il öncə ABŞ və sionist rejim region üçün plan cızdılar. Belə ki, öz xəyallarındakı Yeni Yaxın Şərq və ya Böyük Yaxın Şərqi formalaşdırsınlar və sionist rejim üçün təhlükəsizlik bucağı yaranmış olsun. Amma müqavimət cəbhəsi bu planı məhv etdi və indi sionistlər son yetmiş ildə ən ağır durumdadırlar. Bu plan oyun meydanını İranın daxilinə çəkməli və İran və regionun parçalanmasını reallaşdırmalı idi. İndi oyun meydanı İranın daxilinə gəlməmiş, üstəlik Amerika və İsrailin İraq, Suriya, Yəmən və Livanda, həmçinin Fələstindəki oyun meydanlarını qarışdırmış və təhlükəni sionistlərin qulağının dibinə qədər çatdırmışdır.

Digər tərəfdən Ərəbistan Yəməni dörd il bombaladıqdan, Suriya və İraqda terror qruplaşmalarını beş il dəstəklədikdən sonra, indi hər şeyi uduzub.

Bir Yəmən vətəndaşı deyib: Müharibədən 3 ilin keçməsi ilə ballistik raketlərimizlə hərbi hesablamalar dəyişdi. Qarşıda, mütləq böyük qələbələr vardır.

İndi təzəcə yetişmiş bu gənc bu səfərlər və Ərəbistanın dollarlarını xərcləməklə Amerika, İsrail və Avropanın ətəyindən yapışıb.

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman deyib: Suriya hökumətinin mövqelərinə hücumda Ərəbistanın iştirak etməsinin ehtimalının neçə faiz olması haqda qeyd etməliyəm ki, biz Dəməşq əleyhinə koalisiya çərçivəsində onu həyata keçirməyə hazırıq. 

Digər tərəfdən bu qədər vəsait xərclədiyini, amma heç nə əldə etmədiyini deyən, dünənə qədər Suriyadan çıxmaq istəyən Amerikanın özü indi Amerika Konqresinin təzyiqi və Ərəbistanın pulları ilə bir daha Suriyaya sərmayə yatırıb.

ABŞ prezidenti Donald Tramp demişdi:  Biz tezliklə Suriyadan gedəcəyik. Çünki buranın bizim üçün heç bir faydası yox idi. Biz 7 trilyon dollar xərclədik və neftlərini də almadıq.

Rusiya prezident seçkilərində Putini iqtidardan uzaqlaşdırmağa çalışan, amma bacarmayan, İranda destabillik yaratmaqla İranın regiondakı mövqeyini zəiflətməyə çalışan, amma yenə də bacarmayan ABŞ və bir neçə Avropa ölkəsi indi əməliyyatdan söz açırlar. Bu əməliyyat qüdrət mövqeyi deyil, məğlubiyyət əməliyyatıdır. Məğlubiyyətdən qaçış əməliyyatı, müqavimət gənclərinin əlləri ilə ABŞ və İsrailin hegemoniyasının iflasa uğraması əməliyyatı. Amma görünür bu müharibə bəhanəsi bu ölkələrə baha başa gələcəkdir.

Rusiyanın Livandakı səfiri deyib:ABŞ Suriyaya raket hücumu etdiyi halda, Rusiya raketləri vuracaq və onların atıldığı yeri atəşə tutacaqdır.

Suriya səfirinin ABŞ-ın regiondakı avantüralarına cavabı: Hamı bilməlidir ki, gücün tətbiq olunması ilə Suriyanın parçalanması və bu ölkə quruluşunun dəyişilməsi ilə əlaqədar strateji planlar sonuca varmayacaq.

Gələn saatlarda bəlli olacaq ki, soyuq müharibənin hazırkı soyuq təndiri qızışacaq yoxsa xeyr. Amma öncəki təcrübələr və həyata keçirilən hərəkətlər bir od alovlanarsa, o od daha çox onların özlərini yandıracaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə