Çərşənbə axşamı, 13 Mart 2018 21:42

Donald Tramp və Ağ Evdəki ixtilaflar

Donald Tramp və Ağ Evdəki ixtilaflar

ABŞ prezidentinin İran əleyhinə fövqəladə vəziyyətinin müddətini uzatmaqla yanaşı qeyd edək ki, Ağ Evdə onunla ətrafındakıları arasında bir çox ixtilaf mövcuddur.

Onun insanları həyəcanlandırmadığı bir gün yoxdur. Hələ də teledebat studiyasının atmosferində nəfəs alır.  Əlbəttə rəqibi də ondan geri qalan deyil.

Hillari və Tramp hərdən bir bir-birinə sataşırlar. Respublikaçıların senatoru Makkeyn təəssüflənir.

Respublikaçı senator Con Makkeyn deyib: İndi nə prezident, nə partiyalar, nə də Amerika faydalanacaq. Bu macəranın qalibi Rusiyadır.

Son rəy sorğusunda 35% amerikalı onu qəbul etmişdir. Qalan 65% isə ya etinasızdır, ya da Trampın tərəfdarları ilə o qədər ziddiyyətdədirlər ki, bəzən iş bu yerə gəlib çatır.

Özü ilə Ağ Evə gətirdiyi və özünün qovduğu o qırx nəfər bəzən açıq-aşkar deyir ki, o yalançıdır.

Seçkidən öncə Rusiya ilə əlaqələri haqda ittihamların halqası hər gün daha da daralır.

Müavini Mayk Pens ABŞ konstitusiyasına əsasən, Tramp düşdüyü halda onun canişinidir.

ABŞ prezidenti medialar üçün qılıncı daha kəsərli etmişdir.

Donald Tramp deyib: Medialar etimad ediləsi deyil.

Əlbəttə medialar da qələmi onun üçün daha sərt etmişlər.

Amma siyasi ekspert Tessini deyir ki, Tramp hərc-mərclikdən həzz alır. Dava və yarışmaqdan həzz alır. Elə buna görə də, Ağ Evin olayları ilə bağlı məlumatlar futbol haqda məlumatlara bənzəyir. Hər an bir sürüşmə fəndi, qol vurmaq və ya bir qovulmanın şahidi ola bilərik.

Şərh yaz


Məxfi kod
Yenilə