Bazar, 11 Mart 2018 21:21

Londonda İran səfirliyinə edilən hücumun pərdə arxası

Londonda İran səfirliyinə edilən hücumun pərdə arxası

Londonda İran səfirliyinə və İran İslam Respublikası bayrağına edilən hörmətsizliyin Ərəbistan vəliəhdinin İngiltərəyə olan səfəri ilə eyni zamana təsadüf etməsi, bu çirkin hərəkətin pərdə arxasını işıqlandırmış olub. Bu mənfur hərəkətə yol verən azğın firqənin mahiyyətinə nəzər saldıqda isə, hər şey daha da aydınlaşır.

 

Ərəbistan vəliəhdinin Londona səfər etməsi və Britaniya ilə 65 milyard funtluq müqaviləsinə görə ən yüksək səviyyədə qarşılanması ilə bir vaxtda, İngiltərə hökuməti Ərəbistan vəliəhdini özündən razı salmaq üçün daha bir çirkin oyuna əl atdı.

Londonun mərkəzində İran İslam Respublikasının səfirliyinə hücum edilməsi, İslam İnqilabına və İran bayrağına hörmətsizlik olunması və baş verənlərin canlı olaraq əks-inqilabçı cərəyan tərəfindən canlı olaraq yayımlanması.

Əks-inqilabçı qüvvələr və düşmənlər tərəfindən geniş formada himayə olunan “Şirazi Firqəsi” İngiltərədə geniş şəbəkəyə malikdir və bu firqənin yaradılış fəlsəfəsi müsəlmanlar arasında təfriqə salmaq hesab olunur.

Londonda İran səfirliyinə hörmətsizlik edənlər İŞİD terror qruplaşması kimi ağaları narahat olmasın deyə, müsəlmanları qurban etməyə hazır olan bir firqənin üzvləridirlər. Rəhbərlərinin baxışları isə bu qrupun həqiqi simasını tanımağı daha da asanlaşdırır.

Heç şübhəsiz bu firqənin Britaniya və Ərəbistanın Londonda İran əleyhinə birgə bəyanatlar səsləndirdikləri bir vaxtda İran səfirliyinə və İran İslam Respublikası bayrağına hörmətsizlik etməsi, bu firqənin öz ağalarına nökərçilik mahiyyətini daha artıq ifşa etmiş olub.

Şərh yaz


Məxfi kod
Yenilə