Bazar, 04 Mart 2018 23:33

Nüvə anlaşması və ləğv edilməyən məhdudiyyətlər

Nüvə anlaşması və ləğv edilməyən məhdudiyyətlər

İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasının icrasından iki il ötür. İran bu müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, qarşı tərəf, xüsusilə Avropa sözdə nüvə anlaşmasını dəstəkləsə də, üzərinə düşən öhdəlikləri praktiki olaraq yerinə yetirmir.

Nüvə anlaşmasından sonra ticarət əlaqələrinin genişləndirilməsi yolunda duran əsas mane kimi bank əməkdaşlıqlarındakı məhdudiyyətlərin aradan qaldırılmasına çox səy göstərildi. Amma, olmadı. Baxmayaraq ki, cüzi uğrlar əldə edilmişdi. İran və Avropa bankları arasında 1 milyard avroluq kredit anlaşması imzalandı.

Amma, ABŞ-ın təxribatçılığı ilə Avropa bankları öhdəliklərinə əməl etməkdən boyun qaçırtdılar.

Fransada yaşayan iranlı xalça taciri nüvə anlaşmasından sonra heç bir dəyişikliyin baş vermədiyini deyir: “Heç bir dəyişiklik baş vermədi. Gəmi məqsədə çatmadı. Biz illərdir ki, bank əlaqəsinə malik deyilik. Nüvə anlaşması heç nəyi dəyişmədi. Biz hansısa dəyişiklik görmədik.”

30 ildir ki, Fransada yaşayan Mütəvəlli bank problemləri ilə üzləşməmək üçün İran xalçalarını Almaniya və İtaliya şirkətlərinin vasitəçiliyi ilə Fransaya idxal etməyə məcbur olduğunu deyir: “Bu bir reallıqdır”.

Paris Universitetinin müəllimi, iqtisadçı Tieri Covil nüvə anlaşmasının nə üçün bank əlaqələrindəki problemi həll edə bilmədiyi barədə deyir: “Trampın İran əleyhinə mövqe tutması Avropa banklarının ölkələri tərəfindən kifayət qədər himayə olunmadıqlarını hiss etmələrinə səbəb oldu. Buna görə də, bu yolda ilk addımı atmalı olan tərəf Avropanın siyasi qüdrətləridir.”

Avropa Birliyi indiyə kimi ABŞ-ın əksinə olaraq nüvə anlaşmasını dəstəkləyib. Amma, avropalıların bank əlaqələrindəki məhdudiyyətlərin aradan qaldırılması üzrə hansısa addım atıb-atmayacaqlarını zaman göstərəcək.

Nüvə anlaşmasından 2 il ötür. Avropa Birliyi bu anlaşmaya yaşıl işıq yandırsa da, məhdudiyyətlərin aradan qaldırılması üzrə heç bir ciddi addım atmayıb. Və sadəcə sözdə bu anlaşmanı dəstəklədiyini bəyan etməklə kifayətlənib.  

Şərh yaz


Məxfi kod
Yenilə