Şənbə, 10 Fevral 2018 16:10

22 BƏHMƏN İSLAM İNQİLABININ ZƏFƏR ÇALMASI

22 BƏHMƏN İSLAM İNQİLABININ ZƏFƏR ÇALMASI

1979-ci il fevralın 11-də 20-ci əsrin ən böyük siyasi fenomeni yəni İran İslam İnqilabının qələbəsi dünya ictimaiyyətin şahid olduğu əsas məsələ idi.

 

İslam İnqilabının zəfər çalması, 20-ci əsrin ən mühüm hadisələrindən biri hesab olunur. ondan əlavə İran xalqının bir əsir boyu müstəqillik əldə etmək üçün mübarizələrinin nəticəsidir.
Ötən 29 ildə Qərb mediaları İran İslam İnqilabına qərəzli yanaşaraq, oun keçmişinə etinasızlıqla, “1979 çevrilişi” adlandırıblar. Amma bu düzgün deyil. Çünki asılı Şah rejiminin devrilişi inqilab nailiyyətlərinin birdir və İİR –ı quruluşunun regional və qlobal təsirləri çox yuxarı səviyyədə olub. Şah rejiminin devrilməsi İsalm İnqilabının təsirlərinin başlanğıcı olub.
20-ci əsr, 1980-ci ilə kimi, İran xalqının azadlıq yolunda bir çox mübarizələr və məğlubiyyətləri dövrüdür. 105 il bundan öncə Qacar şahı Müzəffərəddinşah, məşrutiyyət fərmanını imzaladı. O azadlıqsevər xalqın qarşısında dayana bilmirdi. O xəstə olduğuna görə, monaxiyanı öz vəliəhdi Məhəmmədəliyə tapşırdı və Məhəmmədəli İran xalqının məşrutəçilik simvolunu yəni Milli Şura Məclisini top atəşinə tutdı və beləliklə İranda azadlıqsevərlər bir daha məğlubiyyətə uğradılar.
Bu məsələ Təbriz, İsfaha və İranın şimalında Gilandərədə müyyən hərəkat və qiyamları ortaya çıxartdı. Ancaq müdrik rəhbərliyin olmamasına görə, bu qiyamlar da nəticəsiz qaldı. Məşrutiyyət başçıları Tehran şəhərini nəzarətə aldılar amma Rizaxan qazzaqlar birqadasına başçılıq edərək Britaniyanın himayəsi ilə Tehranı işğal etdi. Ləyaqətsiz Qacar şahları hökumətdən kənarlaşdırdılar amma asılı bir hakimiyyət onun yerini tutdu.
Ikinci dünya müharibəsi dünyada bir çox olayları ortaya çıxartdı. Bu olaylardan, üçüncü dünya ölkələrində azadlıqsevər hərəkatların formalaşması idi. 1950-dən sonra İranın müsəlman və mübariz xalqı da bu məsələdən istisna olmur. 1951-ci ilə mart ayı, İranın neft sənayesi milliləşdi. Bu hərkatın başında ruhani və qeyri-ruhani liderlər dayanırdı. Amma onlar xarici düşmənlər və asılı şahlıq rejiminin mentalitetini yaxşı dərk etmirdilər. 193-ci ildə Amerika və İngiltərənin himayəsi ilə doktor Müsəddiq hökumətinin əleyhinə hərbi çevriliş həyata keçdi və bir daha İran azadlıq və müstəqillik istəyənlərin məğlubiyyəti hiss etdilər. 1963-ci ildə Tehran və müqəddəs Qum şəhərləri qanlı aksiyalar təcrübə etdi. Bu qiyamlar kəskin şəkildə dağıdıldı amma İran xlaqının hərəkatının istiqmətidə müəyyənləşd. Iran xalqının 1963-cü il iyun ayı hərəkatında şüarları islamçılıq şüarları idi və İmam Xomeyni (rə)-ın adıda böyük bir lider kimi dillərdən eşidilirdi.
İranın müsəlman xalqı, öz adi sözlərində İmam Xomeyni (rə)-ın rəhbərliyini “peyğəmbər sayağı rəhbərlik” deyirlər. bu heçdə iğraq deyildi. İmam Xomeyni (rə) özünün dərin siyasi baxışına əsasən bir çox dünya hadisələrini proqnozlaşdırmışdı.
1960-cı il İmam (rə) sabiq Şah rejiminin həbsxanasında Şah generallarından birinin “hansı güclə rejimlə mübarizə aparırsan” sualını cavablandıraraq demişdi “Mənim əsgərlərim beşiklərdədir.” Zamanın ötüb keçməsi inqilab və 8 illik müqəddəs müdafiə dövründə gənc nəslin meydana gəlməsi ilə bu dərin söz reallaşdı. İmam Xomeyni (rə) Qarbaçova yazdığı məktubunda, kommunizm quruluşunun dağılmasını proqnozlaşdırmışdı. Səddam rejiminin İran əleyhinə müharibəsinin ən şiddətli zamanı İmam Xomeyni (rə) Fars Körfəzi və Yaxın Şərq ölkələrinə xəbərdarlıq etdilər ki, Səddam ordusu tezliklə onlara qənim kəsiləcək. İmamın proqnozlaşdırdığı məsələlər o zaman heç bir təhlilçini düşündürmürdü. Amma indi 20-ci əsrin tarixi faktları sırasındadır. İmam (rə)-ın dərin baxışı olmasaydı, İraqda sürgündə olduğu illər, Fransanın Nofel Loşato şəhərində yaşadığı zamandan tutmuş, İran İslam İnqilabının zəfər çaldığı günə qədər xüsusi ilə 1979-ci il fevralın birindən başlanan Fəcr dekadasında devrilməsi və İslam İnqilabının zəfər çalmasından söz açmazdı.
1979-ci il fevralın 11-də 20-ci əsrin ən böyük siyasi fenomeni yəni İran İslam İnqilabının qələbəsi dünya ictimaiyyətin şahid olduğu əsas məsələ idi. Təhlilçilər və bir çox ölkə rəsmiləri bu fenomeni araşdırmağa başladırlar və baxmayaraq ki, çoxları onun davam etməsini istəmirdilər.
Müxtəlif məşhur nəzəriyyəçilər bu inqilabı supergüclərin qüdrətini təsir altına alan bir zəlzələyə bənzətdilər. qüdrət sahiblər öz məntəqədəki maraqlarını qorumaq üçün inqilabı dayandırıb yada ləngidilməsi qərarına gəldilər. onlar bu istiqamətdə işə başladılar amma bir addım belə bu yolda nailiyyət qazana bilmədilər çünki ötən 3 dekada İran İslam İnqilabınn zülmə mübarizə məfkurəsi çoxlarına çatıb. İran İslam İnqilabının amalları çərçivəsində müstəqil şəkildə dostluq münasibətləri ilə, Abş və İsrailin təfriqə xarakterli siyasətlərini məğlubiyyətə uğradıb və özünün Fars Köfəzi və Yaxın Şərq məntəqələrində etibarını daha yüksəldib.
Miladi üçüncü minillik zahirdə isnansevər və humanizm şüarları ilə başlandı. Amma gərə bu şüarlar sədaqətlə və düzgün irəli sürülsəydi dünyada bir çox müsbət hadisələrin şahidi olmalıidiq. Amma sümürgəçilik və hegemonçuluğun keçmişinə nəzər salanda görərik ki, onun mahiyyəti dəyişməyib və müxtəlif xalqların milli sərvətlərini qarət etmək yeni metodlarla həyata keçirilib.
İİR bir müstəqil ölkə olaraq bu məsələ ilə zidiyyətdədir buna görə də ABŞ və İsrail Rejimi ötən 29 il ərzində onun devrilməsi və ya təslimçiliyə vadar edilməsinə cəhd ediblər.
Zahirdə bu qarşıdurmada bir tərəf güclü nəzərə gəlir amma Allah Taalanın vədləri və İslam İnqilabının amallarını nəzərə alsaq, zülmə mübarizə aparanlar, zalımlara qələbə çalacaqlar və ücüncü minilliyin təəccübləndirici olayı, ortaya çıxacaq. Necə ki, ikinci minillikdə İslam İnqilabının qələbəsinin şahidi olduq.

 

Şərh yaz


Məxfi kod
Yenilə