Bazar, 04 Fevral 2018 22:24

Myanmada rohincaların böhranı; soyqırımının nişanələri

Myanmada rohincaların böhranı; soyqırımının nişanələri

BMT-nin Didərginlərin məsələləri üzrə ali komissarlığı mövsüm yağışlarının başlanması ilə rohinca müsəlmanlarının düşərgələrinin sellə üzləşməsi ehtimalı haqda xəbərdarlıq edib. Rohinca müsəlmanlarının vəziyyətinin acınacaqlı hal alması ilə, Myanma ordusu və hökumətinin cinayətləri haqda yeni xəbərlər eşidilir.

Myanma hökuməti və hərbçilərinin bu ölkənin məzlum müsəlmanlarına qarşı cinayətlərinin yeni cəhətləri bir daha aydınlaşıb. Özlərini miqrantların düşərgələrinə çatdıran Myanmanın Raxin əyalətində vəhşicəsinə qırğında həlak olanların bir qrup yaxını mobil telefonla çəkilən video-kadrları təqdim edərək ordunun bu əyalətdə bir kəndə hücumunda 430-dan çox cəsədin beş kütləvi məzarlığın mövcud olması ilə bağlı yeni sənədlər təhvil verib.

BMT-nin Myanma məsələləri üzrə xüsusi məruzəçisi Lianq Hi Li deyib: Məlumatlar bir kütləvi qırğın örnəyindən söz açır. Şahidlərin dediklərinə görə, 430-dən çox şəxs bu qəbirlərdə dəfn olunub. İtkin düşmüş və ya həlak olmuş şəxslərin adları ilə bağlı uzun siyahı əldə etmişik.

Şahidlər faciənin dəhşətindən, eləcə də hərbçilərin kütləvi qırğın üçün təşkilatlanmasından danışırlar. Belə ki, cəsədlərin üzərinə turşu da tökmüşlər ki, onlardan əsər-əlamət qalmasın.

Bir şahid deyib: Hərbçilər bəzilərini çaya atdılar, bəzilərini yandırdılar və üzərlərinə turşu tökürdülər. Belə ki, onların sadəcə skeleti qaldı. Bəzilərini də əkin sahələrində dəfn etdilər.

Myanma hələ də beynəlxalq araşdırmaya icazə vermir. Və müsəlman sakinli bölgədə reportaj hazırlamaq istəyən iki jurnalist azadlıqdan məhrum edilib.

Bir şahid deyib: Bəzi gənclər qaça bildilər. amma bəziləri, qadın və uşaqlar həlak oldular. Onların bir qrupunu bağladılar və evə apardılar. Sonra evi yandırdılar.  

Myanmada qalan bəzi kəndlilər medialarla əlaqə yaradaraq müsəlmanların kütləvi qırğın edilməsindən xəbər veriblər. amma hal-hazırda bölgədə çoxlu sayda hərbçi yerləşdirilib və bölgəyə qorxu-dəhşət atmosferi hakimdir.

Bundan öncə də müsəlman sakinli bölgədə kütləvi məzarlıq aşkarlansa da, Myanma hökuməti hamısını inkar edir.

Şərh yaz


Məxfi kod
Yenilə