Çərşənbə axşamı, 02 Yanvar 2018 21:06

Əfqanıstanda partlayışlar nigaranlığı artırıb

Əfqanıstanda partlayışlar nigaranlığı artırıb

Son günlərdə Əfqanıstanda törədilən terror aktları bu ölkə vətəndaşlarının nigaranlığına səbəb olmuşdur.

Əfqanıstan prezidenti ölkə xalqının terror aktları qarşısında birliyini vurğulayıb. Əşrəf Qəni deyib: Terrorçular sivillərə qarşı vəhşicəsinə aktlar törətməklə Əfqanıstanın bütün məzhəb və etnosları ilə düşmənçiliklərini əks etdiriblər. Əfqanıstanın Müdafiə Nazirliyi də ötən bir sutka ərzində 47 terrorçunun öldürüldüyünü və 100-cü bombanın zərərsizləşdirildiyini bildirib. Ötən dörd gün ərzində Kabil və Cəlilabadda iki terror aktında 170 nəfər həlak olub və yaralanıb. Əfqanıstanda 2017-ci ildə terror aktlarında təxminən 10 min sivil həyatını itirib.

Əfqanıstanın acı qışı. Vətəndaşlar arasında ardıcıl bombaların partladılması bu Asiya ölkəsi üçün qanlı günlərə səbəb olmuşdur. Əfqanıstan hökumətinin sayını 20 qrupdan çox hesab etdiyi terror qruplaşmaları vətəndaşların canına düşüblər. Taliban və əl-Qaidə qalıqlarından əlavə, indi İŞİD-çilərin də bu ölkəyə ayağı açılıb. Partlayışlar küçədə, bazarda və izdihamlı məkanlarda baş verir. Hətta həlak olanların dəfn mərasimləri də bu aktlara tuş gəlir.

Əfqansıtan vətəndaşı deyib: Dəfn mərasiminin birinci və ikinci cərgəsində olanların əksəriyyəti həlak oldular. Onların cəsədləri ətrafa dağıldı.

Əfqanıstanın təhlükəsizlik qüvvələri deyirlər ki, terrorçularla savaşdadırlar, onlardan onlarla nəfəri öldürməkdən əlavə, şəhərlərdə çoxlu sayda bomba və minaları aşkarlayıblar. Amma aktların sayı hələ də çoxdur və çoxlu qanlar axıdılır. Bu arada 17 il öncə terrorizmlə savaş bəhanəsi ilə Əfqanıstanı işğal edən ABŞ bu ölkəyə təxminən əlavə 3500 hərbçi ezam etməklə bu işdə məqsədi terrorizmlə mübarizəni gücləndirmək adlandırıb. Halbuki Əfqanıstan xalqının qənaətincə, ABŞ-ın bu ölkədəki hərbi iştirakı bu destabilliyin əsas amillərindəndir.

Başqa bir əfqan deyib: Amerikalıların Əfqanıstana gəldiyi gündən biz təhlükəsizliyi görməmişik. Heç bir vəchlə. Pisləşib, yaxşılaşmayıb.

Əfqanıstan vətəndaşının fikrincə,  ABŞ-ın Əfqanıstandakı iştirakının nəticəsi budur ki, biz evdən iş yerinə qorxu və nigaranlıqla gedirik.

Asiyanın bu ölkəsi 2017-ci milad ilini acı və qanlı sona çatdırdı. Ötən bir ildə 700 nəfəri uşaq olan təxminən 10 min nəfər müxtəlif terror aktlarında həyatlarını itirib. İndi gələn günlərin Əfqanıstan üçün necə olacağını gözləmək lazımdır. 

Şərh yaz


Məxfi kod
Yenilə