Bazar, 31 Dekabr 2017 20:16

Suriya ordusu Cövlan yüksəkliklərində İsrail rejimini çətin duruma salıb

Suriya ordusu Cövlan yüksəkliklərində İsrail rejimini çətin duruma salıb

Suriya ordusu müttəfiqlərinin köməyi ilə işğal olunmuş Cövlan yüksəklikləri yaxınlığında təşəbbüsü İsrail rejimindən alıb.

Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu və müttəfiqlərinin işğal olunmuş Cövlan yüksəklikləri yaxınlığında Beyt Cin və Müğər əl-Mir bölgələrində uğurlu əməliyyat keçirmələri İsrail rejimi və müttəfiqləri olan terror qruplaşmalarını nigaran edib.

Ekspertlərin bildirdiyinə görə, Ən-Nüsrə Cəbhəsi və digər terror qruplaşmalarının döyüş meydanlarında məğlubiyyətləri İsrail rejiminin uğursuzluğu ilə nəticələnmişdir. Çünki sionist rejim öz mənafeyini təmin etmək və məqsədlərini əldə etmək üçün belə qruplaşmalara ümid bəsləyirdi.

İşğal olunmuş Cövlan yüksəkliklərinin sədrhədlərinə yaxın bölgələrdəki hadisələr İsrail rejiminin nigaranlığına səbəb olub və bu rejimin dairələri etiraf edirlər ki, bu hadisələr silahlı terror qruplaşmalarının Cövlan yaxınlığındakı təhlükəsiz bölgəyə nəzarətinə son qoyulmasının başlanğıcı olacaq.

İsrail rejiminin nigaranlığının səbəbi budur ki, Suriya ordusu və müttəfiq qüvvələr işğal olunmuş Cövlan yüksəklikləri sərhədlərinə yaxınlaşır və Qünəytrə və Cövlanın cənubuna dorğu irəliləmək üçün şərait yaradırlar. Halbuki İsrail rejiminin Suriya, Livan və Fələstin sərhədlərində yaratmaq istədiyi təhlükəsizlik kəməri planı bir yerə çatmayıb və bu rejim hazırda nigaranedici hadisələrlə üzləşmişdir və bu hadisələr qarşısında bir iş görə bilməz.

Bir siyasi ekspert əl-Aləm televiziyası müxbirinə müsahibədə deyib: İsrail böyük ölkəni təşkil etmək planını arzu edirdi. Bu ölkənin ərazisi Cəbəl Ərəbdən Cövlana, sonda isə Livanın cənubuna təyin olunmuşdu. Lakin İsrail rejimi planını gerçəkləşdirə bilmədi. Hazırda da Cövlanın cənubundan Livanın Şəba əkin sahələrinə qədər süni kəmər yaratmaq ardıncadır. Lakin ordu və Cəbəl əl-Şeyx kənd sakinlərinin əməkdaşlığı ilə 2-ci plan da zərərsizləşdi. Hazırda İsrail rejimi çaşbaş vəziyyətdədir.

Ekspertlər deyirlər ki, Suriya ordusu və müttəfiqlərininin Cövlan sərhədləri yaxınlığında irəliləmələri İsrail rejiminn bütün planlarını alt-üst edib. Bu rejim müqavimət qüvvələrini diz çökdürmək üçün bu bölgələrdə yorucu əməliyyatlara əl atmaq istəyirdi. Amma hazırda təşəbbüsü itirmişdir və bundan sonra Suriyanın cənub bölgələrində asanlıqla strateji əməliyyatlar keçirə bilməz.

Şərh yaz


Məxfi kod
Yenilə