Bazar, 08 Oktyabr 2017 17:42

Ərəbistan İrana qarşı mövqeyində nakam qalıb

Ərəbistan İrana qarşı mövqeyində nakam qalıb

Regiondakı militarizmi ilə indiyədək bir şey əldə etməmiş Ərəbistan İrana qarşı mövqeyində də uğursuz qalıbdır. Ərəbistan kralının regionun iki strateji müttəfiqi olan Tehran ilə Moskvanın əlaqələrini pozmaq üçün 1500 nəfərlik bir heyətlə Rusiyaya olmuş səs-küylü səfəri də bir nəticə verməyibdir.

Ərəbistan kralının və onu müşayiət edən çoxsaylı karvanın bu günlər Moskvada Rusiya ilə bir neçə milyard dollarlıq müqavilələr bağlamaq və məşvərət aparmaqla məşğul olduğu bir halda, Suriyada savaş tamamilə onların istəyinin əksinə olaraq irəliləyir. Rusiya müdafiə nazirliyinin bildirdiyi kimi, müqavimət mehvəri terrorçuların işinə son qoymaqdadır. Bir çoxları deyirlər ki, əgər Amerikanın himayəsi və Ərəbistan neftinin dollarları olmasaydı, terrorçuların işi çoxdan bitmişdi.

Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkov:

Son bir sutka ərzində təkcə Suriyanın Əlməyadin məntəqəsində rus qırıcıları üç çeçen komandiri və səksən digər terrorçunu öldürüblər.

Ərəbistan kralı ruslarla müqavilələr bağlamaqla bir zamanda iş gündəmində digər bir cəhdə də yer veribdir. O da iki strateji müttəfiqi, yəni İran ilə Rusiyanı bir-birindən uzaqlaşdırmaq.

Nikolay Platuşkin- hərbi ekspert:

Bu günlər Moskvada olan Ərəbistan başçılarının sözlərinə məhəl qoyan yoxdur. Onlar çalışırlar ki, İranı regionda əmin-amansızlıq amili kimi qələmə versinlər, amma hamı bilir ki, terrorçular Ərəbistanın neft dolları ilə müharibəyə və qan axıdılmasına səbəb olublar və Rusiya ilə İran bir-birinin kənarında bu terrorçularla mübarizə aparırlar.

Ərəbistan kralının Rusiyaya çoxxərcli səfəri elə bir halda başa çatmaqdadır ki, onun İranofobiya barədəki cəhdlərinə Kremldə məhər qoyan yoxdur.

Bir çox hərbi və siyasi analitik bu qənaətdədir ki, terrorçuların yekun məğlubiyyəti Suriya ordusu və onun müttəfiqləri, yəni İran və Rusiya vasitəsilə həyata keçəcək və həmin günə az qalıbdır. Ərəbistan bu şəraiti dərk edərək, çalışır ki, Amerikanın rəhbərliyi altında olan Qərb-ərəb mehvərindən uzaqlaşaraq, bu məğlubiyyətlərin sonrakı nəticələrini azaltmış olsun.

Şərh yaz


Məxfi kod
Yenilə