Çərşənbə, 04 Oktyabr 2017 16:59

ABŞ rəsmiləri və mətbuat Las-Veqas qatilini niyə terrorçu adlandırmır?

ABŞ rəsmiləri və mətbuat Las-Veqas qatilini niyə terrorçu adlandırmır?

ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 2-si səhər həyata keçirilən və ən az 59 nəfərin həlak olduğu hücumla bağlı istintaq davam etsə də, sosial şəbəkə istifadəçiləri rəsmi məmurların və mətbuat orqanlarının şübhəli Stiven Peddok üçün “terrorçu” termininin istifadə etməməsinə reaksiya veriblər.

BBC-  xəbər verir ki, mətbuat orqanları Mandalay Bay otelinin 32-ci mərtəbəsində qaldığı otaqdan konsertə baxan kütlənin üzərinə atəş açan 64 yaşlı Peddok “yalquzaq”, “dədə”, “qumarbaz” və “təqaüdçü mühasib” ifadələri ilə təqdim edir. Ancaq təcavüzkara “terrorçu” adı qoyulmur.

Peddokun bu hücumu niyə təşkil etdiyi hələ bilinmir. Beynəlxalq terror təşkilatları arasında hər hansı bir əlaqə aşkar edilməyib və psixoloji narahatlığı olması istiqamətində hər hansı bir dəlilin olmadığı açıqlanıb.

Sosial şəbəkə istifadəçiləri müsəlman olsaydı, hücumdan dərhal sonra Peddoku xarakterizə etmək üçün “terrorçu” damğasının istifadə olunacağını və hələ ortaya konkret faktlar çıxmadan “islamçı terrorla” əlaqələndiriləcəyini söyləyirlər.

 

Bu vəziyyətə reaksiya verənlər arasında tanınmışlar da var. Məşhur Rep ifaçısı Rass belə bir mesaj paylaşıb. “Əgər bu adam müsəlman olsaydı dərhal terrorçu sifətini yapışdırardıq”.

 

ABŞ-da federal səviyyədə müəyyən bir fəaliyyətin “daxili terror aktı” kimi səciyyələndirilməsi üçün üç meyarın olması lazımdır:

- Federal və ya ştat qanunlarını pozacaq şəkildə insan həyatını təhlükəyə atmaq,

-Vətəndaşları və ya dövləti hədələmək və ya təzyiq altına almaq məqsədini daşımaq,

- ABŞ sərhədləri daxilində baş verməsi.

 

Bir çox sosial şəbəkə istifadəçisi Nevada ştatının qanunlarındakı “terror aktı” tərifini paylaşaraq, buradakı aydın tərifə rəğmən Las-Veqas şerifi Cozef Lombardonun mətbuat konfransındakı sözlərinə etiraz ediblər.

 

Lombardo Peddok ilə əlaqədar belə demişdir: “Bu mərhələdə inanc sisteminin nə olduğunu bilmirik. Hazırda təkbaşına "yalquzaq" kimi hərəkət etdiyinə inanırıq”.

Twitter-də “clairevenom” adını istifadə edən bir şəxs belə bir açıqlama verib: “Yalquzaq sözünü oxuduğum anda təcavüzkarın irqinin nə olduğunu başa düşdüm”.

Digər bir istifadəçi də fərqli dəri rənglərinə görə göstərilən təriflərin yazıldığı bir sxemi paylaşaraq, edilən etirazlara dəstək verib. Twitter-də hücumdan etibarən “yalquzaq” sözü qeyd olunan 200 mindən çox mesaj paylaşılıb. “Terror hücumu” termini qeyd olunan mesajların sayı da 170 mini keçib. Bir çox istifadəçi şübhəlinin ağdərili olub olmamasına görə, istifadə edilən terminlərin fərqliliyinə diqqət çəkib.

Mövzu ilə bağlı mübahisələr Facebook-da da edilib. İndoneziyadan Mursal adlı bir istifadəçi "beynəlxalq terrorçu kimi qəbul olunmur? Bəlkə irqi ərəbə bənzəmədiyi üçündür!”, - deyə bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə