Şənbə, 30 Sentyabr 2017 20:03

Putinlə Ərdoğanın görüşünə Qərbdən inanılmaz həssaslıq

Putinlə Ərdoğanın görüşünə Qərbdən inanılmaz həssaslıq

“Putinlə Ərdoğanı Suriya məsələsi dostlaşdırır”

 

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri Qərb mətbuatında geniş müzakirə olunur.

 

Media Ərdoğanın bölgədə geniş hədəfləri olduğunu, Vladimir Putinin isə Yaxın Şərqdə uzun müddət boyunca əsas oyunçuya çevrilmək istədiyini yazır.

 

“Vlaldimir Putin cümə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqlarda Suriyada müharibənin bitməsi üçün zəruri şərtlərin faktiki olaraq yaradıldığını bəyan etdi” - Newsweek qəzetindən Tom O, Konnor yazır.

 

Jurnalist Türkiyənin üsyançılara verdiyi dəstəyə rəğmən Əsədin məhz İran və Rusiyanın köməyi ilə Suriyanın böyük bir hissəsində nəzarəti ələ keçirdiyini, Türkiyənin isə Hələbin hökumət qüvvələrinin nəzarətinə keçməsindən sonra Astana danışıqlarına qoşulduğunu xatırladır.

 

“Türkiyənin Suriyada Moskvanın mövqeyini dəstəkləməkdə əsas marağı ABŞ-ın kürd silahlı dəstələrindən təşkil olunan “Suriya Demokratik Gücləri”ni tutması və silahlandırması ilə bağlıdır”,- məqalədə qeyd olunur.

 

Yazıda Putinin də Suriya hökumətinin kürd muxtariyyatı ilə bağlı danışıqlara başlamağa hazır olması barədə bəyanatını tərifləməsinə rəğmən İraqda öz müstəqilliyini elan edən regional Kürdüstan hökumətinin hərəkətlərini pislədiyinə diqqət çəkilir.

 

“Rusiya ənənəvi olaraq bütün tərəfləri özünə məxsus tərzdə razı salmağa üstünlük verir”,- yazıda qeyd olunur.

 

“Türkiyə-Suriya sərhədində rus təyyarəsinin vurulması ilə bağlı yaranan insidentdən və ikitərəfli münasibətlərdə yaranan “buz dövrü”ndən sonra iki ölkə arasında əlaqələr möcüzəli metamorfoz nümayiş etdirir”. Bu haqda Almaniyanın “Der Spiegel” qəzetindən Maksimilyan Plopp yazır.

 

Müəllif bu yaxınlaşmadan və Ankaranın Moskvadan S-400 raketlərini almaq barədə niyyətini bəyan etməsindən sonra Qərb siyasətçilərinin həyəcan təbilini çalmağa başladığını qeyd edir.

 

“Avropa və ABŞ-da Türkiyənin prinsipial olaraq NATO üzvlüyünə son verəcəyi barədə qayğıları çoxalıb”, Plopp bildirir.

 

Plopp NATO ölkələrinin Ərdoğanın avtoritar stilindən narazı olduğunu, Türkiyə prezidentinin isə öz növbəsində Alyansdakı partnyorlarını Ankaranın düşmənlərini, yəni PKK və Gülən hərəkatını dəstəkləməkdə ittiham etdiyini yazır.

 

“Ərdoğan Rusiya ilə yaxınlığı starteji nöqteyi-nəzərdən sürətləndirib. O, ABŞ və Avropanın minnətlərini götürmək istəmədyini, Türkiyənin başqa seçimlərinin mövcud olduğunu bildiriməyə çalışır. Bundan başqa o, Rusiya ilə əməkdaşlığı öz ölkəsinin Suriyadakı maraqlarına uyğun gəldiyini düşünür. Bu saat onu maraqlandıran tək şey Suriyada kürd dövlətinin yaranmasını əngəlləməkdir”, məqalədə bildirilir.

 

Buna rəğmən Plopp rusların kürd məsələsindəki mövqeyinin heç də Türkiyə prezidenti üçün birmənalı qarşılanmadığını da yazır.

 

“Moskva PKK-nın Suriyadakı uzantısı YPG-ni legitim tərəfdaş olaraq görür. İkincisi də Rusiya hazırda İdlibə qarşı irimiqyaslı əməliyyata başlamaq niyyətindədir. Eyni zamanda şəhərdə qalan və Rusiyaya qarşı vuruşan müqavimət hərəkatının içində Türkiyənin adamları çoxdur”, məqalədə Suriya məsələsində iki ölkə arasında ziddiyyətlərin hələ qaldığı göstərilib.

 

Musavat.com

Şərh yaz


Məxfi kod
Yenilə