Bazar ertəsi, 11 Sentyabr 2017 20:35

Mixail Saakaşvili; Vətənsiz siyasətçi

Mixail Saakaşvili; Vətənsiz siyasətçi

Gürcüstanlı vətənsiz siyasətçi Mixail Saakaşvili tərəfdarlarının halqasında zorla Polşa sərhədindən Ukraynaya daxil olub.

Ukrayna pasportu ilə sərhədi keçmək istəyən Saakaşvilini sərhədçilər saxlamış və onun keçidinə mane olmuşdular. Ukrayna sərhədçiləri ilə Saakaşvili tərəfdarları arasında yaranan qarşıdurmada 16 sərhədçi yaralanıb.

Ukraynanın sabiq prezidenti Mixail Saakaşvili bu ölkədə dövlət büdcəsindən 5 milyon dollar mənimsəmək ittihamı ilə axtarışa verilib. O 2013-cü ildə Gürcüstandan çıxdı və 2015-ci ildə Ukrayna vətəndaşlığını aldı. Gürcüstan qanunlarına əsasən bir şəxsin iki vətəndaşlığa sahib ola bilmədiyinə görə, Saakaşvili Ukrayna vətəndaşlığını qazanmaqla Gürcüstan vətəndaşlığını itirdi.

Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verməklə onu Odessa vilayətinin qubernatoru təyin etdi. Lakin Saakaşvilinin qubernatorluq dövrü çox qısa idi. Pyotr Poroşenkonu Ukrayna vətəndaşlarını soymaqda günahlandıran və onu tənqid atəşinə tutan Gürcüstanın sabiq prezidenti tutduğu vəzifədən istefa verdi və ABŞ-a getdi. Ukrayna prezidenti ötən iyul ayında Saakaşvilinin Ukrayna vətəndaşlığını ləğv etdi. Pyotr Poroşenkonun bu qərarından sonra Gürcüstanın Qızılgül İnqilabının lideri vətənsiz durumla üzləşib.

 

Şərh yaz


Məxfi kod
Yenilə