Bazar, 10 Sentyabr 2017 16:54

Ermənistanda Avrasiya İttifaqından çıxmaq təşəbbüslərinin arxasında nə dayanır?

Ermənistanda Avrasiya İttifaqından çıxmaq təşəbbüslərinin arxasında nə dayanır?

Ruben Mehrabyan: “Ermənistan rusların çirkli ayaqqabılarını təmizlədiyi palaza dönüb”.
Ermənistan parlamentinin müxalif “Yelk” (“Çıxış”) bloku ölkənin “Avrasiya İqtisadi İttifaqı” blokundan çıxması ilə bağlı qanunvericilik təşəbbüsü qaldırıb.

Blokun yaydığı bəyanatda Avrasiya İttifaqının Ermənistanın siyasi, iqtisadi və sosial inkişafına yardım göstərmədiyi və onun təhlükəsizliyini təmin etmədiyi vurğulanıb.

Sənəddə Ermənistanın dollar ekvivalenti ilə ÜDM-nin 8% kiçildiyi, işsizliyin 13% artdığı, habelə valyuta ehtiyatlarının 40% azaldığı göstərilib. Əvəzində isə ölkə borclarının daha 10% artdığı qeyd olunub.

Fraksiyanın rəhbəri Edmon Marukyan bu prosesin hələ başlanğıc mərhələsində olduğunu söyləyib. Marukyanın verdiyi müsahibədə bu təşəbbüsün bir çoxları üçün gözlənilməz olduğunu bildirib. O, erməni mediasında blok daxilində məsələ ilə əlaqədar parçalanmanın hökm sürdüyü (blokun liderlərindən Nikol Paşinyanın buna qarşı çıxdığı deyilir) barədə gedən şayiələri də təkzib edib: “Əgər siz “Yelk” blokunun proqramına baxsanız, görərsiniz ki, orada Avrasiya İttifaqına üzvlüyün siyasi səhv olduğu göstərilib. Təbii ki, biz bundan sonra konkret fəaliyyətə keçməli idik. Hazırda isə proses başlanğıc mərhələsindədir”.

Ermənistanın tanınmış politoloqlarından Ruben Mehrabyan “Yelk” blokunun təşəbbüsünü alqışlayanlardan biridir.
O, bütün cəmiyyəti blokun ideyasına dəstək verməyə çağırıb. Mehrabyanın sözlərinə görə, blok öz daxilində bütün daxili simpatiya və antipatiyaları kənara qoyub, bu məsələyə köklənməlidir.

“Nəinki blok, hətta bütün cəmiyyət bu boyunduruğu üzərindən atmaq və Ermənistanın suverenliyinə yönəlik təhdidlərdən qurtulmaq məcburiyyətindədir”, - Mehrabyan qeyd edib.
Erməni politoloq prosesin uzunmüddətli və əziyyəti olacağını da sözlərinə əlavə edib. Onun firkincə, Ermənistan nəinki Avrasiya İttifaqından çıxmağı, hətta Rusiya ilə münasibətlərdə bütün müqavilə-hüquq bazasını gözdən keçirməlidir.


Mehrabyanın sözlərinə görə, Ermənistan rusların öz çirkli çəkmələrini sildiyi palaza dönüb: “Avrasiya İtttifaqı Ermənistanı sivilizasiyadan ayırmaq yönündə atılan addım olub. Bu addım Ermənistana baş ağrısından başqa heç nə gətirmədiyi kimi, onun bütün xarici əlaqələrini də zədələyib”.
“Ruslar bizim başımıza oturmaq istəyir. Lakin bizim başımız Rusiya üçün skamya sayılmamalıdır. Buna görə də, Avrasiya İttiafqından çıxış barədə təşəbbüslərdə antirusiyalıq bir şey axtarmaq lazım deyil. Bu, sadəcə Moskvanın həyasızılığına və çirkinliyinə verilən adekvat cavabdır”, - Ruben Mehrabyan yekunda bildirib.

Politoloq Naira Ayrumyan isə “Yelk” blokunun bu çıxşının bu yaxınlarda ABŞ-ın Ermənistandakı səfiri Riçard Maylsın bəyanatı ilə əlaqələndirib. Səfir Mayls ABŞ-ın Ermənistana suveren qərarlar qəbul etmək üçün müxtəlif vasitələrlə kömək etməyə hazır olduğunu söyləmişdi.

“Avrasiya İqtisadi İttifaqında üzvlük Ermənistanın suverenliyini məhdudlaşdırılmasının vasitələrindən biridir. Suverenliyin bərpasından ötrü isə Ermənistan ittifaqsız statusunu bərpa etməlidir”, - Ayrumyan yazır.

Ayrumyan Avrasiya İttifaqının qanunlarının tam olaraq icra edildiyi yeganə ölkənin Ermənistan olduğunu iddia edib. Onun yazdığına əsasən, nə Qazaxıstan, nə də Belarus öz xarici ticarət əlaqələrini Ermənistandan fərqli olaraq, İttfaqın qoyduğu çərçivədə qurmur.

Ermənistanda “Yelk” blokunu birdən-birə bu cür təşəbbüslə çıxışının Sərkisyanın Rusiyaya növbəti şantaj həmləsi kimi qəbul edənlər də var. Onların fikrincə, “Yelk” blokunun parlamentə düşməsi təsadüfi olmadığı kimi, blokun bu cür çıxışı da gözlənilməz sayılmamalıdır. (Musavat.com)

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob