Bazar, 20 Avqust 2017 20:06

Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə inanmır

Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə inanmır

Türkiyədə Rusiya Federasiyasında qadağan olunmuş İŞİD döyüşçüləri olan azərbaycanlılar həbs olunublar. Türkiyə jandarmeriyası Suriya ilə sərhəddə yerləşən İmanlı kəndində üçü Azərbaycan Respublikası vətəndaşı olmaqla beş terroçu-kamikadzeni həbs edib. Türkləri şoka salan məsələ bu olubdur ki, həbs olunanlar arasında iki qadın- 37 yaşlı Gülnur Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalova olub.

Türkiyədə Rusiya Federasiyasında qadağan olunmuş İŞİD döyüşçüləri olan azərbaycanlılar həbs olunublar. Türkiyə jandarmeriyası Suriya ilə sərhəddə yerləşən İmanlı kəndində üçü Azərbaycan Respublikası vətəndaşı olmaqla beş terroçu-kamikadzeni həbs edib. Türkləri şoka salan məsələ bu olubdur ki, həbs olunanlar arasında iki qadın- 37 yaşlı Gülnur Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalova olub.

Moskvada çıxan “Nezavisimaya Qazeta” nəşrində “Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə inanmır” adı altında dərc olunmuş məqalədə sonra belə deyilir: Azərbaycan İŞİD üçün kadrların yetişdirilməsi mənbəyi kimi bu il yayın sonlarında Təhlükəsizlik və İnformasiya üzrə Avropa Departamentinin baş katibi, İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın Yaxın Şərq üzrə komissarı Haysam Əbu Səid tərəfindən xatırladılmışdı. Əbu Səid qeyd etmişdi ki, İŞİD sıralarında vuruşan Azərbaycandan olan terrorçular beynəlxalq qruplaşmaların tərkibində fəaliyyət göstərərək xüsusi olaraq, Fransa, Almaniya, Böyük Britaniya və Belçika üçün təhlükə törədirlər.

Suriyadakı daxili müharibənin əvvəlindən bəri terrorçuların bu ölkədən Avropaya tranziti Türkiyə yolu ilə həyata keçir. Silahlılar sərhəddə müəyyən şəxslərə rüşvət vermək yolu ilə xüsusən İstanbulda peyda olurlar. İstanbulun zəngin məkanlarında terrorçular “mədəni” şəkildə istirahət edir, sonra isə ya Türkiyənin daxilinə sızırlar, ya da ki, öz başçılarından göstəriş alaraq, digər ölkələrə yola düşürlər. İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın hesabatında qeyd olunduğu kimi, Belçika Qərb ekspertləri tərəfindən terrorçuların bütün Avropa qitəsi boyu nüfuz etmələri və fəaliyyət göstərmələri məkanıdır. “Lyej” məntəqəsinin yaxınlığında yerləşən Berve-də Rusiya əleyhinə əhval-ruhiyyəyə malik vaynax mühacirləri tərəfindən təşkil olunmuş “Qafqaz Mədəniyyət və Təhsil Mərkəzi” yerləşir. Brüsseldə də yenə də vaynaxlar tərəfindən yaradılmış “Əs-Salihun” adlı “islami mədəniyyət mərkəzi” yerləşir. Azərbaycanlı terrorçular üçün rus dilini bilmələri hesabına belçikalı vaynaxların, eləcə də “tarixi simvollar” icmasının yanında yerləşmək daha münasibdir.

Vaynax sələfiləri üçün mötəbər sayılan Şamil Basayev Azərbaycandan olan terrorçular üçün də  bir qəhrəman hesab olunur. Bütün sələfilərin İŞİD-i himayə etdiklərini nəzərə alaraq, İŞİD-in and içmiş terrorçuları öz “sahibləri” ilə münasibətlərini pozmamaq üçün öz mənsubiyyətlərini ifşa etmirlər. Türkiyə isə bu ilin ikinci yarısından azərbaycanlılara olan zahirən isti əlaqələrini soyudurlar. Bu ilin yayında Türkiyənin Daxili İşlər Nazirliyi bir sənəd yaydı. Onda deyilir ki, terror fəaliyyətlərində şübhəli bilindiyi üçün bu ölkədən 252 Azərbaycan Respublikası vətəndaşı ixrac olunub. Eləcə də 1677 nəfərə də Türkiyəyə səfər etmək qadağan edilibdir. Onlar İŞİD-in Azərbaycana ekspansiyasından narahat olurlar. İyulun ortalarında Bakıda Aydın Gülməmmədov və Əmrah İmanov ötən ilin oktyabrında ittiham olunanların dogma şəhəri olan Sumqayıtdakı bir çayxanada Əlbağdadiyə sədaqətlərinə and içdiklərinə görə mühakimə olunmalı idilər.

Əlbağdadiyə and içməkdə ittiham olunan şəxslərin həmyerlisi Fuad Rüstəmovu isə Azərbaycan dövlət təhlükəsizlik xidməti 2016-ci ilin payızının sonlarında aradan götürmüşdü.

Məqalənin digər hissəsində yazılır:

1988-ci ilin fevralında erməni basqınları ilə tanınmış Sumqayıt şəhəri Azərbaycanda terrorçuların paytaxtı və odlar yurdunda(Azərbaycanın ikinci adı) İŞİD-in dayaq məntəqəsidir.

“Şəhəri məhbuslar inşa ediblər, sovet dövründə oraya “kimya işləri” üçün göndərirdilər ki, bu da Sumqayıtın social-mədəni mühitinə təsir göstərmirdi, deyə politoloq Fəxrəddin Abbaszoda “Nezavisimaya Qazeta” nəşrinə bildirib.- SSRİ-nin dağılmasından sonra Sumqayıtdakı dini hakimiyyət sələfilərin əlinə keçdi. Sumqayıtdan Bakıyadək olan məsafə 30 kilometrdir, buna görə, sələfilər çətinlik çəkmədən paytaxtın ətraf məntəqələrini və Azərbaycanın şimal-qərb rayonlarını əllərinə alırdılar. O zaman 8 milyon nəfərlik əhalisi olan Azərbaycanda sələfilər bir milyon nəfər, yəni bütöv bir ordu idi. Bu orduya yerli ləzgilər, avarlar və saxurlar daxildirlər. Onlar keçmiş sünni kimi sələfizmə keçirlər. Bakıda hazırda ya vəhhabi, ya da ki, Rusiya Federasiyasında qadağan olunmuş “nurçular”ın sıralarına qoşulmuş keçmiş sünnilərin bütöv məhəllələri mövcuddur.

Məqalənin müəllifi sonra belə qeyd edir: Sələfilər Sumqayıt əhalisinin yarısını təşkil edirlər. Neft-kimya işçilərinin şəhəri olan Sumqayıtda ənəvi olaraq, çoxlu sayda dağıstanlı, sələfizm ideyaları planında risk qrupu və İŞİD ünsürləri mövcuddur.

Məqalənin ardında vurğulanır:

Qafqazı dəhşətə salmış, Basayev və Xəttabın döyüşçüsü olmuş milliyyətcə saxur olan “Dağıstan əmiri” İlqar Mollaçiyev Sumqayıtda vəhhabi olubdur. Həyatda olarkən Mollaçiyev Rusiya ilə Azərbaycan arasında gediş-gəlişdə idi. O, əksər hallarda rüşvət yolu ilə sərhədi keçirdi. Rusiyanın təhlükəsizlik qüvvələri onu 2008-ci ildə Dağıstanın cənubunda aradan götürdülər. “Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi(MTN) bütün giriş və çıxış yollarını bağlayaraq, Mollaçiyevə qarşı xüsusi əməliyyat keçirdiyi zaman o, öz ölümü ərəfəsində Dağıstana soxuldu.-deyə Abbaszoda sözlərinə davam edir.- Bu fakt MTN-in başçısı Eldar Mahmudovun peşəkarlığına şəkk etməyə zəmin yaradırdı. Belə ki, bütün Azərbaycan boyu axtarılan terrorçu asanlıqla onun əlindən çıxdı.

Məqalə müəllifi məqaləsini belə davam etdirir:

Mahmudovu 2015-ci ilin oktyabrında, Gəncədə və Bakının ətrafında yerləşən Nardaran qəsəbəsində şiələrin hərəkatı ərəfəsində vəzifəsindən götürərkən MTN-i ləğv etdilər; eks-nazirin tabeliyində olanlar mühakiməyə cəlb edildilər, anti-terror idarəsinin rəis müavini istintaq zamanı zindanda özünü asdı. Məlum oldu ki, MTN Mahmudov zamanı işbazlıq edirmiş, bundan əlavə, terrorçulardan rüşvət almaqla məşğul olurmuş. Rüşvət hesabına terrorçu əlində hüquqi sənədlərə malik olaraq, Türkiyə yolu ilə İŞİD-ə qoşulmaq üçün Suriyaya gedə bilirdi. Bundan daha vacibi: Mahmudov vəzifəsindən öz yeznəsi Cahangir Hacıyevin prezidenti olduğu Azərbaycan Beynəlxalq Bankından(ABB) korrupsiya etmək üçün istifadə edirmiş. Hacıyev və Mahmudov ən azından öz mövqelərindən istifadə edərək, Azərbaycan Beynəlxalq Bankından milyardlarla dollar oğurlayıbmışlar.

“Nezavisimaya Qazeta” nəşri qeyd edir ki, odlar yurdunun kredit sisteminin ürəyi olan ABB xüsusilə yerli neft üzrə dövlət inhisarçısı olan SOKAR-a (SOCAR) və Heydər Əliyev Fonduna kredit ayırır.

“Nezavisimaya Qazeta” nəşrinin müxbiri ilə müsahibədə azərbaycanlı jurnalist və ekspertlər belə deyirdilər: Bankir Hacıyev və nazir Mahmudov Azərbaycanın birinci xanımının atasının familiyası ilə adlandırılan və bu ölkədə öz əhəmiyyətinə görə, ikinci siyasi klan sayılan Paşayevlər klanından olduqlarına görə, öz vəzifələrinə borclu idilər.

“Paşayevlər kürd Əliyevlərdən fərqlənərək, azəridirlər,- deyə politoloq Fikrət Şabanov “Nezavisimaya Qazeta” nəşrinə bildirib.- Prezident İlham Əliyevin klanı ilə onun həyat yoldaşının klanı arasında ölkə hakimiyyəti uğrunda uzun mübarizə gedir. Əliyev 2004-cü ildən MTN-ə rəhbərlik etmiş Mahmudovu aradan götürüb, MTN-i ləğv etməklə belə hesab edirdi ki, o, eyni zamanda onun klanı ilə mübarizə aparan aləti məhv edir və ölkəni siyasi böhrandan çıxarmaq istiqamətində addım atır. Nəticədə Əliyev öz əlləri ilə ölkədə dövlət təhlükəsizlik sistemini zəiflətdi; vəhhabilər də məhz bundan istifadə edirlər. Vəhhabilər keçmişdə də qohumbazlıq və rüşvət yolu ilə rütbə almış təhlükəsizlik qüvvələrinin başlıca hissəsinin qeyri-peşəkarlığı hesabına ölkə daxilində özlərini tamamilə rahat hiss edirdilər. İndi Əliyevi sələfilər maraqlandırmır. Olkədə böhran baş alıb gedir, ictimai narazılıq artır, Paşayevlər klanı üçün isə İlham Əliyevin onlara görə konstitusiyanı dəyişməsi və öz həyat yoldaşını ölkənin vitse-prezidenti etməsinin az olduğu görünür. Ölkənin iqtisadi ürəyi sayılan Azərbaycan Beynəlxalq Bankı iflas olmaq astanasındadır”.

Məqalənin sonunda deyilir:

Bu ilin may ayının sonunda bir sıra beynəlxalq reytinq agentlikləri Azərbaycan Beynəlxalq Bankının müdiriyyətinə bankı böhrandan çıxarmaq qabiliyyəti planına inanmadıqlarını bildirdilər. Bu ilin yay fəslinin sonunda isə məqalənin əvvəlində qeyd olunan İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın Yaxın Şərq üzrə komissarı bildirdi ki, Azərbaycanın da daxil olduğu bir sıra ölkələrin xüsusi xidmət orqanları İŞİD ilə mübarizə planında öz qərbli müttəfiqlərinin inamını itiriblər. Komissiyanın bəyanatında deyilirdi ki, “müflis borclular” iqtisadi cəhətdən ərəb ölkələrinə sıx bağlıdırlar, bu da zəruri məlumatların sızmasına gətirib çıxarır; bu da öz növbəsində Azərbaycanda anti-terror fəaliyyətlərini “bilərəkdən səmərəsiz” edir.

Şərh yaz


Məxfi kod
Yenilə