Cümə axşamı, 27 iyul 2017 14:37

İllüziyaya qapılmış Bəhreyn rejimi hamını terrorçu bilir

İllüziyaya qapılmış Bəhreyn rejimi hamını terrorçu bilir

Bəhreyn rejiminin öz taleyindən nigaran olması Ali-Xəlifə xanədanını o qədər illüziyaya düçar edibdir ki, belə təsəvvür edir ki, monarxiyanın qorunmasının yeganə yolu, bütün xalqı terrorçu adlandırmaq və xalq kütlələrinə terrorçu markası vurmaqdır.

Londonda yaşayan bəhreynli siyasi analitik Səid Şəhabi Press TV ilə müsahibədə Bəhreyn xalqının Ali-Xəlifə muzdurları tərəfindən amansızcasına yatırılmasına toxunaraq, deyib: Əgər siz Bəhreyn rejiminin boş terror fəaliyyətləri ittihamını nəzərdə tutsanız, elə bir rəqəm alınacaqdır ki, dünyadakı bütün terror təşkilatlarının üzvlərindən çox olacaqdır.

Şəhabi deyib: Rejim hər həftə və ya iki həftədən bir, bir qrup əhalini terror hərəkətlərində əli olmaqda ittiham edərək, həbs və mühakimə edir. Problem, bu cür ittihamların real olub-olmaması deyil, problem, terrorizm barədə verilən tərifdədir. Bəhreyn rejiminin,  eləcə də etiraz aksiyasında iştirak etdiyinə görə, 14 nəfəri edam edəcək Ali-Səud rejimin nöqteyi-nəzərincə, siyasi rejimi tənqid etmək terrorizm sayılır. Əslində isə Bəhreyn xalqı hakim rejim tərəfindən terror edilir və daim rejim muzdurlarından qorxu altında yaşayır.

Ali-Xəlifə rejimi hər cür siyasi müxalifi yatırmaq məqsədilə atdığı digər bir addımda Fars Körfəzi kənarında yerləşən bu kiçik adanın vətəndaşlarından altmış nəfəri terror fəaliyyətlərində əli olmaqda ittiham edib. İttiham vurulmuş bütün şəxslər bu ölkədəki şiə əksəriyyətindəndirlər.  Bu şəxslər terror qrupu yaratmaq və silahdan istifadə təlimi kimi ittihamlarla gələn ay məhkum olunmalıdırlar. Bəhreyn rejimi 2011-ci ildən bəri minlərlə bəhreynlini islahatçı cərəyanları yatırmaq hədəfilə həbs edərək, məhbəslərə atıbdır. Rejimə qarşı çıxan onlarla nəfər də bu müddətdə öldürülübdür. Bir neçə tanınmış din xadimi və siyasi fəal Ali-Xəlifə rejiminin dəhşətli məhbəslərində həbsdədir. Onlar qəddar üsullarla işgəncə edilirlər. Bu şəxslərin bir çoxu hakim xanədanı tənqid etmək kimi ittihamlarla öz vətəndaşlıq hüququnu itirib və onların vətəndaşlığı ləğv olunubdur. 

İnsan haqlarını müdafiə təşkilatları Amerikanın Fars Körfəzi regionundakı yaxın müttəfiqlərindən biri olan Bəhreyn rejimini azadlıq hərəkatlarına və müxalif qruplara divan tutduğuna görə kəskin tənqid atəşinə tuturlar.

Şərh yaz


Məxfi kod
Yenilə

Blowjob