Cümə axşamı, 18 May 2017 12:59

ABŞ-ın İrana qarşı düşmənçilikləri davam edir

ABŞ-ın İrana qarşı düşmənçilikləri davam edir

Amerika dövləti İran İslam Respublikasına qarşı düşmənçilik hərəkətlərinin davamında 7 iranlı və çinli şəxs və şirkəti boykot edibdir.

ABŞ-ın maliyyə nazirliyi bir bəyanatda bildiribdir ki, Amerika çərşənbə günü İranın raket proqramını dəstəkləyən Çində yerləşən bir şəbəkənin üzvlərini və bir iranlı şirkəti, eləcə də İranın müdafiə sektorunun iki rəsmisini boykot edibdir.

İran İslam Respublikasına qarşı yönəlmiş bu məqsədyönlü sanksiyalar məhz Donald Tramp dövlətinin nüvə anlaşması prosesinin davam etməsi üçün icbari olan bir hərəkətdə Tehranla olan bu anlaşma çərçivəsində İrana qarşı sanksiyaların bir hissəsinə göz yumulmasını davam etdirəcəyini bildirdiyi gündə tətbiq olunubdur.

Donald Trampın Amerikada hakimiyyətə gəlməsilə Ağ Ev İran İslam Respublikasına qarşı daha artıq düşmənçilik siyasətləri yürüdür. 

Amerikalılar iddia edirlər ki, İranın raket sınaqları BMT TŞ-nin 2231 saylı qətnaməsinə ziddir və bu sınaqlar nüvə başlığı daşıya bilən raketlərə şamil olur.

Belə bir halda, Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsinin sözçüsü Nebile Mesrali son zamanlar bildiribdir ki, İranın raket sınağı nüvə anlaşmasını pozmur.

İran İslam Respublikası da dəfələrlə bildiribdir ki, İranın ballistik raketləri nüvə başlığı daşımaq üçün konstruksiya edilməyiblər və o, nüvə silahına da ehtiyaclı deyildir, zira İslam İnqilabının Böyük Rəhbərinin fitvasına əsasən, nüvə silahlarından istifadə haramdır və İran İslam Respublikası özünü NPT müahidəsinə tam öhdəlikli hesab edir.

Şərh yaz


Məxfi kod
Yenilə