Cümə axşamı, 18 Noyabr 2021 14:20

Sanksiyaların ləğvi müzakirələrində müsbət irəlilləyiş

Sanksiyaların ləğvi müzakirələrində müsbət irəlilləyiş

Rusiyanın Vyana müzakirələrindəki nümayəndəsi Tehran vaxtı ilə çərşənbə günü gecə bir tvittdə qarşıdakı müzakirələrdə ehtimal olunan irəliləyişdən xəbər verib.

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi və İrana qarşı sanksiyaların götürülməsi üzrə Rusiya müzakirə komandasının başçısı Mixail Ulyanov bir tvittdə belə yazıb: İrana qarşı sanksiyaların götürülməsi üzrə müzakirələrdə irəliləyişin şahidiyik və nüvə anlaşmasının müxalifləri də öz mövqelərini yenidən nəzərdən keçirməkdədirlər.

Ulyanov bu tvitti ABŞ dövlət departamentinin özünün İranla bağlı işçi qrupunun Ərriyadda iclasının keçirilməsi və onun yekun bəyanatı barədəki tvittinə cavab olaraq yazıb.

Amerika və Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvləri birgə bəyanatda qeyd ediblər ki, nüvə anlaşması altında sanksiyaların aradan qaldırılmasından sonra İranla iqtisadi əlaqələr regionun xeyrinədir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ötən cümə günü bir çıxışda demişdi ki, Moskva 29 noyabr iclasında nüvə anlaşmasının tam şəkildə icrası və İrana qarşı sanksiyaların götürülməsini istəyəcək.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri dəfələrlə vurğulayıbdır ki, qarşıdakı Vyana müzakirələrində əsas hədəf, İran xalqına qarşı tətbiq olunmuş qanunsuz sanksiyaların aradan qaldırılmasıdır.

Birləşmiş Ştatların prezidenti Co Baydenin hökuməti iddia edir ki, Vyana şəhərində keçiriləcək müzakirələr yolu ilə ölkəsinin nüvə anlaşmasına qayıdışına lazım olan zəminləri yaratmaq niyyətindədir.

Bu müzakirələrdəki ixtilaf zəminlərindən biri, Vaşinqtonun/ Amerikanın sabiq prezidenti Donald Trampın bu ölkəni nüvə anlaşmasından çıxarmasından sonra İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaların qorunub saxlanılmasına israr etməsidir.

Bundan əlavə, Bayden hökuməti bildiribdir ki, Amerikanın sonrakı hökumətlərinin yenidən nüvə anlaşmasından çıxmayacaqları barədə zəmanət verə bilməz.

İran İslam Respublikası vurğulayıbdır ki, Amerikanın nüvə anlaşmasını pozan tərəf olmasına görə, məhz Vaşinqton sanksiyaları aradan qaldırmaqla anlaşmaya geri dönməlidir və Birləşmiş Ştatların öhdəlikləri yerinə yetirməsinin sınaqdan keçirilməsi zəruridir.

Əlbəttə, Tehran təkid edibdir ki, Amerikanın anlaşmaya qayıtmasına nə israr edir, nə də ki, tələsir.

Şərh yaz


Məxfi kod
Yenilə