Bazar ertəsi, 11 Oktyabr 2021 19:36

Azərbaycan Respublikasının bəzi medialarının dezinformasiyaları təkzib edilir

Azərbaycan Respublikasının bəzi medialarının dezinformasiyaları təkzib edilir

Azərbaycan Respublikasının bəzi mediaları tamamilə yalan məlumatlar yayarq, iddia ediblər ki, , guya 44 günlük müharibə zamanı İranın silahlı qüvvələri sərhədi keçərək, Azərbaycan ərazisinə daxil olublar.

SəhərAzəri-nin məlumatına əsasən, Hazırkı şəraitdə Azərbaycanın daxilində anti-İran atmosferi formalaşdırmağa və iltihab yaratmağa yönəlmiş bu şübhəli dezinformasiyalar, yalan məlumat yaymaqla İranı Zəngilan rayonu və Sultanlı kəndi ərazisində Azərbaycana qarşı hərbi təcavüz etməkdə ittiham etmək məqsədi daşıyır. 

Bununla bağlı İranın Energetika Nazirliyindəki məlumatlı bir mənbə Azərbaycan medialarının faktları təhrif etməsindən gileylənərək, "NurNews"a deyib: "2016-cı ildə Zəngilan və Sultanlı bölgələrinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, İran işğal olunmuş ərazilərdə Azərbaycan Respublikasının suverenliyini möhkəmləndirilmək üçün Araz çayı üzrəində bir su bəndinin birgə inşasına dair Bakı ilə müqavilə imzaladı. İki tərəfin razılaşması əsasında, su bəndinin hər iki tərəfində təhlükəsizliyin təmin edilməsi İran tərəfinə tapşırıldı. Müqaviləyə əsasən, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra, su bəndinin Azərbaycan ərazisindəki hissəsinin təhlükəsizliyinin təmin edilməsinin yeni bir müqavilə əsasında Bakıya həvalə edilməsi qərara alındı.

Mənbə əlavə edib: "Qafqazda 44 günlük müharibə zamanı Azərbaycanın hərbi qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün irəliləyərkən, əvvəlki razılaşmanı nəzərə almadan və texniki-təhlükəsizlik detallar və yeni şərtlər müəyyən olunmadan, İran qüvvələrinin su bəndinin şimal hissəsindən geri çəkilməsini tələb etdilər ki, bu da heç bir vəchlə məntiqli və mümkün deyildi".

"Bir müddət sonra, İran və Azərbaycan Respublikasının Energetika Nazirlikləri arasında əldə edilən razılaşmalara əsasən, iki ölkənin sərhəd komandirlərinin iştirakı ilə keçirilən mərasimdə bəndin şimal hissəsinin təhlükəsizliyinin təmin edilməsi  Azərbaycan qüvvələrinə həvalə edildi", - deyə məlumatlı mənbə qeyd edib. 

Qeyd etmək lazımdır ki, İran İslam Respublikası Azərbaycan ərazisinin işğalı illərində, Araz çayının üzərindəki birgə bənddə Azərbaycanın maraqlarını və sərvətini qoruyub və işğal başa çatdıqdan sonra bəndin Azərbaycan hissəsi bir mərasim çərçivəsində rəsmi olaraq, Azərbaycan tərəfinə təhvil verilib.

Bu cür məqsədyönlü şəkildə yayılan dezinformasiyalar, mehriban qonşuluq prinsipinə ziddir və İran düşmənlərinin Azərbaycanın İranla bağlı siyasətlərinə təsiri ilə bağlı fərziyyələri gücləndirir. Halbuki İran İslam Respublikası hər zaman bütün qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşıb və bu prinsipə sadiqdir.

 

Şərh yaz


Məxfi kod
Yenilə