Cümə, 01 Oktyabr 2021 22:59

ABŞ Avropa uğrunda mübarizədə Rusiyaya məğlub olub

ABŞ Avropa uğrunda mübarizədə Rusiyaya məğlub olub

Dünya mediası ürək ağrısı ilə xəbər verib ki, bütün aparıcı bazarları əhatə edən qlobal enerji böhranı fonunda Avropa Birliyi enerji təhlükəsizliyini təmin etmək məsələsində yalnız özünə güvənməlidir: avtoritar Rusiya qazına alternativ olan mayeləşdirilmiş "azadlıq molekulları" daşıyan ulduzlu-zolaqlı tankerlər daha gəlməyəcək. Amerikalı dostlarımızın hər zaman bəhs etdikləri şist inqilabı uğursuz olub.

Mövcud vəziyyətin tragikomik mahiyyətini qiymətləndirmək üçün "Şimal axını-2" uğrunda mübarizənin ilk dəqiqələrindən məlum olan əsas rəqəmlərə müraciət edək.

ABŞ LNG satıcıları 2018-2019-cu illər ərzində Avropa bazarlarına fəal hücum ediblər. ABŞ-da mayeləşdirilmiş qaz istehsalı dərhal yüz milyard artaraq 840 milyard kubmetrə çatıb. 2018-ci ilin payızına qədər ABŞ-dan Avropaya qaz ixracı statistik səhv səviyyəsində idi, ancaq həmin ilin sentyabrında iddialı Donald Tramp şəxsi görüş zamanı Avropa Komissiyasının o vaxtki sədri olan Jan-Klod Yunkeri ixracatçılara misli görünməmiş güzəştlə tədarük üçün yaşıl işıq yandırmağa faktiki olaraq məcbur edib.

İyun ayında 250 milyondan az olan tədarükün həcmi dekabr ayına qədər dərhal bir tam onda beş milyarda yüksəlib. Yerli və xarici mətbuatdakı xəbərlər məhz bu dövrdə sunami təsiri bağışlayırdı: hər cür mütəxəssis və analitiklər bütövlükdə Rusiya ixracatının və xüsusilə də "Şimal axını-2"nin ağlasığmaz sonunu proqnozlaşdırırdılar.

O anda hər şeyin tam olaraq bu cür olacağı görünürdü. Düz bir il sonra, 2019-cu ilin dekabr ayında ABŞ-da istehsal olunan LNG ixracı üç milyard kubmetr həddini keçərək öz tarixi maksimumuna çatıb. Avropa LNG bazarında Amerika payı 16 faiz təşkil edib, yəni cəmi bir ildə iki qat artıb. Qaz daşıyıcıları məhsulu İspaniyadakı Kartaxenadan Finlandiyadakı Tornio Manqaya qədər olan yenidən qazlaşdırma terminallarına boşaldırdılar. ABŞ-ın yanacaq zəmanətinin əsas alıcıları İngiltərə, İspaniya, Polşa və Portuqaliya oldular.

Burada mütləq dəqiqləşdirmək lazımdır ki, söhbət yalnız bütövlükdə olaraq Avropa Birliyinin bütün istehlakından deyil, mayeləşdirilmiş qazdan gedir.

Daha sonra koronavirus dünya səhnəsinə çıxdı və hər şeyi dondurdu. Artıq 2020-ci ilin birinci rübündə ABŞ-dan gələn tədarüklər üç dəfə azaldı və heç vaxt rekord səviyyəsinə qayıtmadı. ABŞ mətbuatında nəşrlərin cüzi tonallığını nəzərə alsaq, hətta Vaşinqtonda belə təkrarlanan uğurlara inanmırlar.

COVID-19 öz boğucu ağuşunu yumşaldan kimi qlobal iqtisadiyyat (və xüsusən də sənayeləşmiş ölkələr) istehsal tempini bərpa etmək üçün sürətli şəkildə tələsdi. Sonra birdən məlum oldu ki, siyasət və yardım vədləri bir başqadır, azad bazar isə tamamilə fərqlidir. 2020-ci ildə Amerika zavodlarında istehsal olunan rekord 914 milyard kubmetr qaz ya ölkədən çıxarılmadı - baxmayaraq ki, bütün Texas dondu, bütün Kaliforniya qaranlıqda qaldı, - ya da Asiya-Sakit okean bölgəsinə getdi. Çünki sonuncu həmişə mükafat kimidir, yəni orada təbii qazın qiymətləri daha yüksək olur, özəl satıcılar isə (ABŞ dövləti LNG satmaqla məşğul deyil) zəmanətli və yüksək qazanc əldə etməyi üstün tuturlar.

Əgər Avropanın siyasətçiləri özlərinə əziyyət verib coğrafiya dərsliyini vərərqləsəydilər, onlar Asiya-Sakit Okean bölgəsində ümumi əhalisinin sayı beş milyarddan çox olan 58 ölkə olduğunu bilərdilər. Ancaq əsas məsələ Çinin məhz burada olmasıdır ki, o da demək olar ki, istənilən miqdarda enerji ehtiyatını mənimsəyə bilər. "İnternational Energy Agency"nin məlumatına görə, Pekin bu il LNG alış-verişini iki dəfə artırıb və bu səbəblə bütün dünyada LNG zavodları da daxil olmaqla istehsalını 40 faiz çoxaldıb.

Bütün Avropa Birliyi bütövlükdə hər il 394 milyard kubmetr, ÇXR isə 330 milyard mavi yanacaq istehlak edib. Eyni zamanda birinci bazar demək olar ki, statikdir və o çox mülayim şəkildə böyüyür, ikincisi isə daha sürətlə şişir. Ancaq eyni birjalarda Hindistan, Sinqapur və Yaponiyadan olan alıcılar hələ də kubmetr, gigakalori və istilik vahidi uğrunda mübarizə aparırlar.

Məhz bu səbəbdən Avropada min kubmetrə düşən orta qiymət 320 dollar olduğu halda, gözə və istehlakçının pul kisəsinə xoş gəldikdə, Asiya-Sakit Okean bölgəsində isə 700 dollara satılıb.

Bu gün Amerika nəşrləri bildiriblər ki, Avropada olduğu kimi ölkənin yeraltı anbarları da ötən illə müqayisədə tam doldurulmayıb, generasiya qiymətləri isə səmaya raket kimi uçur, bu da artıq əhalinin elektrik enerjisi ödənişlərinin kəskin artmasına səbəb olacaq.

Əslində, daxili problemləri həll edən və Asiyada öz payını saxlamağa davam edən Vaşinqton Avropa bazarını ələ keçirmək üçün "Qazprom"a kart-blanş verir. Sözlə deyil, hərəkətlə təsdiqlənir ki, təkcə enerji təhlükəsizliyinə və AB sənayesinin bərpasına zəmanət verə biləcək boru kəməri təchizatına alternativ yoxdur.

Amerika Birləşmiş Ştatları dörd il ərzində bütün gücüylə Avropaya təsir edən məhşur qaz qollarını Rusiyanın əlindən almağa çalışıb, ancaq o, qırmızı hədiyyə lenti ilə bağlanmış kimi finalda təntənəli şəkildə geri qaytarılıb.

 

Şərh yaz


Məxfi kod
Yenilə