Şənbə, 28 Avqust 2021 13:00

İŞİD-in Əfqanıstanda fəallaşması təhlükəli vəziyyət yaradıb Taliban İŞİD-çilərin öhdəsindən gələ biləcəkmi?-TƏHLİL

 İŞİD-in Əfqanıstanda fəallaşması təhlükəli vəziyyət yaradıb Taliban İŞİD-çilərin öhdəsindən gələ biləcəkmi?-TƏHLİL

Əfqanıstanın paytaxtı Kabildə hava limanında törədilən partlayış nəticəsində ölənlərin sayı 200-ə çatıb. Terraktdan sonra bütün diqqətlər İŞİD-in xortlamasına yönəlib.

İŞİD terrorçularının Əfqanıstanda törətdiyi terror aktları əslində bir neçə sual ortaya qoyub. Terrorçular bu hücumla nə əldə etmək istəyir? ABŞ hərbçinin ölkədən çıxmasını və ya əksinə, qalmasını? Və ya Taliban hərəkatının hakimiyyəti ələ almasının qarşısını almağı?  

Rusiya Araşdırmaları İnstitutunun yadığı sənəddə qeyd olunur ki, Taliban İŞİD və "Əl-Qaidə" kimi terror qruplaşmalarının üzvlərinin ölkədə qalmasına və təbliğatının aparmasına qadağa qoyub. Taliblərin təhlükəni əvvəldən hiss edərək belə bir bəyanat verməsi və terrorçulara qarşı mövqe sərgiləməsi Əfqanıstanda mövcud vəziyyətin acınacaqlı olmasından xəbər verir.   

Xatırladaq ki, Müqavimət Mehvəri və İran İslam Respublikasının İŞİD-ə qarşı qətiyyətli mövqeyi və müdaxiləsi bu terror qruplaşmasını həm İraq, həm də Suriyadan didərgin salmış və terrorçular ABŞ-ın köməyi ilə Əfqanıstana qaçaraq orada gizlənmişdilər.   

Bu arada Talibanın daxilində İŞİD ideologiyası ilə müxalif və həmfikir olanlar mövcud olsa da bütövlükdə taliblər bu günə kimi terror qruplaşmasına qarşı möve nümayiş etdirirlər. Əfqanıstanın paytaxtında törədilən 6 partlayış və yüzlərlə insanın öldürülməsi də İŞİD-çilərin taliblərlə yola getməməsinin bariz nümunəsidir.

B arada indiyədək Yaxın Şərqdə İŞİD-ə müxtəlif cinayətlər və qətimalar törətmək sifarişi verənlər hazırda Əfqanıstnda qarışıqlıq və xaosun mövcud olmasında maraqlıdır. Bundan əlavə, Talibanın Əfqanıstanda hakimiyyəti ələ almasından sonra verdiyi qərarlar da təsirsiz ötüşmür. Misal üçün taliblərin Əfqanıstanda şiə əqidəsində olan vətəndaşların Məhərrəmlik məclislərinin keçirilməsinə dəstək verməsi və Aşura məclisləri zamanı təhlükəsizliyi təmin etməsi Talibanın hədəfə çevrilməsinə əsas səbələrdən biri ola bilər. Digər tərəfdən Talibanın Türkiyə, Çin, Rusiya və İranla dostluq münasibətləri quracağını bəyan etməsi İŞİD-çiləri Əfqanıstanda qarşılıqlıq yaratmaq üçün hərəkətə gətirib.

Görünən budur ki, İŞİD terrorçuları Əfqanıstanda törətdikləri və planlaşdırdıqları hücumlarla ABŞ-ın ölkədə qalmasına zəmin yaradır.

Şərh yaz


Məxfi kod
Yenilə