TƏBRİZ 2018

TƏBRİZ 2018 (10)

Təbrizin 2018-ci ildə islam dünyasının turizm paytaxtı seçilməsi ilə bağlı tədbirlərə İran prezidenti Həsən Ruhaninin iştirakı ilə start verilib.

İRNA-nin  məlumatına görə, tədbirdə İran rəsmi şəxsləri və 20 ölkədən nümayəndələr iştirak edib.  

Tədbirin rəsmi açılışı ilə Təbriz şəhərində 2018-ci il üçün turizm sahəsində xüsusi güzəştlərin tətbiqinə başlanıb. Belə ki, hotellərdə, xalça dükanlarında, ayaqqabı və dəri məmulatları mağazalarında xüsusi güzəştlər tətbiq olunur, ənənəvi yeməklər verilir,  muzey və tarixi abidələrin ziyarəti pulsuz təşkil olunur.  

Təbrizdə müxtəlif tayfaların iştirakı ilə əl işləri sənayesi sərgisi də təşkil ediləcək.

Qeyd edək ki, “Təbriz-2018” tədbirləri çərçivəsində il ərzində bu şəhərdə xidmət sektoru 24 saat fəaliyyət göstərəcək.

Şərqi Azərbaycan Ostanının icra başçısı deyib: İki aydan sonra Təbriz-2018 beynəlxalq tədbirlərinə rəsmən start verilməsi Şərqi Arzərbaycan ostanının inkişafı üçün əlverişli fürsətdir.

İRİB-in verdiyi məlumata görə, Məcid Xudabəxş dünən Şərqi Azərbaycan ostanının layihə və inkişaf şurasının iclasında deyib: Bütün dövlət orqanlarının rəhbərləri ostanın inkişafı üçün Təbriz-2018 beynəlxalq tədbirlərin yaratdığı tarixi fürsətdən faydalanmalıdırlar. 

Öncə İİR islami mədəniyyət və irşad naziri Abbas Salihi demişdi ki, Azərbaycanın ən əsas üstün cəhətləri onun mədəniyyəti, karifey simaları, sənəti , ədəbiyyatı və dini ptensialından ibarət olaraq İranın inkişafına öz töhfəsini verə bilər. 

Təbriz 2018-ci ildə müsəlman ölkələrin turizm paytaxtı seçilib. Təbriz təbii, tarixi cazibədarlığa malik olaraq əl işləri sənayesi və zəngin musiqi ilə tanınır.

Kənduvan Təbrizin 62 Km-də və üsgunun 18 Km-də , soltan dağının yam- yaşıl ətəklərində yerləşir.

Xass memarlıq uslubu ilə ,daşların ortasında tikilmiş evlərilə Kənduvan kəndi xüsusi gözəllik və ehtişama malik olmuşdur.

Dünyada 3 qayalıq kənddən biri olan Kənduvan misili az görünən cazibəyə malikdir.

Kənduvan kəndinin memarlığı və insan həyatının hələdə kəndin əski strukturunda davam  etməsi dünyada müstəsna sayılmaqdadır, beləki dünyanın başqa iki qayalıq kəndində (Türkiyədə Kapadukiyə və Amerikada Dakota) da kimsə yaşamır.

Bütünlüklə daşdan olan Kənduvan kəndinin evləri piramidal formadadır,Mal – Davar üçündə qayaların içində məkan yaradılmışdır.

Kənduvandakı mineral su çeşməsi bu 6000 illik  kəndin cazibələrindən sayılmaqdadır.

Bu çeşmənin suyu böyrək xəstəliklərinin müalicəsində böyük effekt verir.

Məşhur İngilis arxeoloq Deyvid Rul İrana səfərində Kənduvan kəndi barədə tədqiqatdan sonra , bu kəndin qədimliyini" mağaralarda yaşayan insanların bir yaşamaları və insanların toplum olaraq yaşamaları"barədə nəzəriyyəsinə sənədlərdən biri kimi göstərmişdir.

Kənduvan kəndində dağların ortasında gözəl bir hotel də vardır ki dünyada misilsiz olaraq Midianlar dövründə İranlı mühəndislərin məharətinə və ustalığına başqa bir sənəd kimidir.

Müzəffəriyyə məktəbi(Təbrizin darülfünun məktəbi)

Bu məktəb müzəffərəddin Mirzanın vəliəhdlik dövründə Tehrandakı Darülfünun məktəbi usulunda təsis oldu. Bu Azərbaycanda birinci İranda isə ikinci ali məktəb olmuşdur.

Hər il 50-70 nəfər tələbə qəbul edirdi ki, onların bəzisi pulsuz təhsil alırdı. Bu məktəbin Azərbaycan ziyalılarından bir nəslin yetişdirilməsində böyük payı olmuşdur. Beləki, bu məktəbin məzunları ölkədə mühüm vəzifələrə təyin edilmişdir. O dönəmdə məşhur həkimlərdən çoxu həmin məktəbdə təhsil almışdır. Təbrizin Darülfünun məktəbində Tibb, Coğrafii , Matimatika elmləri , hərbi elmlər, Nəstəliq xətti, Quran və xarici dillər tədris olunurdu.  

BEYLANKI qəbristanlığı

Təbrizin "Məqbərətül-Kübrası" kimi məşhur olan Beylankı qəbristanlığı həmin adla tanınan məhlədə yerləşib,Əxi Sədəddin,Kamaləddin Məsud Xocavəndi və Kamaləddin Behzad kimi böyük şəxslərin məzarı həmin qəbristanlıqda yerləşir.

Urarturlar dövrünə aid olan bu kitabə Sarab-Ərdəbil caddəsinin 25 km-dəSavalanın cənub ətəklərində ,Nəstban kəndinin yaxınlığında , uzunluğu 4.5 m, eni 2.10 və boyu 2.60 m olan bir qaya üzərində yerləşmişdir.

13 sətirdən ibarət olan bu daş kitabəsinin bəzi hissələri məhv olmuş,aydın deyil.Kitabənin oxunabilinən hissələrinin tərcüməsi belədir:"Xalidin hövli-qüvvəsilə ,Arqişti Rusahini deyer,Mən yurdları fəth etdim,Mona çayının sahilinə qədər gedib,oradan geri döndüm.Mən Girdo,Gitohani,Tavişdo şəhərlərinin və şşş şəhərini fəth edib,oralardan bac aldım.Arqişti deyir,kimsə ki bu kitabəni xarab edərsə...".

Kitabənin aşağı tərəfində sayı 100-dən çox olan böyük daşlar şaquli formada yerə taxılmışdır,onların ən böyüyünün 4.m uzuluğu vardır.

Aynalı kəleybər şəhərinin Xudafərin bölgəsində yerləşir,Ərəsbaranın ən bikr qalmış meşəlik bölgəsidir.

Aynalı bölgəsinin özünə məxsus özəlliyi ilin bir çox günlərində bölgə havasının çənli olmasıdır,bu üzdən də yağmur az olsa da bölgədə qalın meşələr mövcud olmuşdur.

Aynalı kəndinin adı Qacarlaq dövrünün məşhur taciri Tumasiyanın bu kənddə tikdirdiyi binadan almışdır.Həmin binanın tavanı metaldan olduğu üçün ışığı qaytarıb,ayna kimi görünürdü,lakin hazırda bu binanın yalnız divarları qalmışdır.

Keçmiş illərdə bu bölgə bikr təbiətindən əlavə dəmir,ağ gil(zlğ) mədənlərinin həm də əhalının zəli tutduğu bataqliqların mövcud olmasına görə məşhur olmuşdur.

Yaxın keçmişdə Təbriz və yam-yaşıl gözəl bağları hamının diləzbəridi, necəki bu şəhər Bağşəhəri  ləqəbini almış, hamı bu şəhərin yaşıllıqlarını görüb təravətli havasından şirin meyvələrindən faydalanmağı arzu edirdi.

 Urbanizasiyanın genişlənməsi və qaydasız köçmələrin ardınca bağdarlar mənfəət əldə etmək üçün bağlarını satdılar, bununlada tədriclə yaşıl – gözəl ağacların yerində hündür mərtəbəli binalar tikilmişdir.

Bu gün artıq o ürək açan geniş bağlardan əsər qalmamış və Təbrizlilər isə o mülayim havadan nəsibsiz olmuşdur.

Xoşbəxtlik yeri vardır ki; şəhər idarəçiliyi orqanlarının xüsusilə parklar təşkilatının səyilə Təbrizdə yaşıllıqların artırılması məsələsi diqqət mərkəzində durmuş, onun nəticəsində isə 1392-2012 də adam başına yaşıllıq sahəsi 15 olmuşdur, hal buki təqribən 8 il bundan əvvəl bu rəqəm 8 idi.

Şəhər bələdiyyə idarəsinin "Parklar və yaşıllıqlar " təşkilatı şəhərin müxtəlif məntəqələrində parklar açmaqla əhalinin yaşıllıqlar ehtiyacının bir qismini təmin etməyə müvəffəq olmuşdur.

Iri miqyasda Eynalı yüksəkliklərində meşə arenasını yaratmaq, Abbas Mirza adına 2000 hektarlıq və 230 hektarlıq "El bağı" ( Şah gölünün 2 – ci fazası) parkının təsis edilməsi əhalinin ehtiyaclarını ödəməkdən əlavə rifah və əyləncə imkanları baxımından isə əhalinin və müsafirlərin diqqətini çəkmişdir.

Xələtpuşan təpələrində 20 hektar məsahəsində ağac əkmək, Şəhid Kəsai adına magistralın haşiyəsindəki yaşıllıqların genişləndirilməsi, "Pasdaran" magistralının haşiyəsində ağac əkilməsi , "Mehranərud" çayının haşiyəsində 10 km boyu istiqamətində yaşıllıq yaratmaq , "Erəm " meşə parkının yaşıllıq sahəsinin genişləndirilməsi (120 hektar məsahədə ) və El bağının 100 hektarlıq ərazisində ağac əkilməsi, böyük bir layihənin tərkib hissəsidir. Həmin layihəyə görə Təbrizdə və şəhərin ətrafında 30 km radiusunda 5 milion ağac əkiləcəyi nəzərdə tutulur. Bununlada Təbrizin əlverişli ərazilərinin 500 hektarı yaxın gələcəkdə yam – yaşıl meşələrə çevriləcəkdir.

 

 

Təbrizin havası

 

Təbriz şəhərini İranın başqa şəhərlərilə müqayisədə üstün edən bariz özəlliklərindən biri bu şəhərə xass olan abi – hava şəraitidir, bu şərait isə bir çox vaxtlar şəhərdə əsməkdə olan yel – küləkdən təsirlənir.

Təbrizin havasında daima mövcud olan şaxta isə qitələrlə bağlı prosseslərlə deyil, yerli yellərlə əlaqədardır.

Mütaliyələrə görə gecə - gündüz saatlarının %84 – dan çoxunda bu şəhərdə mülayim – sərin külək əsir.

Təbrizin havası xüsusi atmosfer şəraitindən və soyuq ab – havalı dağlıq məntəqədən (Səhənd) nisbətən mülayim yayla səmtinə doğru əsən küləklərdən təsirlənir.

Bir çox vaxtlar uzun müddət davam edən bu külək şəhərin bir çox məntəqəsində ürəkləri oxşayan şərait yaradır. Bu şəhər əhalısı arasında "Meh yeli" kimi məşhurdur.

İlin soyuq fəsillərində (qış və yay) bu yelin əsməsi Səhənd yüksəkliklərindəki soyuq havanın Təbriz şəhərinə yayılmasına, bunun nəticəsi olaraq qış şaxtasının vaxtından tez başlanmasına səbəb olur. Bu üzdəndir ki; Təbrizdə qış tez başlanır, ama gec bitir.

İşarət etdiyim kimi Təbriz şəhərində əsən sərin və ürəyi oxşayan küləklərin qaynağı Səhənd yüksəkliklərilə ətrafındakı çollərin arasında tempraturun ixtilafından törənən hava cərəyanıdır.

Bu küləklər ya hava cərəyanı başda iki hava dəhlizi vasitəsilə Təbrizə doğru axıb, şəhərin yaxınlığında biribirinə qovuşaraq sərin və nisbətən şehli külək yaradaraq yay fəsilin isti aylarında havanın lətafəti və mülayimliyini təmin edirlər.

Təbrizin İranın şimal – qərb yüksəklikləri və dağları arasında qərarlaşdığının necəliyinə diqqət etdikdə, şəhərin əsas hissəsinin dərə formasında olan bir çöldə yerləşdiyi müşahidə olunur, necə ki " Eynalı " dağı onun şimalında " Qazan dağı " isə cənubda yerləşir.

Şərqdən qərbə doğru getdikcə bu çölün eni artır və sonunda isə Urmiya gölünün haşiyəsindəki yaylalarla tamamlanır.

Təbriz şəhərinin bu kimi coğrafi vəziyyəti onun fərqli abi – hava vəziyyətinin, xüsusən də hava cərəyanının formalaşmasında böyük təsirə malikdir.

Səhənd yüksəkliklərindən təbrizə doğru axın edən küləklər şəhərə çatdıqdan bilafasilə sonra göstərdiyimiz 2 təbii arizə arasında kanalizə edilib . əsməsı gücü artır.Çölün eninin artması səbəbilə şəhərin qərbinə doğru hərəkət edərkən bu küləyin gücü bir qədər azalır.

Bu şərait şəhərdə insani fəaliyyətlərdən törənmiş bulanıqların, hava çirklənmələrinin külək vasitəsilə gözə çarpacaq dərəcədə təmizlənməsinə şəhərdə təmiz havanın cərəyan etməsinə imkan yaradır, necəki şəhərin şərq hissələrində külək gücünün cox olması səbəbilə Təbrizin şərqi məntəqələrində hava daha təmizdir.

Səhənd dağlarından qaynaqlanan təzə - təmiz və sərin hava Təbriz əhalısının bəhrələndiyi ilahi nemətdir.

Təbrizdə əsən yellər – küləklər haqqında əhalı arasında belə bir fikir mövcuddur ki "Meh yeli" əsəndə arılar həvəsə gəlib . pətəklərı balla doldurur.

Azərbaycanın şərqində fəaliyyət göstərən əkinçilər və bağdarlar belə inanır ki, "Meh yeli" əsəndə ağaclara və bitgilərə elə bir təravət və təzəlik bəxş edir ki sanki bağların və tarlaların yarısını suvarıblar.

Təbriz şəhərində mahiyyət və qaynaq baxımından şərqi küləklərlə fərqlənən başqa iki külək də əsir: onlardan biri Aralıq dənizindən qaynaqlanıb – Türkiyədən keçərək Azərbaycana çatan qərbi külək dir.

Regiondan xaric küləklər növündən olan bu külək iri miqyaslı atmosfer sistemləri Azərbaycan məntəqəsindən ötərkən, Təbrizdə nisbətən güclü küləklərə səbəb olur.

Bunlar daha çox qərb və cənub – qərb səmtindən Təbrizi təsirləndirir. Bu küləklər əsərkən bu bölgələrdə şehli və nisbətən yaxşı hava yayılıb və normalda yağmur ya qar, yağış ilə müşayiət edilir, əlbəttə bəzi vaxtlar isə bu küləklər yaxın şərq məntəqəsinə aid toz zərrəciklərini də Təbriz şəhərində yayır.

Təbrizin yerli küləklərilə (şərqi küləklər) müqayisədə qərb küləkləri Təbrizdə çox az müşahidə olunsada bunların əsmə gücü  daha çox olur.

Təbrizdə əsən regiondan kənar küləklərdən başqa biri " Ağ yel " adını almış külək dir , bu isti və normalda quru dur, yaz fəsilinin axırlarında, yay fəsilinin əsnasında bu şəhərdə əsir.

" Ağ yel " bölgədə rütubəti tamamı ilə qurudur, dağların qarını sürətlə əridir.

El arasında " Ağ yel   atası xeyrinə əsməz " sözü məşhurdur.

İsti " Ağ yel " Azərbaycanın şərq bölgələrində , Xalxal, Miyana və Qaradağ məntəqələrində "Gərmiş" ya "Gərpiç" adı ilə də tanınır. Bu küləyin mənşəyi ilin isti fəsillərində müəyyən şəraitdə Azərbaycan məntəqəsini təsirləndirən İranın mərkəzi məntəqəsindəki çöllük məntəqələrdir.

Əlbəttə xatırlatmaq gərəkir ki; bu külək Təbriz şəhəri məkanına çatmadan əvvəl İranın şimal – qərb dağlıq bölgələrindən keçərkən rütubətlənib, bir qədər sərinləşir.

" Ağ yel " bəzən Fərvərdin ayında (Mart) Təbrizdə əsir, bu zaman ona əhali " Bayram yeli " deyir.Bu küləyin əsməsi şəhərdə tədrici olaraq bahar abi – havasının hakim olmasının göstəricisi olub, tempraturun gözə çarpacaq dərəcədə artmasına səbəb olar.

Təbrizin sinoptika stansiyasında toplanmış informasiyaların araşdırılması bu bölümdə deyilənlərin Təbrizə hakim olan iqlim şəraitilə mükəmməl şəkildə uyğun olduğunu göstərmişdir.( şəkil)

 

 

 

 

 

 

Şəkildə göründüyü kimi Təbriz şəhərində əsən küləklər biri- birinə zidd olan istiqamətlərdən əsir. Biri şərq və şimal – şərq tərəfindən başqası isə qərb və cənub – qərb tərəfindən, Ancaq burada bu fərq görünür ki Təbrizdə şərq küləyi qərb küləyindən daha çox əsir.

Təbrizin yerli küləklərindən olan şərqi küləklər Səhənd dağından axır, qərb küləkləri isə Aralıq dənizi səmtindən gələn regiondan kənar küləklər dirlər.

Təbriz şəhərində təqribən daimi olaraq külək əsməsi bu şəhərin qonşu şəhərlərlə daha sərin hiss olunmasına səbəb olmuşdur.

Misal olaraq gərçi Urmiya şəhəri illik tempraturun orta həddi baxımından Təbriz ilə müqayisədə 1 dərəcə soyuq olsada, dillərdə məşhur olan Təbriz havasının sərinliyidir.

Küləklərin əsməsi bu şəhərin asayiş randumanına təsir edərək, rahatlıq və fərahlıq hiss edilməsi baxımından mükəmməl şəkildə əlverişli – sanballı mühit yaratmışdır.

Cümə, 12 Yanvar 2018 20:24

Şərqi Azərbaycannın Coğrafiyası

Yazan

İranın Şimal- Qərb məntəqəsində yerləşmiş şərqi Azərbaycan vilayəti ölkənin əhəmmiyyətli, abad və çox nufuslu vilayətlərindəndir.

Coğrafi Status baxımından 88.45490 kvm sahəilə ölkə sahəsinin 2.81% şərqi Azərbaycan vilayətinə aiddir. Hal-hazırda vüsət baxımından ölkə vilayətləri sırasında şərqi Azərbaycan 10-cu yerdə durur.xüsusi coğrafi mövqeiyyəti və şərayitnə görə Azərbaycan ölkənin həssas və mühüm məntəqələrindəndir. Bu əhəmmiyyət, həmdə geniş vüsət səbəbilə ortaq coğrafi, mədəni və tarixi şərayitə malik olmasına rəğmən 3, "şərqi Azərbaycan ",  Qərbi Azərbaycan" və "Ərdəbil" vilayətlərinə bölünmüşdür.

Şərqi Azərbaycan vilayətinin geopolitik və geoekonomik əhəmmiyyəti insanın ticarət və bizines ilə tanış olduğu zamandan ortada olmuşdur. Ipəkyolu zamanından indiyə qədər bu məntəqə uzaq şərqlə Avrupa arasında əlaqə mehvəri olmuşdur.

Təbii mövqeiyyət baxımından bu vilayət ölkə Şimal-qərbinin bucağında "Əlborz" sıra dağların qovşağında yerləşir.

Su sahələri baxımından Araz, Ağçay ,Qızılüzən və Urmiya gölü bu vilayətin su sahələrini təşkil edir. Vilayətin ən çox məsahəsi Urmiyə gölü su sahəsi məhdudəsində yerləşir.

Şərqi  Azərbaycan viliayəti əsasən dağlıq bir məntəqədir. Sahəsinin təqribən 40% dağlıqlar 28.2 % təpələr, 31.08% isə düzəngahlar(dağlar arası çöllər və yaylalar) təşkil edir.

Məntəqənin ən məşhur dağlarından şərqdə "Savalan" Qərb və cənub qərbdə "Səhənd", Şimalda "Qaradağ" sıradağı, Cənubda "Təxti süleyman" dağları, Cənub-Şərqdə Bozquş ucalıqları və Şimal- Şərq səmtində isə "Qoşa dağ"-ın adın çəkmək olar.

Təbiətin müxtəlifliyi üzündən Şərqi Azərbaycanın təbii ekologiya strukturu çox saylı şərayitdən nəticələnir və onun yaranmasında geologiya şərayiti, topraq, İqlim şərayiti təkamul gedişi və S..... kimi amillər onun yaranmasında təsir buraxıb.

Təbii və geologiya şəryitinin əlverişli olması üzündən məntəqə müxtəlif bitkilərin və heyvanların yaşamasına sanballı şərait yaradıb.

Bu arada Ərəsbaran məntəqəsi özünə məxsus xüsusiyyətlərilə elementlərin kolleksiyası kimi sayılmaqdadır.

Bu məntəqədə çeşidli bitgilərdən əlavə ən ümdə məməli heyvanlar və quşlarda yaşayır: Maral, Şuka, Pələng, Qəhveyi Ayı, Vəhşi Keçi (dağ keçisi) Qərə qulaq, Vəhşi Pişik, həmçinin qoruq edilmiş quşlar sırasından Qara Xoruz, Qərqavul, Turac, Tərlan və s... o cümlədəndir.

Şərqi Azərbaycan vilayətində 2500 növ bitki və 346 növ heyvan mövcuddur.

Nəsli təhlükədə olan heyvanların qorunması üçün lazimi mühafizə tədbirləri görülmüşdür.

Şərqi Azərbaycanın iqlimi və ab-havası ümumiyyətlə soyuq və qurudur. Buna rəğmən topoqrafik çeşidlilik səbəbilə ayrı- ayrı iqlim şəraitinə malikdir.

Şərqi Azərbaycan vilayəti  daima şimaldan Siberdən əsən soyuq yellər, Qaradəniz, Aralıq dənizi, Atlantik okeanı səmtindən əsən rütubətli yellərə məruz qalmışdır. Həmçinin yerli yellərdə vilayətin təbii şəraitindən təsirlənərək hündür dağların , Urmiya gölü və Xəzər dənizi səmtindən çöllər və yaylalara doğru əsir.

Şərqi Azərbaycan vilayətində əsən yellər qısaca, bunlardan ibarətdir:

Şərqi yellər: bunlara əhali "Meh yeli" deyir. Şərqi yel ilin bütün fəsillərində vilayətin şərq tərəfindən əsməkdədir. Isti fəsillərdə yağış və soyuq fəsillərdə qar yağdıran şərq yeli soyuq və rütubətli yeldir.

Qərbi yellər:

əhalinin ağ yel ya Gərmic kimi adlandırdığı Qərbi yel Şərqi yelin əksinə məntəqənin qərbindən əsib, yerin qurumasında təsir edir. Bu yelin ardınca yağışlı buludların hərəkəti başlanıb, yağmurla nəticələnir.

Yerli yellər:

Şərqi Azərbaycanın müxtəlif məntəqələrində təbii şərait ayrı-ayrı xüsusiyyətləri olan yerli yellərin əsməsinə səbəb olub. Bunlar aşagıdakılardır:

Marağa yeli-Həştəri yeli-Məlikanın on günlük yeli , Əhərdə və Təbrizdə əsən Vədə yeli Sarabın Qara yeli və səhənddə əsən Keçiqıran yeli.

Xəzər sahillərindən sonra Azərbaycan məntəqəsi İranın ən rütubətli məntəqələrindəndir. Bu üzdəndə bu məntəqədə bitkisiz yerlər çox az görünür. Vilayətin Əcəbşir və Binab məntəqələrinin qərbində nisbətən düzəngahlı və susuz ot-ələfsiz bir məntəqə yerləşir. Oralarda şor yerlərə aid bitkilər bitir.

Azərbaycanda hündür dağlıq məntəqələri havaların sərinliyinə səbəb olsada. Bu dağların çoxu o cümlədən Bozquş-eynalı- Mişo dağlarında bitki örtüyü çox azdır.

Azərbaycanın bir çox məntəqəsində "Şirin bəyan" və "Acı bəyan" deylən dərman kimi istifadə edilən bitkilər əmələ gəlir.

Azərbaycanda çox məşhur olan "Üzərlik" bitkisidə alçaq məntəqələrdə və kəndlərin ətrafında bitir.

Həmçinin Mhaur gülü, Nanə ailəsindən olan bitkilər. Gəvən və bu kimi bitkilərdə Şərqi Azərbaycanın ayrı- ayrı məntəqələrində əmlə gəlir.

Şərqi Azərbaycan yağıntı həcmi baxımından Xəzər nahiyələrində sonraki yerdə olsada bu məntəqədə havanın çox soyuq olması xüsusilə Qışda Qarın çox yağması üzündən bu məntəqədki, meşələr bir o qədər sıx və geniş deyil.

Şərqi Azərbaycanın meşələrindən biri Ərəsbaran meşələridir. əslində bu meşə Xəzər sahilindəki. Meşələrin ardı kimi sayılır.

Bu meşənin ağaclarının çoxu şimal ağacları növündəndir. Burada ağacların ümdəsi "Adi Gürgen" və ikinci dərəcədə "Palıd"dır.

Burada başqa ağac növlər də vardır, o sıradandır: Vən, Qayı ağacı, Fındıq, Söyüd, Albalı, qoz, Əncir, Yemişan, Alma, zuğal, Qarağac, Qaratikan, QaraĞacyarpaq, Paqquşqunmaz, Berberis, Böyürtkan və s...

Şərqi Azərbaycanda ölkədə mşhur olan otlaqlar vardır, bu üzdəndə mal-davar saxlamaq, əlverişlidir.

Sarab:

Sarab məntəqəsi Savalan və Bozquş dağlarının fasiləsində yerləşir həmin dağlar Sarabın Cənubunda Sarabla Miyananın arsında yerləşir.

Sarab və həndəvəri İnək saxlmaq üçün əlverişlidir.

Miyana:

Miyana yaylası dəniz səviyyəsindən təqribən 1700 m ucalıqda yerləşir, Abi-havası bir az istidir. ətrafındakı otlaqlar, Qışlaqdır.

Ərəsbaran:

Bu məntəqədə həm yaylaq və həm qışlaq otlaqlar vardır.

Mərənd:

Mərənd məntəqəsində düzəngahlı otlaq nadir haldadır. Otlaqların çoxu dağlıqdır, onlardan ən məşhuru Mərəndin 30 kilometr şimal şərqində yerləşmiş" Sultan Səncər" otlaqıdır.

Təbriz:

Təbriz məntəqəsi geniş vüsəti üzündən xüsusilə Səhənd dağına görə əhəmmiyyətli otlaqlara malikdir.

Həştəri

Həştəri Azərbaycanda taxılın əmələ gəldiyi mühüm məntəqəsidir burada, susuz (dem)əkini vardır.

Şərqi Azərbaycan vilayətində əmlə gələn dərman bitkiləri:

Şərqi Azərbaycan vilayətinin "Kənd təsərrüfatı idarəsi" (cəhadi- Kşavərzi) idarəsi tərəfindən verilən Statiska və hesabata görə ölkədə dərman bitkilərinin 25% - Şərqi Azərbaycan vilayətində əmlə gəlir, istifadə olunan 90 növ dərman bitkilərindən 53 növü Şərqi Azərbaycanda mövcuddur. Burada 256 hektar əkin sahəsində dərman bitkiləri əkilir. Burada istehsal edilən dərman bitkiləri həcmi 2490 tondan çoxdur. Şərqi Azərbaycan vilayətində istehsal edilən dərman bitkilərindən bir nömunəsi " qızıl gül"dür.

Vilayətin 19 şəhərində 1300 hektar əkin sahəsi Qızıl gülün əkininə həsr edilib ki ildə 3321 ton məhsul verir.

Qızıl gülün yağı Avrupa bazarında yaxşı tələbatla üzbəüz olub, bu səbəbdəndə böyük ticarət potensiyalı sayılır.

Vilayətdə əmələ gələn başqa dərman bitkilərinə aşğadkılar daxildir:

Kəklik otu. Yarpız, İdə, Dövşan topu, Quş üzümü, Gövzəban gülü, Qaraqınıq, Gicitkən, Kasni, İtburnu, Mərzə, Yunan lavandası və s...

Şərqi AZərbaycan vilayətinin dağları

Azərbaycanda yerləşən İran Şimal -Qərb sıradağları Qafqaz sıradağlarının davamıdır. Bu dağlar dərin dərələr vasitəsilə biri-birindən ayrılır.

Bu dağlar Şimal-Qərb , Cənub-Şərqə uzanan neçə sıradağdan ibarətdir. əsas sıralardan ayrılan çox sayılı qollar dağlıq dərələri və bağlı gölləri təşkil edirki, onlardan biri Urmiya gölüdür.

Başqa hissələr isə kiçik və böyük yaylaları təşkil ediblər.

Şərqi Azərbaycan dağları bunlardır:

Mişo və Moro dağları: bu dağlar Ərdəbil vilayətində yerləşmiş Qaradağ ucalıqlarının davamında , Mərəndin Cənub və Cənub Qərbində və Urmiya gölünün şimalında Şərq və Qərb istiqamətində yerləşib. Maksimum hündürlüyü "Ələmdar" məntəqəsində 3155 mertirdir.

Məşhur Yam gədiyi bu dağların Şimal-Şərq ətəklərində Təbriz-Mərənd yolunun üstündə yerləşir. Bura yay fəslində siyahət üçün və qış fəslində isə qarla dolu olaraq qış idmanları üçün əlverişlidir.

Bu dağlar Sofiyan məntəqəsində Moro dağına qovuşur. Onun ən uca nöqtəsi dəniz səviyyəsindən 2210 m dir.

Bozquş

Hündürlüyü 3302 m olan Bozquş dağları Savalanın cənubunda yerləşib. 48  km uzunluqla Urmiya gölünün yaxınlığına qədər çəkilib, Səhənd zirvəsində bitir.

On-ibn-Əli(Eynalı dağı) zahirən tək görünən bu dağ əslində Bozquş dağlarının davamıdır. Bu dağ Təbrizin şimalında yerləşir. Hündürlüyü 1800m dir, on-ibn-Əlinin məzarının burada yerləşdiyi üçün bu adla məşhur olmuşdur.

Səhənd (Qoç gölü dağı)

Səhənd dağı Azərbaycanın ortasında, Təbrizin 43 kilometr cənubunda yerləşib. Uzunluğu təqribən 75 kilometrdir və Qızıl üzən çayının qolları ondan nəşət alır. Səhənd biri- birinin istiqamətndə olan 3 zirvədən ibarətdir., onun ən uca Səhəndin mərkəzi zirvəsi 3710 m dir.

Volkandan nəticələnən daxili amillər Səhəndin yaxınlığında isti Mineral çeşmələrin tapılmasına səbəb olmuşdur. Səhndin ətəkləri təbii otlaqlıqlar, gül- Reyhan və Lalə güllərilə örtülüb, göçərilər və elat üçün əlverişli mühit olmuşdur.

Qaflan dağı

Bu dağ Miyananın Cənub və Cənub Şərqində yerləşir. Dağ Miyannın Cənunbunda Qızıl üzən çayı vastəsilə iki qola bölünüb.

Şüsə və dəmir yollarını salmaq məqsədilə bu dağda bir çox tonellər qazılmışdır. Tonellərin ən uzunu Açaçı kəndinin yaxınlığında yerləşir və uzunluğu 1100 metr dir.

Şərqi Azərbaycan vilayətinin Mağaralar:

Gövərçin(hampi il) mağarası

150-200 milyon qədimliyi olan bu mağara gözəl mənzərəli dağlıq məntəqədə Marağanın 8 kilometr cənub –şərqində güşayiş kəndindinin yaxınlığında yerləşib. Mağranın girişində tavanı gövərçinlərin yuvalarından təşkil edilmiş böyük bir meydan var. Sol tərəfdə yerləşən alçaq bir tuneldən sonra nisbətən böyük bir meydan görünür. Bu meydanda 10- 12 metr dərinliyi olan 4 quyu vardır. Bu quyuların hamısı yerin dəriniklərində  böyük bir meydana qovuşullar. Bu böyük meydan böyük otaqlar və nəhayət dar tonellərə çatır. Otaqların tavanında yüzlərlə Yarasa asılı halda görünür.

Mağarada bir çox gövərçin olduğu üzündən bu mağaraya Gövərçin mağarası adı verilib.  Bu mağaranın girişində üzərində Rusca sözlər yazılmış kitabə vardır. Kitabədə 1945 tarixi həkk olunub.

Qədəmgah  mağarası

Mağara dayirəvi şəkildə , diyametri 15 metrdir. Burada 9 metr uzunluğunda bir dalan var, eni 1.5 metr və boyu 2.5 metrdir. Bura uzunluğu 4.5 metr eni 3.2 metr, boyu 2.5 -4 metr olan bir dəhlizə qovuşur.

"Ağ bulaq " mağarası

Bu mağara Təbrizin yaxınlığında yerləşmiş qaraçimən kəndinin cənub bölgəsində yerləşib və Stlaktit növündəndir.

Iskəndər mağarası

Iskəndər mağarası Təbrizdən 30 kilometr aralı Səyid abad kəndində yerləşib. Təbriz-Tehran Tranzit yolu təriqilə bu mağaraya getmək mümkündür. Mağaranın giriş yolunun eni təqribən 5m,içəri divarları isə maraqlı Stlaktitlərə malikdir.

Düğücan mağarası

Stlaktit mağaralar növündən olan bu mağara Mərənd Şəhərinin şərqində yerləşir.

Şərqi Azərbaycan vilayətinin düzənlikləri Azərbaycan dağlıq bölgə olsada, az vüsətli məntəqələrdə nisbətən düzənlik ərazilərdə vardır. Çoxu çöküntüdən təşkil olan bu ərazi əkinçiliyə olduqca əlverişlidir. Ərazilərin çoxu dağlarla mühasirə edilib.

Vilayətin yaylaları,

Təbriz yalası, Mərənd yaylası və Sarab yaylasından ibarətdir.

şərqi Azərbaycan vilayətində çaylar  

şərqi Azərbaycan vilayəti su qaynaları və ehtiyatı baxımından ölkənin zəngin bölgələrindən sayılır. Burada ayrı ayrı şəkillərdə su qaynaqları vardır.

Məntəqənin dağlıq olub, şərqdən və qərbdən xüsusilə aralıq dənizi  səmtindən yetərincə rütubət alması, yağıntının yetərli həddə olması məntəqədki, su qaynaqlarının zənginliyini təmin etmişdir.

Araz çayı

Türkiyənin Ərzrum məntəqəsinin cənubunda Bingöl dağlarından nəşət alan sərhədyani Araz çayı 1072 km uzunluğu ilə Qərbdən Şərqə doğru cərəyan edir. Araz Qərbi , şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçir.

Iran ərazisində bu çaya qoşulan çaylar bunlardan ibarətdir.

Qarasu-Əhər çayı-Ağçay-Xiyav çayı-Balıqlı çay- Nəmin çayı

Əhər çayı

Əhərçayı Pirsəqqa ucalıqlarından nəşət alır və Əhər şəhərinin cənub hissəsində şərqə doğru axır. Bu çay Üzümdil kəndindən keçdikdən sonra Meşkin şəhərdən cənuba doğru axan "Qarasu" çayına qovuşur.

Qızılüzən çayı

əski çağlarda Amardıya,  Ağçay adlanan Qızılüzən çayı Kürdüstan vilayətinin "çehil Çeşmə" dağlarından baş alıb, Miyana şəhərinin şərq hissəsində ətraf ərazini suvardıqdan sonra Ərdəbil vilayəti təriqilə Gilan vilayətinə doğru cərəyan edir.

"Qızıl üzən"çayı Gilan vilayətində yerləşmiş Məncil boğazında "Şahrud" çayına qovvuşaraq Xəzər dənizinə axır. Şərqi Azərbaycan məntəqəsində bu çaya axan çaylar bunlardır :

Qaranquy çayı-Həştəri çayı- Miyana çayı –Türkmən çay- Aydoğmuş çay -Qaraçay- Şəhər çayı-

Acı çay

Acı çay savalanın cənub ətəklərindən , Qoşa dağdan Bozquş və Səhəndin Şimal ətəklərindən bir çox qollar alaraq Təbrizin şimalından keçib. "Gogan" məntəqəsinin yaxınlığında Urmiya gölünə axır. Acı çayın suyu başlanğıcında şirin olsada istiqamətində duz qatlarından keçdiyi üçün şorlaşır, bu üzdən ona Acı çay adı verilib.

Acı çay Təbriz bölgəsinin ən mühüm çayıdır. Təbrizin şimal bölgəsində "Dəryan", "Şəbüstər", "Sis", "Sofiyan", "Sınıx", "Günbat" və "Baba bağı" adında 7 çay axır. Bunlardan ikisi demək Günbat və bababağı çayları Acı çaya , başqaları isə Acı çay su sahəsində Urmiya gölünə axırlar.

Acı çayın su sahəsi 8547 kvkm dir.

"Mehranrud"

Bu çay Liqvan kəndindən başlanır, çay Barınc, Kərkəc(Kərgə) sulu dərə və Xələt puşan kəndləri hüdudundan başlayıb. Şəhərin mərkəzindən keçdikdən sonra Təbriz hava limanı yaxınlığında " Acı çay"a daxil olur.

Tarixi sənədlərə görə vaxtilə Mehran rud-un ətrafı bina tikmək üçün ən yaxşı və əlverişli məkan olmuşdur.

Keçmiş zamanlarda " Mehran rud" şimalında Təbriz bazarının ətraf şüasında Monqul elxanlarının baş naziri Şəmsəddin Məhəmməd Cüveyninin inşa etdirdiyi  saraylar varmış, sonrakı şahlar isə bu saraylarda sakin olmuşlar.

Sufi Çay

Sufi çay Səhənd dağının cənub Qərb ətəklərindən , dağlıq məntəqələrdən xüsusilə Bamidz dərəsindən ağır qarların əriməsindən qaynaqlanır. Şimal və cənub axışı ilə bu çay Marağa şəhərinin bütün tarlaları və bağlarının suyunu təmin edib. Şəhərin cənubundan "Binab" məntəqəsinə daxil olur.

Üsgü çayı

Üsgü çayı Səhəndin Qərb dağlar sırasından olan Sultan dağının Şimal səmtindən başlanır. Qərbi Səhəndin ucalıqlarından (Ərşəd dağı) axan Kənduvan çayı Üsgü çayına qovuşur. Sultan dağı çayının axar suları Qibə dərsi və Ənsərud dərəsində Çoban bulağı təriqilə Astara çayın təşkilinə səbəb olur.

Silən çayı

Gərmaduz kəndində yerləşən Silən çay meydanlar və aşağı Gülü kəndlərinə baxan dağlardan qaynaqlanıb, yerli çaylara qovuşduqdan sonra" yuxarı Larican" kəndinin yaxınlığında Araz çayına axır silən çayın uzunluğu təqribən 45 kilometrdir.

Yer üstü sulardan əlavə Şərqi Azərbaycan vilayəti yer altı su qaynaqları baxımındanda  yetərli imkana malikdir.  Vilayət səviyyəsində mövcud əsərlər və sübutlar göstərir ki, vaxtilə kanallar (kəhriz ) bu vilayətdə su təmini üzrə ümdə qaynaqlardan olmuşdur. Bunlar dağların ətəyindən düzənliklərə doğru axır, əski kanalların əsərləri və qalıqları hələdə Təbriz Əhər , Marağa, Miyana və başqa məntəqələrdə qalmaqdadır.

Şərqi Azərbaycan vilayətinin bulaqlrı

Şərqi Azərbaycan vilayətinin ayrı ayrı yerlərində isti və soyuq mineral sulu bulaqlar vardır. Vilayət əhalisindən əlavə ölkənin bşqa məntəqələrinin əhalisidə onlardan istifadə edir. Sarab və Bostanabad məntəqəsində 149  Təbriz və Azərşəhr bölglərində isə 141 bulaq  vardır.  

Təbriz və Azərşəhr bölgəsində isə 141 bulaq vardır.

Şərqi Azərbaycan vilayətində mineral su bulaqlarından bəzisi bunlardır:

Taptapan bulağı bu bulaq "Azərşəhr"in 5 km-də Təbriz-Marağa caddəsində yerləşib. Su təbii hovzda toplanır və insanlar ondan istifadə edir. Taptapan bulağının suyu soyuq dur, bikarbonat, kəlsiyum və manqan maddələrini ehtiva edir. Qanda Qırmızı qulbulları artırmaq, qanda hemoqlobin, miqdarını tənzimləmək, Həzm cihazlarının işinə -qidalanma və inkişafa yardım bu suyun tibbi xasiyyətlərindəndir.

Vərci bulağı

Vərci bulağı Marağanın 8.5 km cənub-Qərbində yerdən çıxır, bu bulağın suyu qazlıdır. Mədə Qara ciyər, pankras və bağarsıqların fonksiyasını yaxşılaşdırır. Onda olan Karbon qazı həzm işinə yardım edir.

Güşayiş bulağı

Eyni adda kəndin Cənub Qərbində yerdən çıxan bu bulağın suyu bikarbonat-kalsiyum və manqan maddələrini ehtiva edir. Bulağın duru suyunun istisi 25 dərəcə, dadı isə biraz acıdır. Bu bulağın suyuda tibbi xasiyyəti var. Mədə ,Bağarsıqların işinə yardım edir.

Sarab isti su bulağı

Bulaq sarab şəhərinin Cənub Qərbində Kəfdərnin yaxınlığındaki, yüksəkliklərin ətəklərində yerdən çıxıb kənarındaki çaya axır. Sarab isti su bulağının suyu Solfatlı-Sodyumlu sular növündəndir.

Allah haq bulağı

Bu bulaq Sarab bulağının şimal şərqində yerləşir. Bu məntəqə şimal Cənub səmtində bir dərədn ibarətdir ki, onun dibində bir su arxı şimala doğru  cərəyan edir.

Isti su dərənin şərqi ətəyində bir-birindən neçə metir aralı olan iki nöqtədə yerdən çıxır. Buranında suyu solfatlı-sodiyomlu dur.

Bostan Abad isti su kompleksi

Hidrotrapiya təsisatından ibarət olan bu kompleks Təbriz-Tehran- Sarab 3 yol ayrımında yerləşir, tibbi xasiyyəti olan bu bulağın suyu klrobikarbonat, kalsyum maddələrini ehtiva edir.

Kəndvanın Mineral su bulağı

Üsgünün 22 kilometr cənubunda səfalı dərənin ortasında həmin adda sulu bir çayın kənarında yerləşən Kənduvan kəndi tarixi və misili az kəndlərdəndir.

Kənudvan kəndinin Təbriz şəhərilə fasiləsi 62 kilometrdir. Bu kənddə kəndin adı ilə məşhur olan bir mühüm bulaq vardır ki, tibbi xasiyyətlərə malikdir.

Sofiyan mineral su bulağı

Mərənd istiqamətində Sofiyandan 4.5 kilometr fasilədə caddənin sol tayındaki, yüksəkliklərdə neçə nöqtədə yerdən qazlı su çıxıb, təpənin iki ətəyində axır. Bu bulağın suyu mineral sulardan ibarətdir ki, qatışıq bikarbonat –solfat- kalsiyum kimi maddələri ehtiva edir. Bulağın suyu çox şor istiliyi isə 16 dərəcədir.

Göydərə isti su bulağı

Bu bulaq Miyana Qərəçimən istiqamətində Göydərə kəndindən 1.5 kilometr aralıda yerləşir bulaq volkan daşları ortasından qaynayır, onun suyu solfur-kloror növlərindəndir.

Suyun tempratoru 42 dərəcədir.

Abrəs isti su bulağı

Bu bulaq Sarab  şəhərinin şimal şərqində Abrəs kəndinin şərqində həndəvərə çayının içərisində yerdən qaynayır, istisi 29 dərəcədir. Bu bulaq isə kluru-sodiyom və solfat-kalsiyum növündəndir.

Əsbfruşan isti su bulağı

Sarab- Heris- Əsbfuruşan istiqamətində yerləşən bu bulaq, volkan daşlarının ortasından çıxır. Bulağın suyu ehtiva etdiyi maddələr baxımından Abrəs bulağının suyu ilə eynidir.

Hamam isti su bulağı

55 dərəcə istisi olan bu bulaq Əhər –Kəleybər caddəsinin istiqamətində Qərbi tərəfdən volkan daşları ortasından çıxır. Bulağın məzhərində bir göl qayrılıb, divarlarla həsara salınmışdır. Gölün suyu şimali qoldan eşiyə cərəyan edir. bulaq suyu Sulfat və klurur növündən olub. Müxtəlif katyonları ehtiva edir.

Tazə kənd isti su bulağı

Bu bulaq Əhər-Meşkinşəhər caddəsinin cənubunda yerləşib. Suyunun istiliyi 23 dərəcə olan bu bulaq klurur-Sodium və Sulfat-kalsiyum maddələrini ehtiva edir.

Qala (Qələ kəndi bulağı) bulaq Hamam bulağının şimal Qərbində yerləşib. volkan daşları ortasından çıxır. istisi 45 ° olan bu bulaq suyunda olan matriyallar hamam bulağı suyu ilə eynidir.

Şalqun isti su bulağı

Bu bulaq Əhər Meşkin yolunun cənubunda yerləşir. Bulağın gözündə özünün yaratdığı iki təbii gölməcə vardır. Bulağın suyu klurur –Sodiyum və Sulfat- Kalsiyum  növündəndir.

Abış Əhməd isti su bulağı

Istisi təqribən 60°olan bu bulaq Kəleybər –AbışƏhməd istiqamətində yerləşir. Bulağın suyu Siment Borular vasitəsilə caddənin 200 m-də yerləşən məkana yönəldilib.

Bu bulağın suyu isə klurlu sulfatlı dır.sonda müxtəlif katyonlar da vardır.

Şərqi Azərbaycan vilayətinin gölləri

Quru göl

Təbrizin 42 kilometr Şərqində Təbriz-Tehran caddəsinin kənarında yerləşib.  Məsahəsi təqribən 245 hektar, dərinliyi orta həddə 4.5 m dir.

Qar –yağış birdə gölün dibindəki bulaqların suyu Quru gölün suyunu təmin edir.

Bu gol 1348-ci ilindən (1969) qoruq edilmiş məntəqələrdən elan edilib .  Şərqi Azərbaycan vilayətinin balıq ovlama  təşkilati tərəfindən orada balıq becərmə təsisati təşkil edilib. Gözəl mənzərəsi və xüsusi ekoloqiya şəraiti olan Quru  göl vilayətin təbii cazibələrindən sayılır. Burada müxtəlif bitkilərin , nadir quşların o cümlədən ağ Ördəyin yaşayışına əlverişli şərait mövcuddur.

Alma gölu

Bu göl Səhənd yüksəkliklərin  cənub- şərqində 2400 metir  hündürlükdə yerləşir, sahəsi 20 hektardır, göl qamışlıq və su bitkilərilə örtülüb, Suna və Qaşqaldaq kimi quşların yuva tikməsinə münasib məntəqədir, elə bu səbəbdəndə siyahət və turizm baxımından da dəyərlidir.

Xurmalı gölu

Bu göl Əhərin 42 km.  Cənub – Qərbində yerləşir. Daimi göl olan bu göldən əkinçilərdən əlavə köçəri quşlarda faydalanırlar.

Qoşa gölü

Qamışlıq göl olan Qoşa gölü Həştərinin 31 km . Cənub – Qərbində yerləşir.

Qara Qışlaq gölu

Bu göl Urmiya gölünün Cənub – Şərq sahilində yerləşir , xüsüsi təbii şəraitinə görə köçəri quşlara çox sanballı məkandır. Qara qışlaq gölu beynəlxalq səviyyədə tanınmış – qeydə alınmış göldür.

Qubadlı gölu

Əcəbsirin 22 km . Şimal – Qərbində yerləşir. Urmiya gölünün haşiyəsindəki göllərin köçəri quşlarından bir qismin cəlb edir.

Zulbin gölu

Həştərinin 42 km . Qərbində yerləşir , mövsum gölu olsada içərisində və qıraqlarındakı qamışlıqlara görə quşlara münasib məkandır.

Yusifli gölu

Əhər şəhərinin 31 km . Şərqində yerləşmiş bu göldən köçəri quşlar istifadə edir.

Yanıq göl

Həştərinin 31 km Cənub – Qərbində yerləşən Yanıq gölü  Payız və Qış fəsillərində vəhşı quşların yaşayış məkanı olur.

Mahi abad gölü

Miyananın 20 km Şımalında yerləşmiş bu göldən əkinçilikdə istifadə olunur.Suyu çox olanda da köçəri quşlar ondan istifadə edir.

Dibsiz göl

Daimi və qamışlıq göl olan bu göl Əhərin 25 km . Şərqində yerləşir. Köçəri quşlar ondan istifadə edir.

 

  

 

 

İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiri Təbriz şəhərinin 2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı seçilməsi münasibəti ilə "Təbriz-2018" mərasiminin keçirilməsini son dərəcə önəmli hadisə adlandırıb və deyib: Bütün icraedici orqanlar bu mərasimin mümkün olan ən yaxşı formada keçirilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər.

İRNA-nın verdiyi məlumata görə, İshaq Cahangiri çərşənbə axşamı İranın şimal-qərbində Şərqi Azərbaycan Ostanı nümayəndələri ilə görüşdə deyib: Şərqi Azərbaycan Ostanı və onun mərkəzi olan Təbriz şəhəri tarixi və coğrafi baxımdan İran üçün böyük əhəmiyyətə malikdir və tarix boyu Təbriz İranda baş verən mühüm olaylarda əsas dayaq nöqtəsi oub. 

İranın vitse-prezidenti həmçinin, Şərqi Azərbaycan Ostanını İranın sənaye ostanlarından biri adlandırıb və deyib: Şərqi Azərbaycan müxtəlif sahələr üzrə geniş potensiallara malikdir. Bu sahələrdən biri sənaye sahəsidir. Və Şərqi Azərbaycanın özəl sektoru da sənaye sahəsində yaxşı fəaliyyətə malikdir. 

Təbriz 2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı seçilib. 

Bu il beynəlxalq Novruz mərasiminin İran İslam Respublikası prezidenti Həsən Ruhaninin iştirakı ilə Təbrizdə keçirilməsi "Təbriz-2018" üçün nəzərdə tutulmuş proqramlardandır. 

2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı elan edilən Təbrizin turizm potensiallarının region və dünyaya tanıtdırılması istiqamətində nəzərdə tutulan “Təbriz-2018” proqramına start verilib.

2018-ci il üçün İslam Dünyasının turizm paytaxtı elan edilən Təbrizin turizm potensiallarının region və dünyaya tanıtdırılması istiqamətində nəzərdə tutulan “Təbriz-2018” proqramına start verilib. Bu proqram çərçivəsində qədim tarixə malik olan Təbriz şəhəri, onun gözəl təbiəti və zəngin mədəniyyəti, turizm cazibələri və özünəməxsus musiqisi, əl işləri sənayesi və incəsənət potensialları ilə dünyaya daha artıq tanıtdırılmalıdır.

“Təbriz-2018; İslam Dünyasının Turizm Paytaxtı” proqramına  hökmət rəsmiləri, xarici ölkələrin İrandakı səfirləri, mədəniyyət və ictimai xadimlərin iştirakı ilə keçirilən xüsusi mərasimdə start verilib.  

İranın Mədəni İrs Təşkilatının sədri cənab Munisan bu proqramla bağlı deyib: “Bu hadisə Təbriz, Azərbaycan və ümmiyyətlə ölkə üçün çox  yaxşı bir fürsətdir. Bildiyiniz kimi, bu gün turizm dünyanın 3-cü ən böyük iqtisadiyyatına çevrilib. Bir çox ölkə bu yolla öz valyuta gəlirlərini sürətlə artırır. Həmçinin, turizm ölkədə yeni iş yerlərinin yaradılmasında da önəmli rol oynaya bilər. Və ölkəmiz üçün bu hər iki məsələ böyük önəm kəsb edir.”

İranın mədəniyyət və islam irşadı naziri cənab Salehi də bu mərasimdə Təbriz və Azərbaycanı İranın qaşı adlandırıb və deyib: Təbriz 2018-ci ildə diplomatiya, mədəniyyət və incəsənət baxımından İran və dünya arasındakı bağlılığın simvolu olacaq.

İran İslam Şurası Məclisinin sədr müavini cənab Pezeşkiyan da bu mərasimdə çıxış edərək, Təbriz-2018 hadisəsini bir başlanğıc adlandırıb və deyib: Təbriz sivilizasiya, elm və mədəniyyətin beşiyidir. Buna görə də bu şəhəri dünyaya daha artıq tanıtdırmaq üçün bütün imkanlarımızdan istifadə etməliyik.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü də Təbriz-2018 hadisəsinin önəminə təkid edərək, xarici qonaqların Təbrizə səfərinin asanlaşdırılmasını Xarici İşlər Nazirliyinin əsas prioritetlərindən adlandırıb: “İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu məsələnin gündəmə gətirildiyi ilk gündən bu proqramın icra komitəsinin mühüm tərəflərindən biri olaraq aktiv iştiraka malik olub. Və Xarici İşlər Nazirliyi öz səfirlikləri və konsulluq xidmətinə malik olan bütün nümayəndəlikləri vasitəsi ilə bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək.”

Təbriz şəhərinin icra başçısı cənab Munisan da Təbrizin turizmlə bağlı potensiallarından danışaraq, Təbriz-2018 hadisəsini önəmli adlandırıb: “Təbriz şəhəri böyük potensiallara malikdir və elə buna görə də İslam Dünyasının turizm paytaxtı seçilib. Bu məsələ öz-özlüyündə Təbriz şəhərinin dünyaya tanıtdırılması üçün çox dəyərli fürsət sayılır. Bu fürsətdən istifadə edərək, xarici ölkə vətəndaşlarını xüsusilə də İslam ölkələri vətəndaşlarını 2018-ci ildə Təbriz şəhərinin qonağı olmağa dəvət etmək lazımdır. Və əminəm ki, onlar bu şəhərdən xoş xatirələrlə ayrılacaqlar.”

23 mart 2018-ci il tarixində isə İran İslam Respublikası və bir sıra xaric ölkə prezidentinin iştirakı ilə  “Təbriz-2018” beynəlxalq seminarı keçiriləcək.