REKTORUN BAXIŞ AÇISI

REKTORUN BAXIŞ AÇISI (10)

Son günlər Azərbaycan və İran arasında bəzi fikirlərin şahidi oluruq.

Bu müasir dövrümüzün indi elə bir vaxtını yaşayırıq ki, müsəlman xalqlarını biri birinə qırdırılmasının açıq aydın şahidi oluruq. İrakda, Suriyada,Liviyada Yəməndə və s müsəLman ölkələrində baş verənlər buna tam subutdur.

Bütün baş verənləri müsəlmanları sevməyən Qərbin və Şərqin xüsusi xidmət orqanlarının məkirli məqsədləri göz garşısındadır . Məqsəd müsəlman xalqlarını və müsəlmanlığı qəbul etmək istəyənləri öz niyyətlərindən çəkindirməklə eyni zamandada müsəlman xalqları haqqında mənfi fikir formalaşdırmaqla süni şəkildə müsəlmanlar arasında soyuq müharibənin getdiyini dünya ictimayətinə çatdırmaq istəyidir. Hazırda Azərbaycan və İran arsında baş verənlər Məhərrəm ayından sonra və Ərbəin ərəfəsində baş verməsidə məqsədli şəkildə qeyd etdiyimiz xüsusi xidmət orqanlarının peşəkar əməyi nəticəsində baş verir.

Burada bir neçə məqamı qeyd etmək lazımdır.

Birincisi: Bütün bu hadisələr əvvəlcədən hazırlanmışdır və Ərbəin ərəfəsində baş verməsi hazırlanmış senari olduğunu göstərir.

İkincisi: İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bütövlüyünün yaranması bu gərginliyin əsas mühüm məqsədidir.

Üçüncüsü: Azərbaycanda hakimiyətində olan bəzi köhnə siyasətçilərin Qərbin və Şərqin xüsusi xidmət orqanları ilə əlaqəyə girərək onların məqsəd və fikirlərini müxtəlif formalarda cəmiyyətə sirayət etdirirlər .

Dördüncüsü: İki qonşu müsəlman ölkələr kimin hədəflərid.

Yeni fitnədə əsas düşməni görmək lazımdır. Məkrli düşmən müsəlmanı - müsəlmana qarşı qoyaraq müsəlman qardaşları arasında münaqişəni alovlandırmaq üçün bəzi ölkələrin xüsusi xidmət orqanları Azərbaycan siyasətçilərinin arxasında gizlənir.Məqsəd Azərbaycan və İran arasında sərhədlərinin etibarsız vəziyyətə gətirmək.

Görünür yaxın zamanlarda bölgədə iki müsəlman ölkəsi arasında müqavimət cəbhəsini qırmaqdır. Qarşıdakı yeni dövr müqavimət dövrü kimi yadda qalacaq.

 *Mehdi Nalbəndi

Təbriz*

Şənbə, 25 Sentyabr 2021 18:40

Bu qumarın uduzanı kimdir?

Son günlər Azərbaycan Respublikasında İran əleyhinə bəzi fikirlərin şahidi olduq. İsrailin və Azərbaycan Respublikasındakı bəzi dostlarının məqsədi şiə-şiə müharibəsi yaratmaqdır. Məqsəd bu savaşın Soyuq Müharibədən başlayaraq ağır savaşa davam etməsidir.

Mətbuatda İranı təhqir etmək, Şiə düşüncəsinin ortaya çıxmasına hücum etmək, İranlı sürücüləri həbs etmək, Din alimlərinin statusuna hücum etmək və İranın məhv olması ilə öyünmək də daxil olmaqla bütün son hadisələr Məhərrəmdən sonra və Ərbəin ərəfəsində baş verdi.

Burada bir neçə məqamı qeyd etmək lazımdır:

Birincisi: Bütün bu hadisələr əvvəlcədən hazırlanmışdır və Ərbəin qorxusundan.

İkincisi: Dağlıq Qarabağın təkfirləşməsi və Azərbaycanın sünniləşdirilməsi bu gərginliyin iki mühüm məqsədidir.

Üçüncüsü: Azərbaycan Respublikası Parlamentində bəzi köhnə siyasətçilər Tel -Əvivin sözünü danışırlar.

Dördüncüsü: Şiə İran və Şiə Azərbaycan bu fitnənin hədəfləridirlər.

Yeni fitnədə əsas düşməni görmək lazımdır. Məkrli düşmən şiə-şiə müharibəsini və şiə-sünni müharibəsini alovlandırmaq üçün bəzi ölkələrin və Azərbaycan siyasətçilərinin arxasında gizlənir. Məqsəd İranın şimal sərhədlərini etibarsız edərək İsrailin təhlükəsizliyini təmin etməkdir.

Məqsəd müqavimət cəbhəsini qırmaqdır. Qarşıdakı yeni dövr müqavimət dövrüdür. Müqavimətin İslam ideologiyası və şiə ətri var.

Biz əminik ki, Bakı Tel -Əviv olmayacaq, amma Tel -Əvivin Təllür –Rəbiə çevrilməsi çox da uzaqda deyil.

Mehdi Nalbəndi

Təbriz - 25 sep 2021

 

Təbriz Radiosunun müdiri Mehdi Nalbəndi Səhər Azəri telekanalından yayımlanan Azad Arena verilişində Aliməqamlı rəhbərin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-İslam vəlmüslimin Əli Əkbər Ocaqnejadin Şuşaya səfərinə münasibət bildirib:

"Qüds məfkurəsi”nin İran İslam inqilabı ilə əlaqələndirilmiş bütün cərəyanların ortaq idealı olduğunu və bu cərəyanları birləşdirən ip olduğunu desəm, çox şişirtməzdim. İraqdan Yəmənə, Nigeriyadan Livana, Suriyadan Qafqaza və Anadoluya, Qüds məfkurəsinə inanan hər hansı hərəkat İmam Xomeyni adını sevir.

 

“Xomeyniçilər” Azərbaycan Respublikasında peyda oldular; ancaq daha tək deyildilər və dünyanın hər yerində özləri kimi düşünən insanları tapdılar. İndi də onlar tək deyillər və keçmişdən daha inkişaf etmiş zühur ordusunu yetişdirməkdədirlər.

 

Beynəlxalq Qüds Günü tədbirlərinin təşkili, İran İslam inqilabının dünyadakı bütün sevənlərinin əhəmiyyətli və simvolik tədbirlərindən biri kimi təsvir edilməlidir. Əslində, Xomeyniçiləri Cənubi Qafqaz və Azərbaycan Respublikası ilə məhdud bir şiə hərəkatı kimi qələmə verməməliyik; çünki Qüds məfkurəsi dünyadakı bütün oyanış hərəkatının birləşdirən əlaqəsidir.

 

2003-cü ildə İstanbulda dünyəvi bir türk jurnalistdən eşitdim ki belə söylədi: Amerikalılar İran məsələsindəki bir faktı analiz edə bilməzlər, yəni İmam Xomeyni əl qaldırırdı və gənclər canlarını qurban vermək üçün növbəyə düzülürdülər. Bu əlin bir daha qaldırılmayacağına və o gənclərin nəslinin bitdiyinə əmin deyillər; Əmin olsalar, sizi məhv etmək üçün bir an belə tərəddüd etməzlər.

 

Əlbətdə ki, o jurnalist Nəcmuddin Arbakanın tərəfdarı deyildi; ancaq Anadoluda hamıdan çox İmam Xomeyninin səsini eşidən mərhum Arbakan idi.

 

Bir vaxtlar Türkiyənin Bursa şəhəri İran inqilabının liderinin 11 aylıq sürgün yurdu idi. Bu, İmamın “Təhrir'ul Vəsile” nin birinci cildini yazması və “Vəlayət-i Fəqih” tezisinin əsasını qoyması üçün bir fürsət idi. İmamın sürgün səbəbi, Kapitulyasiya qanununa etiraz etməsi olaraq təyyarədəki məmurlara dedi: Vətənim üçün sürgün olundum.

 

Mərhum Nəcmuddin Arbakan kimi insanları araşdıranların fikrincə, İmam Xomeyni ilə Arbakan Hoca arasındakı fərq belə idi: İmam Amerikanı böyük şeytan və şərin başı təqdim edirdi və Arbakan hoca İsraili  şərlərin şərri kimi tanıtdırırdı. Nəcmuddin Arbakan dedi: “Biz Qərblə və Sionizmlə dost olmayacağıq.” Bu, İslam inqilabı xətti demək idi; ancaq Anadolu coğrafiyasında və İstanbul vurğusu ilə.

 

Sionizm Arbakan üçün tamamilə pis idi və Arbakanın "Amerikya Ölüm" şüarı isə, onun anti-sionist olduğu idi. Xoca dedi: “Universal Sionizm, yəni bugünkü dünyanın köləlik sistemini quranlar. Onlarla iki əsas məqamda məşğul olmursan, onlar da səninlə qarışmazlar. Birincisi, Allahın verdiyi nemətlərin, yəni paylama qaydalarının paylaşılması, ikincisi paylamanın idarə edilməsi və bu işi onlara köçürməsidir; Dediklərimə müdaxilə etmirsinizsə, eyni zamanda səhərə qədər dua edib ildə 365 gün oruc tutursunuzsa, onlar üçün heç bir əhəmiyyəti yoxdur və onlar sizin işlərinizə qarışmırlar.”

 

Bu səbəbdən də Nəcmuddin Arbakan özünü İran hökmranlığı və İslam inqilabının bir hissəsi kimi gördü və Baş nazir olduqdan sonra ilk rəsmi səfərini İrana etdi. Arbakanın deyərdi: Biz Türkiyədə müxalifət ve İranda iqtidarın bir parçasıyıq.

›

Mehdi Nalbandi

9 Xordad 1400

30 May 2021

 

Çərşənbə axşamı, 11 May 2021 20:05

Şübhəsiz Qüdsü azad edəcəyik !

Əsrin sövdələçməsinin ilk günlərində, Təbriz Radiosunun üç hörmətli mütəxəssisindən “Əsrin sövdələçməsi”ni; əsrin xəyanəti, əsrin təhqiri və əsrin rüsvaylığı kimi təqdim olunmasını eşitdim. Və onlardan biri “Açiq Söz” proqramında, "İslam dövlətlərindən gözləntiləri nədir" sualına cavab olaraq, İran İslam Respublikasından başqa müsəlman dövlətləri üçün heç bir ümid olmadığını və bunların tam passivlik mövqeyində olduqlarını söylədi. Ancaq eyni siyasi ekspert “Müqavimət Cəbhəsi”nə ümid bəslədiyini və bu cəbhənin gündən-günə daha da genişləndiyini və gücləndiyini söylədi.

 Qüds bizim üçün İdeal və Məqsəddir, yoxsa İran imperiyasını qurmaq üçün ikiüzlü bir taktika deyil. Biz uca bir ideal təbliğ edirik və dünyanın mənəvi zirvələrini fəth etməyə çalışırıq.

Qüds, bizim üçün Neo-Osmanlıçılıq deyil ki ona əsasən ərəb ölkələrini və respublikalarını birləşdirib birazca ona Qafqazla qatıb, yuxusunu gördüyümüz imperiyamızı yaradaq. Biz Qüdsün məqsədini elan etdiyimiz gündən bəri İsrail ilə açıq və gizli ticarət əlaqələrimiz olmayıb.

İmam Xomeyni müqəddəs Ramazan ayının son cüməsini “Qüds günü” adı ilə qeyd etdiyi gün,bax elə İran daxilində isə bir çoxları üçün bütün dünyanın məsələsi Qüds olacağı günün gəlməsi inanılmaz idi. İndi də belədir. Bu, yer üzündə iki böyük fəsaddan sonra İsrailin sona çatması ilə bağlı müjdədir. لتُف .سِدُنَّ فِي َْرْزِ مَرَّتَيْنِ وَتَعْلُنَّ عُلًُا كَبِيرًا.

Biz Qüdsü azad edib fəth namazı qilacağıq.

وَ لِیَدْخُلُوا الْمَسْجِدَ کَما دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَ لِیُتَبِّرُوا ما عَلَوْا تَتْبِیراً.

. Qüds bizim üçün zühurun müjdəsidir və zühur qti amrdir.

 وَلَنْ تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدیلاً.

›

Mehdi Nalbandi

28 Ramazan 1442

21 Ordibeheşt 1400

11 May 2021

 

Bazar ertəsi, 26 Aprel 2021 23:24

“Səhər Duası”nın qalarğı səsi

Allah rəhmət eləsin  ustad Seyid Qasem Musəvi Qahara. Musəvinin səsi, namazlardan sonar oxunan duaları və Mübarək Ramazan ayının “Səhər Duası”nı xatırladır. Səhər Duasını iki nəfər daha gözəl oxunmuşdur: Mərhum Abbas Salehi və mərhum Musəvi Qahar. Əlbəttə ki, mərhum Səlim Müazzinzadə isə həmin duanı tam ustadlıqlaoxumuşdur, və eyni halda tanınmış Quran Qarlərindən ustad Səidiyan, ustad Pənahi və böyük məddah ustad Ahangaran kimi adlım ustadlar isə bu duanı; İncəlık, Mənəviyyat və Ruhnəvazlıqla  oxuyublar, amma mərhum Salehi və mərhum Musəvi Qaharın oxuduqları “Səhər Duası” ürəkəri daha çox fəth edir.

Mərhum ustad Musəvi Qaharın ölümündən bir müddət əvvəl, Təbriz radiosunun izləyicilərinə xəstəliyi ilə bağlı xəbərləri səsləndirdiyimiz zaman, radio dinləyicikərindən sağlığı üçün dua edən ifadə dalğaları aldıq.

9 dekabr 2019-cu il Bazar ertəsi günü ustadın ölüm xəbərini yaydığımızda, səsinin Azərbaycan Respublikasının dindar xalqının qəlbində təsirini göstərən mesajlar var idi. Bakıdan bir dinləyici yazdı:

“Uzun illərdir onun gözəl tilavəti altında azanı gözləmişəm ."M .Ramazan"da Allah sizlərədə  bərəkətli ömür və ən Ali hədəfə çatmaqnızi Allahdan arzu edirəm.”

Şirvanlı bir dinləyici ürək ağrısını belə dilə gətirdi:

“Salam aleykum. Ustad Seyyid Qasim Musevi Allah rehmet elesin. Sizlere derin huznle başsagligi veririk.”

Və bu xəbəri eşitməkdən başqa bir təsir:

“Allah rəhmət eləsin. Oxuduğu dualar şəfaətçisi olsun İnşa Əllah! Üzücü xəbərdir.”

Lənkəranlı bir dinləyici göz yaşlarını bizim üçün tərcümə etdi:

“Ruhu nur içində yatsın. Dostlarına, səsinin vurğunlarına, ailəsinə, əzizlərinə və sizlərə Üca Allahdan səbr diləyirəm…”

Başqa birisi yazdı:

“Allah rəhmət eləsin qəbri nurla dolsun.”

Və başqa bir əzizimiz dedi:

“ALLAH RƏHMƏT ELƏSİN. QARDAŞımız CƏNNƏT MƏKANdır INŞƏALLAH”

Xoşbəxtlik həmin bu məqam deməkdir. Allah mərhumun ruhunu Səhər Duasının qonağı etsin. İnşallah.

›

Mehdi Nalbandi

6 Ordibeheşt 1400

26  Aprel 2021

Çərşənbə axşamı, 20 Aprel 2021 01:23

Təbriz Radiosu, Mənəviyyat Sədası

Mübarək Ramazan ayı Təbriz Azəri Radiosunun “Dinləyici Baharı” hesab edilməlidir. Müqəddəs Ramazan ayının səhər proqramları uzun müddətdir  ki bu radionun ən çox dinlıyiciyə malik olan verilişləri olub, Təbriz Radiosunun dinlıyiləri Sosial şəbəkələr, telefon bağlanyıları və gündəlik müsabiqələr vasitəsilə radio verilişlərinə qatılır və mənəvi bir arenada bi saatları  radionun unudulmaz saatlarına çevrilib.

Təbriz radiosunun “İftarlıq” proqramı hər gün Bakının şəri üfüqündə Məğrib azanı radələrində 45 dəqiqə yayımlanır. “Obadanliq” proqramı isə hər gün Bakının şəri üfüqündə sübh azanından əvvəl və sonra 270 dəqiqə müddətində yayılır və səhər saat 8-ə qədər və radio proqramlarının ikinci hissəsinin əvvəlinə qədər davam edir.

Bakı vaxtı ilə səhər saat 3-dən səhər 7: 30-a qədər Təbriz radiosunun dinləyicilərinin verdiyi saysız zənglər misilsizdir. Hər bir verilişdə auditoriyanın studiyaya telefon zəngi ilə yanaşı, bizə şirin anlar yaradan audio, mətn, video, dini musiqi və foto şəklində orta hesabla 40-70 zəng görürük. Dini mütəxəssislər və Quran müəllimləri və qiraətçilər də proqramlarımızda iştirak edirlər.

Diqqətə layiqdir ki, "Obadhanliq" və “İftarlıq” proqramlarının materiallarının təxminən 30-35% -i izləyicilərin səsi, mədhiyyəsi, dini musiqisi, dini məqalələr və bənzərlərini əhatə edən auditoriyamıza göndərilir. Və bu izləyicilərin proqramın hazırlanmasında iştirakının aydın bir diaqramıdır. Rusiya və Avropadan yeni izləyicilərin olması da Təbriz Radiosunun yeni uğurlarından biridir.

Biz fəxr edirik deyək: Təbriz Radiosu, Mənəviyyat Sədasıdır.

 

Mehdi Nalbandi

30 Fərvərdin 1400

6 Ramazan 1442 - 19 Aprel 2021

Dünya Müqavimət Poeziyasında “Qarabağ Müqavimət Şeri”nə ötmə baxış (İkinci Bölüm)

Yazar: Mehdi Nalbəndi

 

Iran İslam İnqilabından sonra və 80-ci on illikdə, üz verən İrana qarşı hucum və İran xalqının müqəddəs müdafiə günlərində zühura gələn  " Müqəddəs Müdafiə Şeri " aşura şerinə söykənərək, inkişaf etdi və dünyanın Müqavimət Ədəbiyyatının misilsiz parlaq səhifələrini özünə həsr etdi.

Ustad Seyyed Mohəmməd Hüseyn Şəhriyar, Həmid Səbzvari, Əli Müəllim, Qeysər Əminpur, Seyyed Həsən Hüseyni, Mürtəza Əmiri İsfəndiqə, Seyyed Qasim Nazimi, Cəlal Muhəmmədi, Hüseyn İsrafili Və Əli Rza Qəzvəni bu şerin nümayəndələrindən saymaq olar.

Digər tərəfdən Təbrizdə bəzi şairlər elə İslam İnqilabının zəfər çalması günlərindən Belə, müqavimət şerində zəngin əsərlər yazıb, yaratdılar. "Səhənd" Təxəllüs edən Bulud Qaraçorlu "Şanlı İmam" şerində İmam Xomeyni həzrətlərini Xitab edərək, Yazdı: 

 

Sənə Ruhullah Adın Verdi Şəhid Olmuş Atan

Nəfəs Həqdəndi, Həqiqətdə də Ruhullahsan

Ey Qara Qəlblərə Aydın İnam Nuru Saçan

Sənə Şayandı Bu Şövkət Bu Məqam

Ey Yazıq Kütlələrin Rəhbəri Ey Şanlı İmam

Ey Əlinin Xələf Oğlu Sənə Minlərcə Salam

 

Sən Elin Qərnlər Ağzında Qalan Həq Sözsən

Sən Qaranlıqlar Ara Həqqi Görən Həq Sözsən

Həq Qolu, Həq Əli, Həq Carçısı Həqqin Özüsən

Həq Gücü ilə Vuruşanmazdı Bu İyrənc Nizam

Ey Yazıq Kütlələrin Rəhbəri Ey şanlı İmam

Ey Əlinin Xələf Oğlu Sənə Minlərcə Salam

 

Mən " SƏHƏNDƏM"  Əyilənməz Yada Tufanlı Başım

El bilir Haqlı Döyüşlərdə Keçib Çoxlu Yaşım

Öpürəm Mən Səni Ey Dönməzim Ey Cəbhədaşım

Ey Əlinin Xələf Oğlu Sənə Minlərcə Salam

Ey Yazıq Kütlələrin Rəhbəri Ey Şanlı İmam

 

 

Yaxud Ustad Şəhriyar Şəhidlər analarına xitabən belə dilə gəlir:

 

Gedək səddami kafirlə cihadə

yıxax bu bi mürüvvət ev Yıxanı

Bu Gün Kərb O Bəla Viran olubdur

Hüseyn öz qanına ğəltan olubdur

 

Hüseyn Zəvvarının Qurtardı Səbri

Qıraq Bu Qurdları, Kaftarı, Bəbri

Açaq yol Kərbəlayə, Kazemeynə

Çəkək Ağuşə O Şeş Quşə Qəbri

Bu Gün Kərb O Bəla viran Olubdur

Hüseyn Öz Qanına ğəltan Olubdur

 

Ana! Oğlun Şəhid Oldu Mübarək

Şəhadətlə Səed Oldu Mübarək

ümide Cənnətin Tapdın, Da Səndən

Cəhənnəm Na ümüd Oldu, Mübarək

Belə Toy Kim Görüb Dünyadə Qasim

Toyu Yasə Dönən Şəhzadə Qasim

 

Ancaq müqəddəs müdafiə janrında və Azərbaycan türkcəsində qələmə alınan ən zəngin və qalarğı əsəri təqdim etməkdə, gərək Təbrizli şair Səməd Qasimpurun "ĞAVVASLAR" yaxud "SU QURBANLARI"  əsərini qeyd edək. Bu poema, 1985-ci ildə, Ərvənd çayının kənarında yazılsada, hələ ki hələdir şəhidlər anaları dilinin əzbəridir və dillərdən düşməyib. Həmin ürəkləri oxşayan poemadan Bəzi Bölümlər:

 

… gün çönüb axşam olub yetədi mulaqat zəmanı

başladı verdi yanıq səslə, Müəzzin bir Azanı

bir azan ki salırı lərzəyə canı

hamının qaynadı qanı

sankı zəhra (s.ə) buyuran ləhəzə bilal verdi azanı

xanmın son nəfəsi, az qalırı ayrıla canı

bilalın axır azanı

xanmın çıxmada canı

...  mövc gəhvarəsi ğəvvaslara, lay lay oxuyurdu

o qocalmış qarı da, rəngli kəmanın toxuyurdu

necə sızğın oxuyurdu:

lay lay ey cəbhələrin yorğunu, ey xəstə cavanlar

lay lay ey şəhədi şəhadtdən içib kamə çatanlar

lay lay ərvənd kənarında qızıl qanə batanlar

xoş yatın ey quru topraqların üstündə yatanlar

xoş yatın yaxşı yatıbsız

yaxşı baş fikrin atıbsız

yaxşı cananə çatıbsız

 

 

Ancaq, Qarabağa gəldikdə bu işğal olunmuş ərazinin işğalından sarı şairlərdə dilə gəlib, işğalı və işğalçılığı tənqid atəşinə tutub, sazişkarlığa qarşı etirazlarını göstərdilər. Ola bilsin qarabağa aid şerlərin bəzilərində, yalnız soy və soyçuluq  və torpaq və torpaqçılıq pəncərəsindən bu məsələyə yanaşsınlar.

Qarabağ mövzusu ilə bağlı ədəbiyyat tarixində gahdan Baxtiar Vahabzadə “Qarabağ Atı”ndan söz açaraq “1956-cı ildə İngiltərə kraliçasına Qarabağ atı - "Zaman" hədiyyə göndərilmişdi” deyə yazir :

 

Cıdır düzü...

Sinəsində at oynaqlar,

Cıdır düzü -

İgidliyin arayışı -

Üstündə də nal ləpiri möhür bağlar.

Qarabağın cins atları -

hünərimin kişnərtisi,

Toppuzların gurultusu,

Qılıncların parıltısı,

Neştər səsi!

Qarabağın kürən atı –

Döyüşlərdə arxasıdır

Koroğlunun,

Bayandurun.

Cilovunu gəmirdimi,

hünəriniz varsa əgər o qızmamış,

Qamçıların hədəsinə dayandırın!

Kişnədimi o uçacaq.

Kişnərtisi - qanadları!

Qamçı vurma!

Qamçı yola gətirənni cins atları?

Zaman keçdi,

Zəmanəmdə "Qırat", "Dürat", "Zaman" oldu

İgidliyi kitablara köçürüldü.

Yaddaşlarda unuduldu.

"Zaman" atım, aman atım!

Keçmişimdən bu günümə amanatım!

Avtomobil zamanında

Niyə, axı, sənin adın "Zaman" oldu?

Geriyəmi döndü zaman,

Məgər raket-kaman oldu?

 

Bəxtiarın hamin şerində davaminda qarabağ və ona aid olan hər nə varsanı Taqdis olunur və  qarabağın atı "Qırat" və "Dürat"la müqayisə olunur:

 

"Qırat", "Dürat"

İndi nədir?

Ekzotika, eksponat!

Dövrümüzdə nə deməkdir

Kral, ya da kraliça?

Öz əvvəlki hökmündəmi

bu gün yenə

Britaniyada kraliça?

Kraliça Yelizaveta

Yelləndikcə

Arasında göyün, yerin,

Nəfəs alır havasıyla

Ötüb keçən təmtəraqlı əsrlərin.

O bəyənmir

Asfalt üstə quş tək süzən maşınları,

Göydə gəzən maşınları.

İstəyir ki,

Əsrin dəli sürətini unuda o,

Keçən əsrin duyğulara sığal çəkən

Ahənginə dəm tuta o.

Karetada seyrə çıxır,

At saxlayır.

O, dünənin ölüsünü

kəfənləmək əvəzinə

Sabahının körpəsi tək qundaqlayır.

Öz kökünə qayıtmaqla

güman edir

Öz əsrini qabaqlayır.

Ekzotika vurğunudur

Kraliça Yelizaveta.

Səyahətə çıxan zaman

qamçı vurmaz o hər ata!

Meyl salıb Qarabağdan

Töhfə kimi gətirilən

Kəhər ata!

"Zaman" yatmır ipə, sapa,

Dirək olub kişnərtisi yerə, göyə.

 

Bu kimi şerlərin ədəbi özəlliklərini danmayaraq onları Vətənə va Yurda və onlara fəxr etməyə aid görməklə belə, ancaq onları Müqavimət şeri kimi hesab etmək olmur niə ki xalqı dözümə çağırma, təcavüzkarı təhqir etmə, düşmənin əhval ruhiyyəsini dağıtma, və bu şerin müəllifələrindən olan digər kompunentləri onda görmək olmur.

Ancaq qarabağ Məsələsinə aid şerlərdə ən aydın nümunələrdə Gözə çarpır ki, həmin şerlərdə şair azadəlik və cövmərdlikdən danışaraq, dünyəvi və dini bir monoloqla danışıb, Dünya ilə dialoqa Başlayır.

Şübhəsiz bu şerlərin ən aydın nümunəsini "Baba Pünhan"-ın şerində görmək olur. Pünhan və Sayirə bu kimi şairlərin şerlərindən nümunələrin bu kitabda verilməsi üzrə, burada yalnız babadan bir şerin bir parçasını verir və bu ön sözə son qoymaq qərarına gəlirəm.

 

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,

Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

 

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,

Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

 

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,

Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

 

... Belə sırlı və müəmmalı gedişnən, Pünhan,

Ümüd Allahadır ancaq, Qarabağ getsə əgər.

 

Qarabağ şerinin Müqavimət kompunentlərinə malik olan hissəsi ürək yandırıcı və zəfəri əldə etməkdən sarı döyüşə girməyə çağırandır. Bir dinləyin Qəşəm Nəcəfzadəni :

 

Mən bilmirəm axşam nədi, gün nədi?

Qız- gəlinin əsir- yesir gündədi.

Şuşam getdi, bir balam var, dinmədim,

Mənim kimi balan ölsün, ay Vətən!

 

Al qılıncı, vur düşməni böl iki,

Bu düşmənlər səni elə bölüb ki ...

İndən belə şer vaxtı deyil ki,

Bu şeri yazan ölsün, ay Vətən!

 

Yaxud Nərmin Kamalın “Simptomlar” şeri :

 

… yumurta əvəzinə yumurta tozu

süd əvəzinə süd tozu şorba əvəzinə şorba tozu

yeyilən bu günlərdə

kim ki İsrailin bayrağını nəcisə soxur

gözümün dostudur

amma bizim kəşfiyyat kimi çəpiş məxluq yoxdur

dostunu düşmənini ayırmır

İsraillə tərəfdaşlıq qurur.

 

Bu kitab, qarabağ müqavimət şerindən söz açır və onunla bərabər həmin janrın digər nümunələrindən isə təqdim edir.

Bu kitabın səmərə gəlməsində, Səmira Xanım Delaram, Saleh Səccadi və Əbolfəzl Əlai Cənablarından təşəkkürümü bildirməyi üzərimdə olan borc kimi sanıb, onlara minnətdarlığımı bildirirəm. Son Söz dahi Rəhbər Ayətullah Xamneyi nindir ki : “QARABAĞ İslam Torpağıdır”.

 

Qarabağın tam Azadlığı Ümüdi ilə.

 

15 Mart, 2018

Təbriz – Mehdi Nalbəndi

 

Dünya Müqavimət Poeziyasında “Qarabağ Müqavimət Şeri”nə ötmə baxış (İkinci Bölüm)

Dünya Müqavimət Poeziyasında “Qarabağ Müqavimət Şeri”nə ötmə baxış (Birinci Bölüm)

Yazar Mehdi Nalbəndi

 

İAZAH:

Bu məqalə “QARABAĞ MÜQAVİMƏT ŞERİ” adlı bir kitabin ön sözü kimi olaraq həmin kitab, qarabağ müqavimət şerindən söz açır və onunla bərabər həmin janrın digər nümunələrini isə təqdim edir.

Bismillahir-Rəhmanir-Rəhim.

Birinci dəfə olaraq ikinci dünya müharibəsində Fransız partizan şairlər, fransanın Nazi ordusu vasitəsi ilə işğal olma zamanı, işğalçılara qarşı yazdıqları şerləri  "Müqavimət Şeri"  yaxud  "Müqavimət Poeziyası"  adlandırdılar. Bu baxımdan müqavimət şeri sona çatmış bir janrdır. Ancaq sonralar Fələstinli şair  "Qəssan Kənfanı "  sionist işğalçılara qarşı yazılan şerləri “Ədəb-Əl-Müqavimə” adlandıraraq, bu şerin diriliyindən xəbr verdi.

 

Müqavimət poeziyasının müxtəlif kompunentləri vardır. Xalqı dözümə çağırma, təcavüzkarı təhqir etmə, düşmənin əhval ruhiyyəsini dağıtma, dini və milli miflərdən faydalanmaqla xırdaca zəfərləri böyük və geniş əks etdirmə və əks halda düşmən vuran zərbələri az göstərmə, ümum məfkurələri həyəcanladırma məqsədi ilə hiss incəlikləri və duyğusal detalları yaratma, milli mahnılar və marşlar istehsal etmə, ümüdsizlik və çaşqınlığa yol verməmə və dirçəliş naminə davamlı çalışmalar müqavimət poeziyasının kompunentlərindəndir. Bu özəllikləri nəzərə aldıqda  "Müdafiə" Şerini  "Müqavimət Poeziyası"-nın bir qolu kimi adlandırmaq olar.

 

 Müqavimət poeziyasının global komandaları vardır. İrlandiyalı  "Fani Parnel"-in vətəni haqda nigəranlığını, İtalian  "Cüziə Ongrati", Misirli  "Həsən Fəthəlbab", Vyetnam  "Ciang Nam", El-Salvadorlı  "Alxandro Gaze-Ra"  yaxud Məcar  "Şandor Petyofi"-nin nigərançılığı ilə eyn görürük. Azadlıq və onun məfhumu Albanialı  "Əsəd Məküli"-nin dilində eləcə müqəddəs sayılır ki isveçcə "Deg Marşuld", Yunanistanlı  " Joan Baez ", və Tacik " Mehrəfruz"-un şerində. 

 

Müqavimət poeziyası , məzlumların nalə və fəryadları poeziyasıdır. Bu poeziya dünyanın müxtəlif ölkələrində istər zülm və narkoluğa qarşı istərsədə təcavüz və işğala qarşı yazılan şerləri ehtiva edir.

Müqavimət şeri, cinayətlər və zülümlərin üstünü açır. Zülmkar və zorakı iqtidarlarda dostaq, işkəncə, harayları boğazlarda həbs etmə, sürgün etmələr və terrorçuluq, Konstitusiyadır. İraqlı şair  "Cavad Cəmil",  "Terror"  başlıqlı şerində deyir:

 

... Addımlarının taqqataq səsi gür-idi

 Səslərinin ölüm dadı var-idi.

 Və gözləri müharibə gecəsinin örpəyi altda 

 Vəhşilər gözlərinə bənzəyirdi

  -      Kimdirlər ? 

  -      Ad lazım deyil

 Gəlmişik bir sıra zadları tanıyasan" .

 Və gecənin sakitliyi

 Bir güllə səsi ilə titrədi

 Və qandan bir künc

 Səmirsiz dolayı düşdü

...

Saralmış cənazə üzərində

Bir tikə kağız tapdıq:

"Qanunun mətni

terrorçular üçün icra olundu" .

 

Ərəb dünyasında fələstin şerini  Müqavimət  Poeziyasının ən aydın nümunələrindən adlandırmaq olar. Fəlstinli şair  "cəbra İbrahim cəbra",  " sürgünlük səhralərində"  ünvanlı şer toplusunda, sürgün edilmədən və xiyantdən söz açır:

 

 Ardıcıl yazları sürgünlük bayırlarında sovuruq

 Gözlərimiz torpaqla donmuş çiyədən dülü olduqda

 Öz eşqimizlə nə edək ? 

 

Müqavimət  şeri, şəhidlik poeziyasıdır. Bir baxın suriyalı şair, Səniyə Salehin  "şəhidlər şeypuru"  şerinə:

 

 Ey qəhrəmanlar ! 

 Bu sizin qanınızdır:

 Mənim qəlbimdə 

 Meteroyitlər kimi cumdu

 Və mənim eşqimi alovlandırdı

 Hansı bədən bu qanla təthir olmaz ? 

 

Şəhidlik, dünyanın bütün şairləri nəzdində üstün və dəyərəlidir. Çili şair  "Ale Xandrogazəla"  öldürülmüs çili müğənni “Victor Jara”-nın matəmində deyir:

 Onu sonsuz köçəri addımlarında tapırıq 

 Onun sızğın zümzüməsi

 Axşam çağına bənzər

 Qitələrin zəhərli yuxusunu çaşdırır

 O ayaq yalın yerlilərin irsi

 Latin xalqının taysız oğlu:

 Victor Jaradır.

 

Müqavimət  poeziyasının şairi, qara ümüdsizlik buludları arxasından sabahın üfüqünü görür. O, gahdan QURAN-nın vədlərindən ilham alaraq haqqın batilə olacaq son qələbəsinin vədini xatırlayır. İraqlı sürgün şair  "Ədnan Əzzaiiğ"  deyir:

 

 Tarix kitablarını varaqlayıram

 Barmaqlarım qana batır

 Hər zaman,

 Bir  diktatorun hekayəsini bitirdimsə

 Mühafizəçilər məni siyahiyə doğru rəhbərlik etdilər

 Bəlkə orada qorxudan titrəyəm.

Ay genrallar !

Ay genrallar !

Nələr ətediniz röyalarımızla?! 

Biz günəşə əl edərkən

Siz

Çəkmələrinizlə boynumuza təpik döyüb ötürsünüz.

 

Müqavimət  şairi, azadlığı təmcid edir və ona mədihə yazır. O zülmün qara buludları arxasından azadlığın parlaq günəşinin çıxması arzusunu bütün şerində yayır. Azadlıq, Müqavimət  poeziyasında, mələkədir, peğəmbərdir, Yaşayış ruzgarıdır və şair onu axtararaq canını itirməyə belə razıdır. İraqlı şair  " Əhməd-Əlsafı-Əl-Nəcəfı"  (1977 – 1984 ) "Əbədı Azağdlıq"  başlıqlı şerində deyir:

 

 Öləndən sonra

 Məni səhralərə buraxın

 Nə güzəldir mənim səhralərdə yaşayıb ölməyim

 Məni qəbir dustağına atmayın

 Ölümdən sonrada dustaqdan nifrətim var

 Bədənim leş yeyənlərlə şirlərin yeməyi olan an

 Mənimlə bərabr hər tərəfdə seyr və səyahətə çıxmış

 Bədənimin əczasını görəcəksiniz

 Diriliyimdə də can vermişəm

 Ölümümdən sonra doğrulan bu misilsiz səfərdən ötrü.

 

Müqavimət  şairi, öz vətənindən sarı vürğündür. bu şairlər və yazıçılar avarə və sürgün olduqda daha çox vətən nisgilini yaşayırlar. bu nisgil fəlstin şairlərinin şerində daha çox gözə çarpır.

 Yafa , sabah biçin vaxtı sənə yaxınlaşacağam

 Uluz quşuyla bərabr

 Baharla bərabr

 Sürgünlərdən və dustaqlardan qayıdan dostlarımla bərabr

 Analarla bərabr

 Hörümçəklərin qida zamanı

 Bura yirmi nömrəli sığınacaqdır

 Halımız hələ yaxşıdır

 Və ailəmizlə avarə dostlar

 Uzaq şifrəsilərdən qühüm əqrabalarını

 Salamlayırlar

 

Fəlstinin nasirə kəndidən olan  " cəbra ibrahim cəbra  "  ana vətənə xitabən, vətənin sərbst çağları və uşaqlıq xatirələrindən danışır:

 Ay bizim torpaq

 Gəncliyimiz bir röya kimi

 Səndə

 Portağal ağacı kölgəsində

 Fermadalarda badam ağacları içində 

 keçdi

 İndi bizi yada sal 

 Səhralar taxılları

 Və daşqın dağlar arasında sərgərdanıq

 

Gələcək nəsilin kimliyini itirməsi, Müqavimət şairinin əsas narahatlığıdır. milli Həssaslıqların get-getdə azalıb aradan getməsi  Müqavimət  şairi ölümə daldırır. bulğarıstanlı məşhür şairə "Bəloga Dimitrovka", " qiş tuxumları "  şerində deyir:

 Sürgün 

 Özlüyündən Kötümser olmaq deməkədir

 Özgə dil, sənin hazırlığını inkar edir

 Asanlıqla tapacaqsan:

 karlığı, lallığı.

İslam dünyasında birinci yazılan müqavimət şeri, əbutalibin peyğəmbər və işkəncəyə məruz qalan ilk müsəlmanlar müdafiəsinə yazdığı poyemadır. Eləcə islam dünyasında döyüş səhnəsində oxunan birinci şer, cənab həmzə seyyidi-şşühədanın  adına qeyd olunub. Sonralar isə  " həssan-ibni-pabit "  kimi şairlər peyğəmbər və onun köməkçilərinin müdafiəsində şerlər yazmışlar. " İbni-hişam"  yazır: peyğəmbər bu şerləri yaxşı qimətləndirirdi.

 

  Aşura günü imam hüseyn (ə)-ın əshabi tərəfindən dilə gələn rəcəzləri müqavimət poeziyasının ən gözəl nümunələri kimi adlandırmaq olar. Bu günü "yəzid-ibni-məfrəğ"  tərəfindən oxunan şerlər o cümlədəndir. Ancaq aşurada həzrət imam hüseyn (ə)-ın oxuduğu şerlər bu ədəbi janrın ən üstün, qalarğı və məna çalarlarını ehtiva edən nümunələrindəndir:

 

الموت خیر من رکوب العار

والعار اولی من دخول النار

 

Ölüm zəlil yaşamadən yaxşıdır

Və zəlillik oda daxil olmadan üstündür

Aşurada həzrət imam hüseyn (ə), aşura günü 34 rəcəz oxuyub özü və yar o ənsarının haqlı olduğunu fəryad etmişdir.

Sonralar  " şiəliyin mənliyini" təmsil edən, aşura mərsiyə ədəbiyyatı ərəb dünyası, iran və azərbaycanda zülmə qarşı çıxan  Müqavimət  şeri və məzlumdan müdafiə etemə naminə dini şer kimi tanındı.

 

 Dərbənədli “Qumri” imam hüseyn  (ə)-ın dilindən deyir:

 

 Əz bəski çox susuzdu zira’ati mülki din

 Qan barişindən ötrü müsəllayə gəlmişəm

 

 

Bu sahədə yazılan ən gözəl və məşhür şerlərdən biri, Ustad “Şəhriyar”ın şeridir:

 

Hüseynə yerlər ağlar, göylər ağl ar,

Bətuli-Mürtəza Peyğəmbər ağlar.

 

Hüseynin nohəsin "Dilriş" yazanda,

Müsəlman səhvidir ki, kafir ağlar.

 

Kor olmuş gözlərin qan tuttu Şimrin,

Ki görsün öz əlində xəncər ağlar.

 

Hüseynin köynəyi Zəhra əlində,

Çəkər qeyha qiyamət, məhşər ağlar.

 

Atanda Hərmələ ox Kərbəlada,

Görəydin düşmən ağlar, ləşkər ağlar.

 

Qucağında görəydin Ümm-ü Leyla,

Alıb naşı Əliyy-i Əkbər ağlar.

 

Rübab, nisgil döşündə süd görəndə,

Əliyy-i Əsğəri, yad eylər ağlar.

 

Başında kakül-i Əkbər həvası,

Yer ağlar, sünbül ağlar, ənbər ağlar.

 

Yazanda Al-i Taha nohəsin mən,

Qələm gördüm sızıldar, dəftər ağlar.

 

Əli, şaqq-ül qəmər, mehrap tilit qan,

Qulaq ver, məscid oxşar, minbər ağlar.

 

Əlidən "Şəhriyar", sən bir işarə,

Qucaqlar qəbri, Malik Əştər ağlar.

 

 

Iranda Mərsiyə Ədəbiyyatı, müqavimət poeziyasının güclü qollarından olaraq, müxtəlif şairlər vasitəsi ilə günü gündən inkişaf edib və çoxlu şairlər farsca və Azərbaycan türkcəsində yazılan şerlərlə bu janrı nümayəndəlik ediblər.

 

Fars dilində “Aşura Şeri”nin güclü nümayəndələri olmuşdur:

Məcd-əd Din  Əbu-əl-Həsən Kəsai Mərvəzi: 4-cü əsr, Şəms-əl-Şüəra kəmal-əd Din Möhtəşəm Kaşani: 10-cu əsr, Mirza Nurullah Umman Samani: 13-cu əsr, Nəyyir Təbriziyə məşhur olan "Atəşkədeyi Nəyyir" əsərinin sahibi Mirza Muhəmməd Təqi Mamağani: 13-cü əsr.

 

Təbriz, Ərdəbil və Marağa kimi şəhərlərdə isə, iranın mərsiyə ədəbiyyatının zəngin nümayəndələri olub və Azərbaycan türkcəsində şerlər yazıb yaradıb bu janrın dirçəlişi və həyatının davamına səbəb olublar:

Mulla Hüseyn Dəxil Mərağeyi, Mirza Mehdi Şukuhi Mərağeyi, Abolhəsən Raci Təbrizi, Kərim Ağa Safi Təbrizi, Məşhədi Əli Əsğər Delriş, Hacı Rza Sərraf Təbrizi, Tacül-Şüəra Abbasquli Yəhyəvi, Rəhim Münzəvi Ərdəbili, Seyyed Rza Hüseyni Sə’ədi Zaman və Ustad Mohəmməd Abid Təbrizi bu kimi şairlərin ən adlımları olublar. Eləcə də, bu janr Qafqaz və Anadoluda yaşayıb, Əhl-Beyt şairləri vasitəsi ilə qələmə alınan zəngin şerlərlə zühurə gəlib öz həyatına davam edir:

Mirza Mohəmməd Təqi Qumri Gulzari Dərbəndi, Şeyx Əli  Tuti Nardarani, Nəcməd-din Dərbəndi, Qasım Bəy Zakir, Haşım Bəy Saqib, Şovqi Əfəndi, Hüseyn Yalçın, Hacı Mail Əliyev Bakuyi, Hacı Ələmdar Mahir, Hüseyn Atam, Kamil Sərbəndi, Yaşar Cahid və Elşən Xəzər kimi şairlər, qeyd etdiyimiz sıradandırlar.

ARDI VAR…

Novruz bizə bahar gətirdi. Bahar yağışın və suya çağırışın müjdəsidir. Yağış sevən buludların hönkürtüsündə göyün tərifidir. Zurnalarda ildırım geyinmiş çoban kimi çalınır. Gəlin dünyaya sevgi dolu gözlərlə baxaq. Sevgi yağacaq.

و جعلنا من‌الماء کل شیء حی.

İran mədəniyyətində baharın gəlişi və həyatın çiçəklənməsi ilin təsliminə və yeni ilin əvvəlinə təsadüf edir. Təbiətin ölümcül yuxusunun sonu və tövhidin mahnısı olan yaşıllıq və bitkilərin böyüməsinin başlanğıcı, axının tərənnümündə və cingiltili səsin və sərvin ucalığında.

Bahar, dünyadakı ölülərin dirilməsi və əks-sədası olan nəşr gününün təmsil olunması ilk günü əks etdirir. Təbiətin baharında Yaradanın əlamətlərinə təfəkkürlə baxmaq nə qədər yaxşıdır.

 فَانْظُرُوا کَيْفَ بَدَأَ الْخَلْقَ.

Ey göylərin, yerin, küləklərin və yağışların Allahı!

Ey ürəklərin və görüntülərin dəyişdiricisi!

Ey gecə və gündüz planlayıcısı!

Ey əhval-ruhiyyəni bərpa edən!

Amin.

Mehdi Nalbandi

 1 Farvardin 1400

21  Mart 2021