SEÇKİ

SEÇKİ (73)

İranda 12-ci prezident seçkilərinin nəticələrinin elan olunmasına əsasən, bu seçkilərə namizəd Həsən Ruhani 23 milyondan çox səslə bir daha İranın seçilmiş prezidenti oldu.

İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli bir az bundan öncə müxbirlər qarşısında deyib: Ümumi 41 milyon 220 min 131 səsdən Həsən Ruhani 23 milyon 549 min 616 səs toplayaraq, bir daha İran İslam Respublikasının prezidenti olubdur.

Rəhmani Fəzli əlavə edib: 12-ci prezident seçkilərində Seyid İbrahim Rəisi Sadat 15 milyon 786 min 449, Mustafa Ağa Mir Səlim 478 min 215 və Mustafa Haşemi Təba 215 min 450 səs əldə ediblər.

12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri dünən İranda və 102 ölkədə keçirildi.

Həsən Ruhani, Seyid İbrahim Rəisi Sadat, Mustafa Ağa Mir Səlim və Mustafa Haşemi-Təba İranda 12-ci prezident seçkilərinin dörd namizədi idi.

56 milyon 410 min 234 nəfər 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində səsvermə şəraitinə malik idi ki, bu seçkilərdə 70 faizdən çox, yəni 40 milyon nəfərdən çox iştirakın olduğu elan edilib.

İranda 12-ci prezident seçkilərinin ikinci hissəsinin elan olunmasına əsasən, bu seçkilərə namizəd Həsən Ruhani 22 milyondan çox səs toplayaraq, öndə getməkdə davam edir.

İran Seçki Komissiyasının sədri Əli Əsğər Əhmədi İran prezident seçkiləri nəticələrinin elan olunmasının ikinci hissəsində müxbirlər qarşısında deyib: İndiyədək 40 milyon 76 min 729 səs sayılıbdır ki, bu miqdardan 38 milyon 914 min 470 səs düzgün olubdur.

Əli Əsğər Əhmədi əlavə edib: Həsən Ruhani 22 milyon 796 min 468, Seyid İbrahim Rəisi Sadat 15 milyon 452 min 194, Mustafa Ağa Mir Səlim 455 min 211 və Mustafa Haşemi-Təba 210 min 597 səs toplayıblar.

İran Seçki Komissiyasının sədri həmçinin deyib: İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli İran prezident seçkilərinin yekun nəticəsini bu gün Tehran vaxtı ilə saat 14-də elan edəcək.

12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri dünən İranda və 102 ölkədə keçirildi.

Həsən Ruhani, Seyid İbrahim Rəisi Sadat, Mustafa Ağa Mir Səlim və Mustafa Haşemi-Təba İranda 12-ci prezident seçkilərinin dörd namizədi idi.

56 milyon 410 min 234 nəfər 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində səsvermə şəraitinə malik idi ki, bu seçkilərdə 70 faizdən çox, yəni 40 milyon nəfərdən çox iştirakın olduğu elan edilib.

Malayziyada sakin olan iranlılar prezident seçkilərində iştirak etdilər.

Moskvada iranlılar prezident seçkilərində iştirak ediblər.

 

Bakıda iranlı idmançılar prezident seçkilərində iştiak ediblər.

 

 

İstanbulda iranlıların prezident seçkilərində iştirakı

 

Almaniyanın Frankfort şəhərində İran İslam Respublikası prezident seçkiləri

 

Qətərdə iranlılar İİR prezidnt seçkilərində sıraya düzüldülər.

 

 

 

 İtaliyanın Milan şəhərində sakin olan iranlılar 12.İİR prezident seçkilərində iştirak ediblər.

 

Viyanada iranlıların İİR prezident seçkilərində iştirakı

 Londonda

 

 

12-ci İran prezident seçkiləri bu gün Tehran vaxtı ilə saat 8:00-dan İranın daxili işlər nazirinin göstərişi ilə başlanıb.

Seyid İbrahim Rəisi Sadati, Həsən Ruhani, Mustaf Ağa Mirsəlim və Mustafa Haşimitəba 12-ci İran prezidentliyinə 4 namizəddir.

Ötən günlərdə Məhəmməd Baqir Qalibaf Seyid İbrahim Rəisi Sadatinin və İshaq Cahangiri Həsən Ruhaninin xeyrinə prezidentliyə namizədlikdən geri çəkiliblər.

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzlinin dediyinə görə, səsvermə vətəndaşların məntəqələrdə olduğu zamana qədər davam edəcək.

Cümə günü keçirilən seçkilərdə 56 milyon 410 min iranlı səsvermə hüququna malikdir.

İran prezident seçkiləri həmçinin 102 ölkədə 310 səsvermə məntəqəsində keçirilir.

12-ci prezident seçkiləri ilə yanaşı 5-ci şəhər və kənd islam şuraları seçkiləri keçirilir.

Təqlid mərcələri vurğulayıblar: Xalq seçkilərdə şövqlü və geniş iştirakla düşmənlərin ümidlərini məyusluğa çevirəcək.

Təqlid mərcələri Nasir Məkarim-Şirazi, Hüseyn Nuri-Həmədani, Abdullah Cəvadi-Amoli və Seyid Mohəmməd Əli Ələvi-Qorqani ayrı-ayrı çıxışlarda İran xalqını 12-ci prezident və 5-ci şəhər və kənd şura seçkiləri, eləcə də İran İslam Şurası Məclisinə ara seçkilərində iştiraka dəvət ediblər.

Ayətullah Nasir Məkarim-Şirazi xalqı İran prezident seçkiləri səhnəsində iştiraka dəvət edərək, vurğulayıb: Layiqli bildiyiniz namizədə səs verin.

Bu təqlid mərcəyi əlavə edib: Rəqabət atmosferi düşmənə İranda ədavət yaratmaq üçün sui-istifadə fürsəti verməməlidir.

Ayətullah Hüseyn Nuri-Həmədani də vurğulayıb: Seçkilərdə iştirak bir vəzifədir və xalq bu seçkilərdə maksimum iştiraka malik olmalıdır və bilməlidir ki, hər bir səs düşmənlərin vücuduna atılan bir oxdur.

İranda cümə günü keçiriləcək 12-ci prezident, eləcə də 5-ci şəhər və kənd şuraları seçkilərinə az bir zaman qalır.

Seçki təbliğatlarının rəsmi şəkildə başlanması ilə bir aya yaxındır ki,  ölkədə xas bir əhval-ruhiyyə mövcuddur və seçkilərdən 24 saat öncə təbliğatların qadağan olmasına görə, bu gün səhər tezdən ölkədə tam sükut hökm sürür.

12-ci prezident, eləcə də 5-ci şəhər və kənd şuraları seçkilərinə namizədlər dünən sonuncu təbliğat günündə seçicilərin diqqətini özlərinə cəlb etmək və seçkilərdə qalib gələ bilmək üçün əllərindən gələni etdilər.

Təbliğatların başlandığı andan mübarizə aparan prezident seçkilərinə altı namizəddən təbliğat fürsətinin sonunadək təkcə iki nəfər bu seçkilərin rəqibləri kimi qaldı. Onlar İran ictimaiyyətindəki iki təfəkkür spektrinin nümayəndələri olan Həsən Ruhani və İbrahim Rəisidir.

Səhnədə qalmış dörd namizəddən olan Mustafa Haşemi-Təba və Mustafa Ağa Mirsəlim də sonuncu günün son saatlarında digər namizədlərə dəstək olaraq, meydanı cənablar Ruhani və Rəisiyə verdilər.

Qeyd edək ki, İranda prezident seçkilərinə namizəd Həsən Ruhani dünən Ərdəbil və Məşhəd şəhərlərinə səfər edərək, öz himayədarları qarşısında deyib ki, bu gün böyük İran xalqının taleyinin təyin edilməsi günüdür. O, vurğulayıb: Ölkənin ixtiyarı İran xalqındadır və bütün məsul şəxslər İran xalqının xidmətçiləri olmalıdırlar. Ruhani həmçinin bildiribdir ki, İranın xalqı və gəncləri ölkənin tərəqqisini istəyirlər. O, bütün İran xalqından istəyibdir ki, nizam-intizam və sakitliklə seçki məntəqələrində iştirak etsin. 

12-ci prezident seçkilərinə digər namizəd İbrahim Rəisi də dünən gündüz və gecə Məşhəd və Bocnurd şəhərlərinə gedərək, öz himayədarları qarşısında belə deyib: Bu qənaətdəyik ki, ciddi əzmkarlığa ehtiyaclıyıq və milyonluq məşğulluq yaradılmalı və ölkənin imkanları bərpa edilməlidir.

İranda prezident seçkilərinə namizəd Mustafa Ağa Mirsəlim dünən İranın 2-ci telekanalının eksklüziv xəbər dialoqunda belə dedi: Şəffaflığın yaradılması xalqın və quruluşun etimadına səbəb olur, amma etimadın azalması həmkarlıq və iştirakın olmamasına gətirib çıxarır və iştirak və ümumi nəzarətin olmaması da korrupsiyanın genişlənməsinə bais olur.

İranda prezident seçkilərinə namizəd Mustafa Haşemi-Təba isə IRIB ilə müsahibədə belə dedi: Prezident seçkilərinin qalibi və məğlubu qanuna tabe olmalıdır.

O, bütün İran xalqından istəyibdir ki, cümə günü keçiriləcək seçkilərdə iştirak etsin.

Dünən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İran xalqının müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə seçkilərdə geniş iştiraka təkid edərək, buyurdular: Sizin iştirak etdiyiniz bu seçkilərin hər biri bir qəhrəmanlıqdır, böyük bir xalq hərəkətidir ki, dünya xalqlarının gözləri önündə qərar tapır; bu, xalqın izzətini yüksəldir, milli qüdrəti artırır.

O həzrət dünyada hamının gözünün İran xalqının bu seçkilərinə dikildiyini bildirərək, buyurdular: İran İslam Respublikası müəyyən dövrlər və illərdə seçkiləri təzələməklə doğrudan da yeni təravət əldə etmiş olur; özünü dünya xalqlarının ürəkləri və gözlərində yeni və qabarıq formada əks etdirir və göstərir ki, seçkilər günü İran İslam Respublikası quruluşu üçün bir şənlik, şadlıq və şövq günüdür.

Bu şadlıq və şövqün yaradıcısı olan xalq da hansı kəsin əksəriyyət səs qazanacağından asılı olmayaraq, vurğulayır ki, öz taleyinin təyini və düşmənlərlə mübarizə üçün səs vərəqələri ilə seçki məntəqələrinə gedəcək və İranın izzəti və başıucalığının qoruyucusu olacaqdır.

Hərçənd aparılmış rəy sorğuları seçkilərdə 75%-də yuxarı iştirakdan xəbər verir, amma İran xalqı müxtəlif dövrlərdə göstəribdir ki, sürpriz gətirən olub və vardır. Sabahkı seçkilərdə İranın 80 milyonluq əhalisindən 55 milyon qadın və kişi səsvermə şəraitinə malikdir.

İran İslam Respublikasının Əsas Qanununda müxtəlif dinlər, dil və irq qövmlərindən asılı olmayaraq, təkcə şəxsiyyət vəsiqəsinə və iranlı milli koduna malik olmaqla və 18 yaşa çatmaq nəzərdə tutulmaqla hər bir iranlı azad təfəkkür atmosferində özünün nəzərdə tutduğu, səlahiyyətləri təsdiq olunmuş namizədinə səs verə bilər.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İran xalqının müxtəlif sahələrdəki iştirakı milli təhlükəsizliyin təyinedicisidir və bu iştirakın ən mühüm simvolu, seçkilərdir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İranda prezident, eləcə də şəhər və kənd şura seçkilərinin keçirilməsi ərəfəsində İran xalqının müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə vurğulayıblar: İran İslam Respublikası müəyyən dövrlər və illərdə seçkiləri təzələməklə doğrudan da yeni təravət əldə etmiş olur; özünü dünya xalqlarının ürəkləri və gözlərində yeni və qabarıq formada əks etdirir və göstərir ki, seçkilər günü İran İslam Respublikası quruluşu üçün bir şənlik günüdür.

İslam İnqilabının Böyük Rəhbəri region ölkələrində mövcud olan əmin-amansızlıqlara işarə edərək, əlavə ediblər: Bu təhlükəli bir məcmuda İran İslam Respublikası təhlükəsizlik və asayişlə seçkilərə hazırlıq görməkdədir.

Həzrət Ayətullahuluzma Xamenei İranın hazırkı asayişi və təhlükəsizliyini dəyərli adlandıraraq, belə qeyd ediblər: 80 milyon nəfərlik bir ölkədə seçkilər cərəyan edir, xalq böyük ruh yüksəkliyi ilə özünü seçkilərə hazırlayır, amma hər yerdə asayiş bərqərardır. Bunun qədrini bilmək lazımdır.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci seçkilərlə bir zamanda mayın 19-da keçiriləcək. 

Bu görüş barədə ətraflı məlumat sonradan təqdim olunacaqdır.

İranın daxili işlər naziri deyib ki, son mötəbər rəy sorğusuna əsasən, cümə günü keçiriləcək seçkilərdə İran xalqının 72%-i iştirak edəcək. Eyni zamanda bu miqdarın qarşıdakı iki gün ərzində artacağı gözlənilir.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci seçkilərlə bir zamanda mayın 19-da keçiriləcək.

İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli dünən gecə ölkənin 2-ci telekanalı ilə müsahibədə əlavə edib: İran xalqından 56 milyon 410 min 234 nəfər səsvermə şəraitinə malikdir və təqribən bir milyon 500 min nəfər də 12-ci prezident seçkiləri və şəhər və kənd islam şuralarına 5-ci seçkilərdə icraçı və nəzarət amili olacaqdır.

Rəhmani Fəzli 350 min nəfərin seçkilərin təhlükəsizliyi məsuliyyətinə malik olduğunu bildirərək, deyib ki, seçkilər üçün 63 min 429 seçki məntəqəsi nəzərdə tutulubdur ki, onların 14 mindən çoxu səyyar seçki qutusudur.

O, söyləyib: Səsvermənin başa çatmasından sonra seçkilər barədə protokol İranın Daxili İşlər Nazirliyinə və Nigəhban Şuraya göndəriləcək və prezident seçkilərindəki səslərin toplanmasından sonra qanun əsasında daxili işlər naziri yekun nəticəni elan edəcəkdir.

İran İslam Respublikasında 12-ci prezident seçkiləri namizədlərindən olan İshaq Cahangiri bu gün Şirazda etdiyi çıxışı zamanı namizədliyini geri götürdüyünü elan edərək, hamını prezident seçkilərində Həsən Ruhaniyə səs verməyə dəvət edib.

İRİB-nin verdiyi məlumata görə, İshaq Cahangiri seçkilər günü xalqın kənarında Ruhaniyə səs verəcəyini elan edərək, deyib: İslahatçıları, üsulçuları, mötədilləri və bu ölkənin xeyrini istəyən hər bir kəsi seçkilərdə Ruhaniyə səs verməyə dəvət edirəm.

İ.Cahangiri Şiraz şəhərində, Dəstğeyb stadionunda tərəfdarları qarşısında etdiyi çıxışının sonunda seçkilərdən kənara çəkildiyini elan edərək, xalqı Həsən Ruhaniyə səs verməyə dəvət edib.

Cahangiri deyib: Mən böyük islahatçıların o cümlədən Seyid Məhəmməd Xatəminin israrı ilə seçki meydanına daxil oldum və elə əvvəldən də mənim Ruhaniyə dəstək olmaq üçün seçkilərə qatıldığım elan edilmişdi.

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələri dəstək naziri 19 may seçkilərində xalqın geniş iştirakının dünyanın hegemoniya quruluşu qarşısında ən əsas önləyici amil olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, General Mayor Hüseyn Dehqan Müdafiə Nazirliyi işçiləri qarşısında etdiyi çıxışında regiondakı duruma və Amerika, sionist rejim və Səudiyyə Ərəbistanının böhranın davam etdirilməsi məqsədi ilə həyata keçirdikləri təhlükəli məkirli planlara toxunaraq deyib: Qarşıdakı seçkilərdə, vəhdət və milli gücümüzü nümayiş etdirməklə İran bu məkirli planı puça çıxaracaq. 

Page 1 of 6