Cümə, 23 Avqust 2013 20:58

23 avqust İranda həkimlər günü

23 avqust İranda həkimlər günü

23 avqust, İbn Sinanın anadan olmasının ildönümü günü , İranda o böyük şəxsiyyətin xatirəsini əzizləmək məqsədilə həkimlər günü adlandırılıb. Tibb sahəsində gördüyü işləri dəyərləndirmək məqsədilə Həkimlər Günü adlandırılan 23 avqustda həkimlər yad edilir, çəkdikləri zəhmətlər qiymətləndirilir. 

İranın səhiyyə naziri Həsən Qazızadə Haşemi həkimləri peşə bayramı münasibətilə təbrik edərək, deyib: Bu gün İbn Sinanın anadan olması münasibətilə yanaşı yorulmaz səylərinə görə ölkənin müxtəlif şəhər və kəndlərində fəaliyyət göstərən həkimləri, stomatoloqları və tibb sahəsində çalışanları da təbrik etmək istəyirəm.
Səhiyyə naziri həmçinin, qonşu ölkələr o cümlədən Azərbaycan, Türkiyə, İraq, Pakistan və Əfqanıstandan müalicə üçün insanların İrana müraciət etdiklərinə işarə edərək, deyib: Biz çalışacağıq ki, ötən illərdə olduğu kimi digər ölkələrdən İrana müraciət edənlərə səhiyyə xidmətlərimizi davam etdirək. Onların İrana müraciət etmələrinin başlıca səbəbi İranda səhiyyə xidmətlərinin keyfiyyətli olmasıdır. Eyni zamanda öz ölkələri ilə müqayisədə burada səhiyyə xidmətləri xərcləri xeyli aşağıdır. Amma, bu xidmətlər bizim öz xalqımızı unutmağımıza səbəb ola bilməz.
İran İslam Respublikası Quruluşunun  Məsləhəti Şurasının sədri Ayətullah Haşemi Rəfsəncani də bu mərasimdə çıxış edərək, deyib: İran xalqı prezident seçkilərində iştirak edərək, dəyişikliyə ehtiyacın olduğunu müəyyənləşdirdi və öz geniş iştirakı ilə bu dəyişikliyi yerinə yetirdi. Halbuki, digər ölkələrdə bu dəyişiklik müharibə və axıdılan qanlar hesabına başa gəlir.
Daha sonra, mərasimin davamında ölkənin nümunəvi həkimləri təltif edilib.

 

Şərh yaz


Məxfi kod
Yenilə